Məhkəmə qərarları › İş №2(042)-78/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-78/2024

06.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-78/2024 06.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi,İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mirasın qəbul edilməsi faktının və payın müəyyən edilməsi tələbləri haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mərhum valideynlərindən miras qalmış və eləcə də qardaşından onun xeyrinə vermiş olduğu imtina ərizəsi əsasında Gədəbəy rayon AİK-nın xx.xx.2001-ci il tairxli, 02 saylı qərarı əsasında JN-281 KOD 50532018 nömrəli “Dövlət Aktı” əsasında ümumillikdə 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdehlərlə birlikdə bərabər paylara bölünməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə vermiş, mərhum valideynlərindən miras qalmış və eləcə də qardaşından onun xeyrinə vermiş olduğu imtina ərizəsi əsasında Gədəbəy rayon AİK-nın xx.xx.2001-ci il tairxli, 02 saylı qərarı əsasında JN-281 KOD 50532018 nömrəli “Dövlət Aktı” əsasında ümumillikdə 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininə onun tərəfindən mirasın qəbul edilməsi və payların müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, onun mərhum X2, mərhum anası X17, qardaşı X13 və digər cavabdehlərə Gədəbəy Rayon AİK-nın xx.xx.2001-ci il tarixli 02 saylı qərarı əsasında Gədəbəy rayonu, Arıqdam kəndində 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X2xx.xx.2007-ci il tarixdə, anası X17 isə xx.xx.2017-ci il tarixdə ölmüşdlər.Mərhum valideynlərinin ölümündən sonra onlardan miras qalmış pay torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd almaq istəmiş, lakin bu mümkün olmamışdır. Mərhum atası və anası miras qalmış əmlakla bağlı ona notarial qaydada vəsiyyətnamə vermişlər. X1 ərizə verərək, miras əmlakı qəbul etməkdən onun xeyrinə imtina etmişdir. Hazırda o, mərhum valideynlərindən miras qalmış torpaq sahəsinə dair vərəsəlik haqqında şəhadətnamə almaq üçüm Maraqlı şəxsna müraciət etmiş və ona mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bundan əvvəl Gədəbəy Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli qətnaməsilə onun tərəfindən valideynlərinin ölümündən sonra miras qalmış Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən ikiotaqlı fərdi yaşayış evindən və 0.04 ha həyətyanı torpaq sahəsinin 2/9 hissəsindən ibarət miras əmlakdan qəbul edilməsi fatı müəyyən edilmişdir. Cavabdehlər həmin torpaq sahəsindən istifadə etmir və payların müəyyən edilməsinə maraq göstərmirlər. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilmiş, lakin bildirişlər cavabdehlərə çatmayaraq məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisi məhkəməyə ərizə göndərərk mülki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Arayışdan görünür ki, X5 04 iyul 1968-ci il tarixdə doğulmuşdur, atası X9, anası X15r. İşdə olan Arayışdan görünür ki,X10 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İşdə olan X6 surətindən görünür ki, X17 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İşdə olan Vəsiyyətnamədən görünür ki, 27 iyun 2014-cü il tarixdə X17 bütün əmlakını İddiaçı vəsiyyət edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-1587/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, X4 və X11 ölümlərindən sonra qalmış Gədəbəy rayonunun Arıxdam kəndində yerləşən iki otaqlı fərdi yaşayış evindən və 0.04 ha həyətyanı torpaq sahəsinin 2/9 (doqquzda iki) hissəsindən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İşdə olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktınını surətindən görünür ki, X9 və onun ailə üzvləri X17, X13, Cavabdeh1 və X12, yəni, cəmi, beş şəxsin ümumi birgə mülkiyyətinə Gədəbəy Rayon AİK-nın xx.xx.2001-ci il tarixli 02 saylı qərarı əsasında Gədəbəy rayonu, Arıxam kəndində 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə ərizəçinin izahatını v. işdə olan sənədləri təhqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon AİK-nın 02 saylı 15 yanvar 2001-ci il tarixli qərarı ilə X8 və onun ailə üzvlərinə, yəni, cəmi, beş şəxsin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Arıxam kəndində 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçının X2 xx.xx.2007-ci il tarixdə, anası X17 isə xx.xx.2007-ci il tarixdə ölmüşlər. İddiaçının anası ölümündən əvvəl əmlakını iddiaçıya vəsiyyət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli 2(042)-1587 saylı qanuni qüvvəyə minmiş qətnaməsilə iddiaçının valideynlərindən miras qalmış Gədəbəy rayonunun Arıxdam kəndində yerləşən ikiotaqlı fərdi yaşayış evindən və 0.04 ha həyətyanı torpaq sahəsinin 2/9 (doqquzda iki) hissəsindən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin faktın müəyyən edilməsi bu iş üzrə preyudisial əhəmiyyətə malikdir və sübut edilməsinə ehtiyac yoxdur. İddiaçının valideynlərinin hər birinin Gədəbəy rayonu, Arıxam kəndində yerləşən beş şəxsin ümumi birgə mülkiyyətində olan 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/5 hissədə payları var və iddiaçı miras aktivinə daxil olan bu payları tam olaraq, miras kimi qəbul etmişdir. Ona görə də iddia tələbi təmin edilməli, İddiaçı tərəfindən atası X3 miras qalmış Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin payına düşən 1/5 hissəsinin və anası X7 miras qalmış payına düşən 1/5 hissəsini qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən atası X3 miras qalmış Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin 1/5 hissəsini, anası X7 miras qalmış ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin 1/5 hissəsini qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar