Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-792/2021 03.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X36 oğlunun katibliyi, İddiaçı və onun vəkili fərdi fəaliyyət göstərən vəkil X27, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, mirasın qəbul edilmə müddətinin üzrlü hesab edilərək uzadılması, miras əmlakın vərəsəlik üzrə payın müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Mərhum X7nun adına DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən 12.03.2008-ci il tarixdə verilmiş, ******* saylı çıxarışın etibarsız hesab edilməsi, (faktiki olaraq mərhum atam X10 miras qalmış) verilmiş çıxarış əsasında verilmiş 0.25 ha torpaq sahəsindən və 2 mərtəbəli, 2 otaqlı, 57.5 kv.m yaşayış, 112.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən vərəsələr arasında məcburi payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 13.08.2021-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbində dəqiqləşdirmə aparılması barədə ərizə verərək, AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən X14 adına verilmiş MH seriyalı ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi, X4 miras qalmış, Gədəbəy rayonu, Düzrəsullu kəndində yerləşən 0.25 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 57.5 kv.m yaşayış, 112.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən ibarət mirasın qəbul edilməsi üçün nəzərdə tutulan gecikmiş müddətin üzrlü hesab edilərək uzadılması və mirasdan onun 1/2 hissə vərəsəlik payının müəyyən edilməsi, həmin payın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, onun mərhum atası X15 adına 1948-ci il tarixdə inşa edilmiş 112 kv.m fərdi yaşayış evi və 0,25 ha həyətyanı torpaq sahəsi olmuşdur. Həmin evdə yaşayıb, həmin evdə böyümüşdür. Halhazırda da həmin evdə qeydiyyatdadır. Valideynlərinin hər ikisi vəfat etmişdir. Həmin evdə onun mərhum X7 ailə üzvləri ilə birlikdə və o, yaşamışlar. X7 23.10.2011-ci il tarixdə vəfat etmişdir. Qardaşı vəfat etməmişdən öncə yəni 12.03.2008-ci il tarixdə həmin evə və həyətyanı torpaq sahəsinə dair DƏDRX-nin 11 saylı Ərazi idarəsi tərəfindən ******* saylı çıxarış almışdır. Həmin sənədlərdə evin tikilməsi səhvən 1983-cü il kimi qeyd edilmişdir. Lakin həmin ev ilkin olaraq 1948-ci il tarixdə tikilməklə, 1993-1994-cü illərdə yenidən bərpa olunmuşdur. Qardaşı R.Rəsulov vəfat etdikdən sonra Cavabdeh ilə son dövrə qədər mehriban yaşamışlar. Lakin son dövrlər cavabdeh onu evdən çıxarıb həmin evi isə satmaq istəyir. Onun hüquqlarını kobud şəkildə pozmağa çalışır. O, həmin evdə qeydiyyatdadır. Cavabdeh ilə aralarında yaranmış mülki mübahisə ilə bağlı Maraqlı şəxs1nə müraciət etsə də, 16.04.2021-ci il tarixdə, 156 saylı imtina məktubu verilərək, ona həmin evlə bağlı mübahisə olduğu üçün vərəsəlik barədə şəhadətnamənin verilməsi mümkün olmadığı bildirilmiş və mülki mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Onun digər bacıları X21 və X22 atalarından miras qalmış mülkdən onlara düşəcək payları onun xeyrinə imtina etməklə yanaşı onların hüquqlarını məhkəmədə müdafiə etmək məqsədi ilə etibarnamə göndərmişlər. Cavabdeh ilə dinc şəkildə məsələni həll edə bilmirlər, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. X4 miras qalmış əmlakın qəbulu ilə bağlı hüquqi savadsızlığı ilə əlaqədar notariusa müraciət etməmişdir. Atası vəfat etdikdən sonra ondan qalmış miras mülkdə o və qardaşı, o cümlədən qardaşının ailə üzvləri yaşamışdır. Aralarında problem olmadığı üçün mirasın qəbul edilməsi və vərəsəlik paylarının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Buna baxmayaraq, o ata mülkündə qardaşı ilə birgə təsərrüfat aparmış və atası mülkünü miras əmlak olaraq faktiki qəbul etmişdir. Qardaşı 2011-ci ildə vəfat etdikdən sonra onun ailə üzvləri ilə birlikdə həmin evdə yaşamağa davam etmişlər. 2021-ci ilə qədər qardaşının arvadı Cavabdeh ilə normal münasibətləri olmuşdur. Son vaxtlar Tərlanla aralarında olan münasibətlər pisləşmişdir. Həmin vaxt Tərlan ona evin ərindən ona qaldığını, ərinin adına çıxarış olduğunu bildirərək onu ata evində yaşamağa icazə verməyəcəyini bildirmişdir. Ona həmin zaman məlum olmuşdur ki, qardaşı Rəsul atalarından miras qalmış əmlakı ondan xəbərsiz olaraq adına keçirtmişdir. Eyni zamanda etibarasızlığını tələb etdiyi çıxarış mərhum X7nun adına 12.03.2008-ci ildə verilmişdir. Bu günədək onun həmin çıxarışdan xəbəri olmamışdır. Həmin çıxarış vərəsəlik qaydasında alınmamış, saxta yollarla əldə edilmişdir. Odur ki, AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən X14 adına verilmiş MH seriyalı ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi, X4 miras qalmış, Gədəbəy rayonu, Düzrəsullu kəndində yerləşən 0.25 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 57.5 kv.m yaşayış, 112.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən ibarət mirasın qəbul edilməsi üçün nəzərdə tutulan gecikmiş müddətin üzrlü hesab edilərək uzadılması və mirasdan onun 1/2 hissə vərəsəlik payının müəyyən edilməsi, həmin payın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı vəkili X37 məhkəmə iclasında iddia tələbini müdafiə edib iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək və məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh 08 may 1997-ci il tarixdə X34 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin vaxtdan halhazıra qədər mübahisəli mənzildə yaşayır. Rəsmi nikahlarından 22 iyun 2000-ci il tarixdə Zeynəb adlı qızı anadan olmuşdur. Mübahisəli ev 1948-ci ildən özbaşına tikili olmaqla, qəzalı vəziyyətə düşdüyündən iddiaçının göstərdiyi kimi 1993-1994-cü illərdə mərhum cavabdehin əri əsaslı təmir etmiş, balkon artırmış və əlavə bir otaq inşa etmişdir. Bundan sonra iddiaçının razılığı ilə 12.03.2008-ci il tarixdə evi öz adına hüquqi qeydiyyatdan keçirmişdir. Cavabdehin əri 23.10. 2011-ci il tarixdə vəfat etmişdir. İddiaçı digər baldızları kimi cavabdehə qarşı təzyiqə başlamışdır. Qardaşlarının sağlığında belə söhbətlər və mühasibətlər olmamışdır. İddiaçı Düzrəsullu kəndində uzun müddət musiqi məktəbinin direktoru vəzifəsində işləmişdir. Ali təhsili vardır. Mərhum qayınatası 03.01.1980-ci il tarixdə, mərhum qayınanası isə 13.05.1992-ci il tarixdə vəfat etmişdir. Onların vəfatından müvafiq olaraq 41 il və 31 il müddət keçməsinə baxmayaraq, iddiaçı və onun bacıları mübahisəli evin və torpaq sahəsinin miras əmlak olması, vərəsələr arasında bölüşdürülməsi barədə iddia qaldırmamışlar. Hazırda iddiaçı və onun bacılarının niyyəti cavabdehi evdə yaşamaq hüququndan məhrum etməkdir. O, hesab edir ki, keçən dövr yetərli bir müddətdir ki, hətta qardaşlarının ölümündən 10 ildən çox müddət keçməsinə baxmayaraq mərhum cavabdehin ərinin adına olan çıxarışın etibarsız sayılması barədə bacılar iddia qaldırmamışlar. Digər tərəfdən mübahisəli ev özbaşına tikili olmaqla 12.03.2008-ci il tarixə qədər hüquqi qeydiyyatdan keçməmişdir. Bu səbəbdən də mübahisəli ev miras əmlak sayıla bilməz və vərəsəlik hüququ tanına bilməz. Digər tərəfdən isə mübahisəli ev və torpaq sahəsi mərhum cavabdehin qayınatası və ya qayınanasının mülkiyyətində olmamışdır. İddiaçı ali savadlı insandır və mübahisəli ev və torpağa dair iddia qaldırmaq üçün kifayət qədər vaxtı var idi. Lakin, buna baxmayaraq iddiaçı iddia müddətini keçirmişdir. Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə və Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan ünvan 1indən verilmiş 29.04.2021-ci il tarixli, 72 saylı arayışdan görünür ki, İddiaçı nümayəndəlik ərazisində qeydiyyatdadır və həmin ünvanda yaşayır. İşdə olan ünvan 1indən verilmiş 29.04.2021-ci il tarixli, 75 saylı arayışdan görünür ki, Düz Rəsullu kənd İƏD üzrə nümayəndəliyə məxsus 1 saylı t/başına kitabın səhifə 8-də İddiaçı 1948-ci ildə tikilmiş 112 kv.m sahəsi olan yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Həmin ev İddiaçı mərhum atası X15 və mərhum anası X16 birgə qazancı hesabına tikilmişdir. Ev 1983-cü ildə mərhum X16 qazancı hesabına təmir olunmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 03 avqust 1962-ci il tarixdə Gədəbəy rayonu, Düz Rəsullu kəndində anadan olmuşdur. Atası qrafasında X29, anası qrafasında X30 qeyd edilmişdir. İşdə olan AZ seriyalı 464479 №-li ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X34 23.10.2011-ci ildə “ağciyəri xərçəngi” səbəbindən ölmüşdür. İşdə olan ЖГ seriyalı 470314 №-li ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X29 03.01.1980-ci ildə “kəskin ürək qan damarlarının fəaliyyətdən düşməsi” səbəbindən ölmüşdür. İşdə olan ЖГ seriyalı 355134 №-li ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X30 13.05.1992-ci ildə “kəskin ürək qan damarlarının fəaliyyətdən düşməsi” səbəbindən ölmüşdür. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən 24 may 2021-ci il tarixli, 133 saylı arayışdan görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayon Qeydiyyat şöbəsinin 1939-1942-ci illərə dair doğum aktının qeydiyyat kitabında X17 59 nömrəli aktla 25 avqust 1940-cı ildə Gədəbəy rayonu, Rəsullu kəndində anadan olması qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* №-li çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu Düzrəsullu kəndində mülkiyyətində olan 0.25 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 57.5 kv.m yaşayış, 112.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə X31 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 146 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Maraqlı şəxs1 tərəfindən verilmiş 16 aprel 2021-ci il tarixli, 156 saylı məktubdan görünür ki, İddiaçı mərhum X4 miras qalan əmlakda mübahisə olduğuna görə və əmlakın sənədləri olmadığına görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İşdə olan Gədəbəy rayon İHB-nın Düz Rəsullu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh qayınatası X29 ölən bir günə kimi Gədəbəy rayonu, Düz Rəsullu kəndində yaşamışdır və 03.01.1980-cı il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra təsərrüfatında aşağıda göstərilən ailə üzvləri qalmışdır: 1. İddiaçı-xx.xx.1943; 2. X5-14.01.1967; 3. X13- vəfat edib 23.11.2011; 4. Gəlini Cavabdeh- 08.05.1966. Başqa yerdə yaşayan ailə üzvləri aşağıdakılardır: 1. qızı X21-1940; 2. X19 qızı-1962; 3. X8-1945. Həmçinin Cavabdeh 1948-cı ildə inşa edilmiş qayınata evində yaşayır. İşdə olan Gədəbəy rayon İHB-nın Düz Rəsullu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01.11.2011-ci il tarixli, 2311 saylı arayışının surətindən görünür ki, Cavabdeh mərhum həyat yoldaşı Rəsulov Rəsul Məmməd oğlunun dəfn xərcini çəkmişdir. Mərhum vəfat edənə kimi həyat yoldaşı Cavabdeh ilə bir evdə, bir təsərrüfatda yaşamışdır. İşdə olan Gədəbəy rayon İHB-nın Düz Rəsullu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08.09.2016-cı il tarixli, 150 saylı arayışdan görünür ki, Cavabdeh Gədəbəy rayonu Düz Rəsullu kənd İƏD üzrə nümayəndəliyində sağ-salamat yaşayır. İşdə olan Gədəbəy rayon İHB-nın Düz Rəsullu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11.04.2010-cu il tarixli, 93 saylı arayışdan görünür ki, X26 Rəsullu kəndində sağ-salamat yaşayır. 09 aprel 2010-cu il tarixdən heç bir idarə müəssisədə işləmir, fərdi-əmək sahibkarlığı ilə məşğul olmur, aşağıdakı ailə üzvləri vardır: 1. X18-1950 işsız; 2. h/y X60-08.05.1966; 3. Qızı X61 22.06.2000. İşdə olan Gədəbəy rayon İHB-nın Düz Rəsullu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11.06.2021-ci il tarixli, 100 saylı arayışdan görünür ki, Cavabdeh mərhum əri X34 01.11.2011-ci ildə vəfat etmişdir. Cavabdeh mərhum əri X34 ölən bir günədək bir evdə, bir təsərrüfatda birgə yaşamışlar. İşdə olan AZ-İ № 024312 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 rayonu, Düz Rəsullu kəndində anadan olmuşdur. Atası qrafasında X34, anası qrafasında Cavabdeh qeyd edilmişdir. İşdə olan AZ-İİ seriyalı 076450 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38 29.02.2020-ci ildə “vərəm plevriti, bakterioloji və ya histoloji təsdiq olunması” səbəbindən ölmüşdür. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş, X54 kitabında 18.02.209-cu il tarixdə uçota alınmış A № 120784 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, X28 Gədəbəy rayonu, Düz Rəsullu kəndində 3296.79 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon İHB-nın Düz Rəsullu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02.11.2020-cı il tarixli, 205 saylı arayışdan görünür ki, İddiaçı mərhum atası X29 ölən bir günə kimi Gədəbəy rayonu, Düz Rəsullu kəndində yaşamışdır və 03.01.1980-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra təsərrüfatında aşağıda göstərilən ailə üzvləri qalmışdır: 1. Qızı İddiaçı-xx.xx.1943; 2. X5 14.01.1967; 3. X13-vəfat edib. İşdə olan Gədəbəy rayon İHB-nın Düz Rəsullu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 yanvar 2021-ci il tarixli, 06 saylı arayışdan görünür ki, İddiaçı mərhum atası X29 03.01.1980-ci ildə, anası X30 13.05.1992-cı ildə vəfat etmişlər. Hər iki valideyni vəfat etdikdən sonra Gədəbəy RİH başçısının Düz Rəsullu kənd İƏD üzrə nümayəndəliyinə məxsus 1 nömrəli təsərrüfatbaşına kitabın şəxsi hesab №08, səh 08-də təsərrüfat başçısı kimi İddiaçı qeyd edilmişdir. Həmin təsərrüfat ona məxsusdur. Halhazırda həmin təsərrüfatı İddiaçı idarə edir. İşdə olan Gədəbəy rayon İHB-nın Düz Rəsullu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli, 68 saylı arayışın surətindən görünür ki, Düz Rəsullu kənd İƏD üzrə nümayəndəlik ərazisində İddiaçı mərhum atasının vəsaiti hesabına 1948-ci ildə inşa edilmiş yaşayış evi və torpaq sahəsi qeyd edilmişdir. İşdə olan X62 tərəfindən verilmiş 12.02.2008-cı il tarixli, 58 saylı arayışın təsdiq edilmiş görünür ki, X20 təsərrüfatbaşına kitabda adına 0.25 ha torpaq sahəsi və ev qeyd edilmişdir. Əsas kimi; kitab №01, şəxsi hesab №1 səhifə №2, 1996-2000-ci illər, Fond №129 göstərilmişdir. İşdə olan Gədəbəy rayon İHB-nın Düz Rəsullu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.02.2008-ci il tarixli, 40 saylı arayışın təsdiq edilmiş surətindən görünür ki, X6 rayonu, Düz Rəsullu İƏD üzrə nümayəndəlik ərazisində sağ-salamat yaşamaqla, həmin dairədə nümayəndə işləyir. 1№-li t/başına kitabın 1-ci səhifəsinə əsasən onun adına 0.25 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində fərdi yaşayış evi vardır. Ev 1983-cü ildə tikilmişdir. Sağ qonşusu – X24, sol qonşusu- X39. X45 ailəlidir, bir övladı var. İşdə olan Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Düz Rəsullu kənd İƏD üzrə nümayəndəliyin 2001-2005-ci illəri əhatə edən təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Gədəbəy rayonu, Düz Rəsullu kəndində 11 nömrəli şəxsi hesabda təsərrüfat üzvləri kimi İddiaçı, X35 və X46, və həmin təsərrüfatda adlarına 0.25 ha torpaq sahəsi və fərdi yaşayış evi qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Düz Rəsullu kənd İƏD üzrə nümayəndəliyin 2001-2005-ci illəri əhatə edən təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Gədəbəy rayonu, Düz Rəsullu kəndində 1 nömrəli şəxsi hesabda təsərrüfat üzvləri kimi X34, Cavabdeh, X11 və X38, həmin təsərrüfatda adlarına 0.25 ha torpaq sahəsi və fərdi yaşayış evi qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Düz Rəsullu kənd İƏD üzrə nümayəndəliyin 2006-2010-cu illəri əhatə edən təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Gədəbəy rayonu, Düz Rəsullu kəndində 1 nömrəli şəxsi hesabda təsərrüfat üzvləri kimi X34, Cavabdeh, X11 və X38, həmin təsərrüfatda adlarına 0.25 ha torpaq sahəsi və 1948-ci il tarixdə inşa edilmiş ümumi sahəsi 112 kv.m olan fərdi yaşayış evi qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Düz Rəsullu kənd İƏD üzrə nümayəndəliyin 2006-2010-cu illəri əhatə edən təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Gədəbəy rayonu, Düz Rəsullu kəndində 11 nömrəli şəxsi hesabda təsərrüfat üzvləri kimi X34, Cavabdeh, X11 və X38, həmin təsərrüfatda adlarına 0.25 ha torpaq sahəsi və ümumi sahəsi 112 kv.m olan fərdi yaşayış evi qeyd edilmişdir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları və tədqiq edilmiş digər sübutlarla müəyyən olundu ki, iddiaçının mərhum atası X15 adına 1948-ci il tarixdə inşa edilmiş 112 kv.m fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi olmuşdur. İddiaçının atası X29 03.01.1980-ci ildə, anası X30 isə 13.05.1992-ci il tarixdə vəfat etmişlər. Valideynləri vəfat etdikdən sonra iddiaçı və mərhum X7 ailə üzvləri ilə birlikdə həmin qeyd olunan evdə yaşamışlar. Eləcə də təsərrüfatı birgə idarə etmişlər. İddiaçının X7 23.10.2011-ci il tarixdə vəfat etmişdir. Bundan sonra iddiaçı qardaşının ailə üzvləri, o cümlədən hazırkı iş üzrə Cavabdeh ilə birlikdə həmin yaşayış evində yaşamaqda davam etmişlər. X34 ölümündən əvvəl Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* №-li çıxarışa əsasən, Gədəbəy rayonu Düzrəsullu kəndində mülkiyyətində olan 0.25 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 57.5 kv.m yaşayış, 112.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini tam mülkiyyət hüququ ilə adına rəsmiləşdirmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq bildirmişdir ki, 2021-ci ilə qədər qardaşının arvadı Cavabdeh ilə normal münasibətləri olmuşdur. 2021-ci ilin mart ayından Tərlanla aralarında olan münasibətlər pisləşmişdir. Eyni zamanda etibarasızlığını tələb etdiyi çıxarış mərhum X7nun adına 12.03.2008-ci ildə versə də, onun həmin çıxarışdan xəbəri olmamışdır. Yalnız 2021-ci ildə cavabdehlə münasibətləri pisləşdikdən sonra, iddiaçının reyestrdən çıxarışdan məlumatı olmuşdur. Odur ki, məhkəmədən AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən X20 adına verilmiş MH seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, X4 miras qalmış, Gədəbəy rayonu, Düzrəsullu kəndində yerləşən 0.25 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 57.5 kv.m yaşayış, 112.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən ibarət mirasın qəbul edilməsi üçün nəzərdə tutulan gecikmiş müddətin üzrlü hesab edilərək uzadılması və mirasdan onun 1/2 hissə vərəsəlik payının müəyyən edilməsi, həmin payın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini tələb edir. Məhkəmə əvvəlcə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə qiymət verilməsini zəruri sayır və qeyd edir ki, İddiaçı atası X29 03.01.1980-ci il tarixdə, anası X30 isə 13.05.1992-ci il tarixdə vəfat etmişlər. İddiaçı atası X15 ölümündən sonra qardaşı və onun ailə üzvləri ilə birlikdə mübahisəli evdə mehriban yaşamışlar. İddiaçının qardaşı Rəsulun mübahisəli evə və torpaq sahəsinə dair çıxarış almasından xəbəri olmamışdır. Qardaşı Rəsulun ölümündən sonra da sonuncunun ailəsi ilə birlikdə 2021-ci il tarixə kimi mehriban yaşamışlar. 2021-ci ildə iddiaçı ilə cavabdeh arasında mübahisə yaranmış və məhz bu vaxt X7nun adına mübahisəli mülkə dair reyestrdən çıxarış olduğunu öyrənmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 367.1-ci maddəsinə görə, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Göründüyü kimi qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyriəmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür.” Göründüyü ki, İddiaçı X7nun həmin mübahisəli fərdi yaşayış evinə və torpaq sahəsinə dair çıxarış almasını 2021-ci il tarixdə öyrənmişdir. Yəni iddiaçı öz hüququnun pozulduğunu 2021-ci ilin əvvəllərində bilmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirilən reyestrdən çıxarışın etibarsızlığı üçün qanunla müəyyən edilmiş iddia qaldırmaq üçün nəzərdə tutulmuş müddəti buraxmamışdır.. Məhkəmə qeyd edir ki, DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən 12.03.2008-ci il tarixdə verilmiş, ******* saylı çıxarış verilərkən Gədəbəy rayonu Düz Rəsullu kəndində mülkiyyətində olan 0.25 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 57.5 kv.m yaşayış, 112.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə X20 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 146 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin, çıxarış mərhum X10 miras qalmış əmlaka dair vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydası aydınlaşdırılmadan verilmişdir. İddiaçı anadan olduğu gündən həmin fərdi yaşayış evində yaşamış və atasından miras qalmış əmlakı X7 ilə birlikdə qanun üzrə vərəsə olaraq qəbul etmişlər. Lakin, DƏDRX-nin 11 saylı Ərazi İdarəsi qeyd olunanlara fikir vermədən X10 miras qalmış əmlakı X20 adına çıxarış tərtib edilməklə rəsmiləşdirmişdir. Bu hal isə İddiaçı mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən, Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin qeydiyyata alınması üçün yuxarıda sadalanan əsaslardan biri mövcud olmalıdır. İşin mübahisələndirilməyən faktiki halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən X2 çıxarış verilərkən X62 və Gədəbəy rayon İHB-nın Düz Rəsullu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlar əsas götürülmüşdür. Məhkəmə hesab edir ki, qeyd olana arayışlar mübahisələndirilən çıxarışın verilməsinin əsası kimi çıxış edə bilməzdi. Odur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən X20 adına aparılmış qeydiyyat da əsassız sayılmalı və verilmiş reyestrdən çıxarış etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbinin vərəsəliklə əlaqədar hissəsinin qanuni əsasının mövcud olub-olmaması məsələsinin həlli üçün X10 miras əmlakın qalıb-qalmamasının, mübahisə açılan mülkün miras kütləsinə daxil edilib-edilməməsinin, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Məhkəmə iclasında müəyyən olundu ki, X29 ilə X16 birgə nikahından 4 övladı – X34, İddiaçı, X21 və X22 olmuşdur. X1 Gədəbəy rayon Düzrəsullu kəndində 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş iki mərtəbəli, iki otaqlı, 57.5 kv.m yaşayış və 112.4 kv.m köməkçi sahəsi olan fərdi yaşayış evi olmuşdur. X29 03.01.1980-ci il tarixdə ölmüşdür. Onun ölümdən sonra həmin əmlakları arvadı X30 qəbul etmiş və həmin ev sonuncu tərəfindən yenidən bərpa edilmişdir. X30 13.05.1992-ci il tarixdə vəfat etmişdir. Onların ölümü ilə həmin miras açılmışdır. Odur ki, qeyd olunan əmlaklar X12 miras qalmış əmlakdır. Həmçinin, sözügedən əmlakın X16 adına mülkiyyət hüququnu təsdiq edən sənədlər olmasa da, ona məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş iki mərtəbəli, iki otaqlı, 57.5 kv.m yaşayış və 112.4 kv.m köməkçi sahəsi olan fərdi yaşayış evi barəsində X16 birgə mülkiyyətə dair qanuni gözləntiləri olmuşdur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mərhum X16 mübahisəli əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin əmlaklar X16 mülkiyyəti kimi qiymətləndirilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X16 ölümündən sonra Gədəbəy rayon Düz Rəsullu kəndində 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş iki mərtəbəli, iki otaqlı, 57.5 kv.m yaşayış və 112.4 kv.m köməkçi sahəsi olan fərdi yaşayış evi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin əmlak X12 qalmış miras kütləsinə daxil edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. X29 03.01.1980-ci il tarixdə, X30 isə 13.05.1992-ci il tarixdə öldüyündən və onlardan qalmış miras həmin tarixdə açıldığından hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli qanunu ilə qüvvəyə minmiş və Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli N 779-İQ saylı qanunu ilə 01.09.2000-ci il tarixdə qüvvədən düşmüş Azərbaycan Respublikası SSR MM-nin 527 və 559-cu maddələrinin ümumi məzmununa görə, miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsində göstərilir ki, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, 1980-ci ildən 1992ci ilədək, həmçinin 1992-ci ildən 2015-ci ilədək həmin miras mülkdə X16 vərəsə ola biləcək uşaqlarından X34 ailə üzvləri ilə birlikdə yaşamış, eləcə də X16 digər vərəsəsi İddiaçı həmin mülkdə yaşamış, miras qalmış mülkə vərəsəliyini şəksiz nümayiş etdirmişlər. Miras qoyan X16 qanun üzrə vərəsə ola biləcək uşaqlarından X21 və X22, mərhum X15 ölümündən əvvəl ayrılaraq başqa təsərrüfata köçmüş və hazırda da başqa təsərrüfatda yaşayırlar. Bununla da məhkəmə onların miras əmlakı qəbul etməmələrini nəzərə alır və hesab edir ki, onlar atalarından və analarından qalmış miras əmlaka münasibətdə qanun üzrə vərəsə olmaq hüququnu itirmişlər. Sözügedən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi mərhum X25 münasibətdə 13.05.1992-ci ildə, yəni onun ölümündən sonra açılmış, həmin dövrün mülki qanunvericiliyinə uyğun olaraq açılmış miras X34 və İddiaçı tərəfindən qəbul edilmişdir. Yəni mirasın ½ hissəsi mərhum X34 tərəfindən, digər ½ hissəsi isə İddiaçı tərəfindən qəbul edilmişdir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X12 qalmış, Gədəbəy rayonu, Düzrəsullu kəndində yerləşən 0.25 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli, iki otaqlı, 57.5 kv.m yaşayış, 112.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsinə İddiaçı vərəsəlik hüququ tanınmalı və həmin hissədə vərəsəlik payının İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, məhkəmə iddia tələbinin həcmində qətnamə çıxarır və qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, tələbdən kənara çıxmamalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən X20 adına **********00-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd əsassız sayılmaqla onun adına verilmiş, MH seriyalı, ******* nömrəli çıxarış etibarsız hesab edilməli və X12 qalmış, Gədəbəy rayonu, Düzrəsullu kəndində yerləşən 0.25 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli, iki otaqlı, 57.5 kv.m yaşayış, 112.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsinə İddiaçı vərəsəlik hüququ tanınmalı və həmin hissədə vərəsəlik payının İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən X20 adına **********00-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd əsassız sayılmaqla onun adına verilmiş, MH seriyalı, ******* nömrəli çıxarış etibarsız hesab edilsin. X3 qalmış, Gədəbəy rayonu, Düzrəsullu kəndində yerləşən 0.25 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli, iki otaqlı, 57.5 kv.m yaşayış, 112.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsinə İddiaçı vərəsəlik hüququ tanınsın və həmin hissədə vərəsəlik payının İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-792/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-792/2021
03.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver