Məhkəmə qərarları › İş №2(042)-810/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-810/2024

07.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-810/2024 07.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X21 oğlunun katibliyi, İddiaçı etiabrnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh X18 qarşı “miras qalmış əmlakdan məcburi payın müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdeh Gədəbəy rayon Notariat ofisinə qarşı iddia qaldıraraq Gədəbəy rayonu Gərgər kəndində yerləşən, ümumi birgə mülkiyyətdə olan 0.25 ha torpaq sahəsində ailə büdcəsi hesabına inaş edilmiş, mərhu qaynatası X6 miras qalmış 209.90 kv.m fərdi yaşayış evinə mərhum əri X7 qanun üzrə vərəsəsi kimi tanınmağı barədə öhdəliyin Gədəbəy rayon Notariat ofisiniun üzərinə qoyulması və payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbində dəqiqləşdirmə aparılması və həmin məcəllənin 54-cü madəsinə əsasən cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə verərək, iş üzrə cavabdeh qismində sonununcu yaşayış yeri Gədəbəy rayonu Gərgər kəndi olan, hal-hazırda Rusiya Federasiyasının Qorki şəhərində yaşayan X13 tanınması, Gədəbəy rayon Notariat ofisinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi, Gədəbəy rayonu Gərgər kəndində yerləşən, dövlət reyestrindən çıxarış əsasında X10 məxsus olan, ümumi sahəsi 209.90 kv.m fərdi yaşayış evindən qanuni vərəsəsi olduğu mərhum əri X7 məcburi payının müəyyən edilməsi və həmin məcburi payın onun tərəfindən qəbul edilməsi faktının müəyəyn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1974-cü il tarixdə mərhum X14 ilə qeyri-rəsmi ailə qurmuş, nikahlarını 02 avqust 1974-cü il tarixdə Gədəbəy rayon Gərgər kənd icra nümayəndəliyində rəsmiləşdirmişlər. Ailə qurduqdan sonra mərhum ərinə məxsus olan, Gədəbəy rayonu, Gərgər kəndində 0.25 ha torpaq sahəsində inşa edilmiş 20 kv.m fərdi yaşayış evinə gəlin köçmüşdür. Sonradan həmin 0.25 torpaq sahəsində ailə büdcələri hesabına yenidən tikinti və təmir işləri görərək ümumi sahəsi 209.90 kv.m olan yaşayış sahəsi inşa etmişlər Hal-hazırda rəsmi olaraq Gədəbəy rayon Gərgər kəndində 0.25 ha torpaq sahəsi onunla mərhum ərinin ümumi birgə mülkiyyətində olsa da, tikintialtı sahəsi 209.90 kv.m olan ev tam pay olaraq mərhum qaynatası X11 mülkiyyətinə verilmişdir. Həmin mülkdə təsərrüfat işləri aparmaqla yanaşı bu günə kimi daimi olaraq yaşayır. Mərhum əri X14 2018-ci ildə vəfat etdikdən sonra hazırda cavabdeh olan qaynı X22 ilə aralarında həmin mülkə dair mübahisələr yaranmışdır. X22 ona görə mübahisə yaratmışdır ki, xx.xx.1996-cı il tarixdə atasından qalmış miras əmlaka dair ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən Gədəbəy rayonu, Gərgər kəndində 0.25 ha torpaq sahəsində ailə büdcəsi hesabına inşa edilmiş 209.90 kv.m olan yaşayış evindən onu çıxartmaq istəyir. O, həmin vəsiyyətnamə, eləcə də vəsiyyətnamə əsasında vərəslik hüququ haqqında şəhadətnamə verilibverilməməsi ilə bağlı Gədəbəy rayon notariat ofisinə rəsmi qaydada müraciət etmiş, müraciətinə cavab olaraq Gədəbəy rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli 403 nömrəli məktubu ilə bildirilmişdir ki, 08 aprel 1996-cı il tarixdə X6 qalmış miras əmlaka dair X18 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, miras əmlakla bağlı mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunur. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən, ümumi sahəsi 209.90 kv.m olan fərdi yaşayış evinin ¼ hissəsinə mərhum əri X7 atasından qalmış miras əmlak olaraq məcburi pay hüququ vardır və həmin məcburi payı mərhum əri faktiki olaraq qəbul etdiyindən onun mülkiyyəti hesab edilməlidir. Eləcə də o, həm ərinin sağlığında, həm də ərinin ölümündən sonra faktiki olaraq həmin evdə yaşamaqla ərindən qalmış mirası, o cümlədən sözügedən fərdi yaşayış evinin ¼ hissəsindən ibarət məcburi payını birinci növbə vərəsə olaraq qəbul etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X15 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X18 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cl il tarixdə anadan olmuş, hazırda Gədəbəy rayonu, Gərgər kəndində qeydiyyatdadır. İşdə olan AZ-İ № 906872 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2018-ci il tarixdə Gədəbəy rayonu. Gərgər kəndində ölmüşdür. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çxıarışın surətindən görünür ki, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən, ümumi sahəsi 209.90 kv.m olan fərdi yaşayış evi tam pay olaraq X8 adına, həmin evində yerləşdiyi 0.25 ha torpaq sahəsi ümumi birgə mülkiyyət olaraq X14 və İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.20247cü il tarixli, 403 nömrəli məktubdan görünür ki, xx.xx.1996-cı il tarixdə X6 qalmış miras əmlaka dair X18 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda vərəsələr arasında mübahisə olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunur. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 38 nömrəli məktubdab görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Gərgər kənd xalq Deputatları Sovetinin 1963-1965-ci illərə dair 1 nömrəli Təsərrüfatbaşına kitabın 47-ci şəxsi hesabında X19 qeydiyyatda olmaqla adına təsərrüfat qeyd olunmuş və ailə üzvləri arvadı X20, oğlu X23, qızı X16, oğlu X14 və qızı X2 ibarətdir. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1672 nömrəli məktubdan görünür ki, mərhum X19 tərəfindən X18 və X9 xx.xx.1992-ci il tarixdə V-110 nömrəli vəsiyyətnamə verilmişdir. Həmin vəsiyyətnamə Gdəbəy rayon notariat ofisi tərəfindən Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə təhvil verilmişdir. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X3 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən, ümumi sahəsi 209.90 kv.m olan fərdi yaşayış evi tam pay olaraq X8 adına, həmin evin yerləşdiyi 0.25 ha torpaq sahəsi ümumi birgə mülkiyyət olaraq X14 və İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. X1 uşaqlarından X18 və X9 xx.xx.1992-ci il tarixdə V-110 nömrəli vəsiyyətnamə vermişdir. X19 vəfat etmişdir. Onun ölümündən sonra ondan qalmış mirası, yəni Gədəbəy rayonu, Gərgər kəndində yerləşən, ümumi sahəsi 209.90 kv.m olan fərdi yaşayış evini uşaqları X22 və X14 vəsiyyətnamə üzrə qəbul etmişdir. X14 ailə üzvləri ilə birlikdə həmin evə yaşamış, təsərrüfatı faktiki olaraq idarə etmişdir. Mustafa Zeynalov xx.xx.2018-ci il tarixdə ölmüşdür. Onun ölümüdən sonra həmin evdə Mustafa Zeynalov arvadı İddiaçı yaşamış və təsərrüfat aparmışdır. Odur ki, Gərgər kəndində yerləşən, ümumi sahəsi 209.90 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi X7 mülkiyyəti hesab edilməklə ondan qalmış miras əmlak kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. ... Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. ... Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Həmçinin həmin qərarda göstərilmişdir ki, digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, X14 tərəfindən vəsiyyətnamə qoyulmadığından və bu barədə məhkəməyə heç bir hal məlum olmadığından X3 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək arvadı İddiaçı hazırda Gədəbəy rayonu, Gərgər kəndində yerləşən, ümumi sahəsi 209.90 kv.m olan fərdi yaşayış evində yaşayır, evin yerləşdiyi torpaq sahəsini isə öz mülkiyyəti olaraq istifadə edir. Bununla da İddiaçı əri X3 qalmış mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən, 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş, X10 mülkiyyət hüququ ilə məxsus olmuş, X17 tərəfindən qəbul edilmiş 209.90 kv.m fərdi yaşayış evininin ½ hissəsindən ibarət miras əmlaka X4 payı müəyyən edilməli və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edildiyindən cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayonu, Gərgər kəndində yerləşən, 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş, X10 mülkiyyət hüququ ilə məxsus olmuş, X17 tərəfindən qəbul edilmiş 209.90 kv.m fərdi yaşayış evininin ½ hissəsindən ibarət miras əmlaka X4 payı müəyyən edilsin və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdeh X12 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar