Məhkəmə qərarları › İş №2(042)-832/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-832/2021

17.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-832/2021 17.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, ilkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi Nümayəndə, onun vəkili X8, ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və onun nümayəndəsi X5, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə ilkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Gədəbəy Rayon Notariat Kontoruna qarşı mirasın vəsiyyətnamə üzrə qəbul edilməsi faktının müəyyən edilməsi və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı miras əmlakda məcburi payının müəyyən edilməsi tələbi haqqında iddia ərizələrinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında 17 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon Notariat Kontoruna qarşı mərhum nənəsi X9 qalmış ünvan 1 ünvanında yerləşən 699,42 kvm həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən A və B literli iki ədəd fərdi yaşayış evlərindən ibarət miras əmlakın vəsiyyətnamə üzrə vərəsə olaraq tərəfindən faktiki qəbul edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mərhum ataları X10 və mərhum anaları X9 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən və 167,9 kvm yaşayış evindən ibarət olan daşınar və daşınmaz əmlakdan birinci növbə vərəsə olaraq məcburi payının müəyyən edilməsi tələbi haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə İddiaçı nümayəndəsi Nümayəndə ilkin iddia tələbini müdafiə etmiş, qarşılılıqlı iddia tələbinə etiraz etmiş və izahat verərək, bildirmişdir ki, mərhum X10 iddiaçının babası, X16 isə nənəsi olmuşdur. Onlar 06 avqust 1959-cu il tarixdə nikah bağlamış, nikahlarından dörd övladları, Nümayəndə, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 olmuşdur. X10 18 dekabr 1999-cu il tarixdə, X16 isə 13 mart 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı nənəsi X16 ilə birlikdə yaşamış, ona qulluq etmişdir. X16 notarial qaydada təsdiq edilmiş Vəsiyyətnamə ilə ona məxsus 699, 42 kvm həyətyanı torpaq sahəsini, yaşayış evini və başqa əşyalarını iddiaçıya vəsiyyət etmiş, digər vərəsələrini vərəsəlik hüququndan və məcburi paydan məhrum etmişdir. İddiaçı vərəsəlik şəhadətnaməsi almaq üçün notariat orqanına müraciət etmiş, lakin mübahisə olduğu üçün ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə cavabdeh və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 ilkin iddia tələbinə etiraz etmiş, qarşılıqlı iddia tələbini müdafiə etmiş və izahat verərək, bildirmişdir ki, mərhum X10 onun atası, X16 isə anası olmuşdur. Onlar 06 avqust 1959-cu il tarixdə nikah bağlamış, nikahlarından dörd övladları, o, Nümayəndə, Cavabdeh2 və Cavabdeh3 olmuşdur. X10 18 dekabr 1999-cu il tarixdə, X16 isə 13 mart 2021-ci il tarixdə vəfat etmişdir. Anasının dəfn xərclərini o, çəkmişdir. O, valideynlərindən qalmış evdə doğulmuş və hazırda da ailəsi ilə birlikdə həyətdə olan iki evdən nisbətən kiçik olanında yaşayır. Yəni, anasından qalmış miras əmlakı vərəsə kimi faktiki olaraq qəbul etmişdir. Onun birinci növbə vərəsə kimi vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, mərhum X9 qalmış mirasdan məcburi payı var. Ona görə də ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə cavabdeh və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi X5 ilkin iddia tələbinə etiraz etmiş, qarşılıqlı iddia tələbini müdafiə etmiş və eyniməzmunlu izahat verərək, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə Cavabdeh2 izahat verərək, bildirmişdir ki, mərhum X10 onun atası, X16 isə anası olmuşdur. Onlar 06 avqust 1959-cu il tarixdə nikah bağlamış, nikahlarından dörd övladları, o, X6, Nümayəndə və Cavabdeh3 olmuşdur. X10 18 dekabr 1999-cu il tarixdə, X16 isə 13 mart 2021-ci il tarixdə vəfat etmişdir. O, valideynlərindən miras qalmış evdə yaşamaq istəmir. Bununla belə miras əmlakın satılmasını da istəmir. Əgər əmlak satılarsa, onun da razılığı alınmalıdır. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə Cavabdeh3 etniməzmunlu izahat vermişdir. Üçüncü çəxs Gədəbəy Rayon Notariat Kontoruna məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5. və 185.6-cı maddələrinin tələblərini nəzərə alaraq, işə cavabdehin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan notarial qaydada təsdiq edilmiş Vəsiyyətnamədən görünür ki, X3 şəhəri, Səməd Vurğun klüçəsi, 18 ünvanında yerləşən evini, ev əşyalarını və adına nə varsa hamsını nəvəsi X2 vəsiyyət etmiş, qalan vərəsələrini vərəsəlik hüququndan və məcburi paydan məhrum etmişdir. İşdə olan X18 və Ölçüsü Sənədindən görünür ki, Gədəbəy Rayon Aqrar islah Komissiyasının 20 noyabr 2009-cu il tarixli 03 saylı Qərarı ilə X11 adına Gədəbəy şəhərində yerləşən 699,42 kvm həyətyanı torpaq sahəsi qeydə alınmışdır. İşdə olan Ev sahibliyi üzrə X1 görünür ki, X7 adına Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində sahəsi 132,9 kvm və sahəsi 35 kvm olan iki yaşayış evi qeydə alınmışdır. İşdə olan Arayışdan görünür ki, X16 13 mart 2021-ci il tarixdə ölmüşdür. İşdə olan olan həqiqiliyi mübahisələndirilməyən X4 surətindən görünür ki, X10 və X19 10 avqust 1959-cu ui tarixdə nikah bağlamışlar və arvad Şahnazarova soyadını götürmüşdür. İşdə olan Gədəbəy RİHB-nın Gədəbəy Şəhər İcra Nümayəndəlindən verilmiş Arayışdan görünür ki, X14 məxsus təsərrüfatda Cavabdeh1 yaşamışdır. Digər övladları Nümayəndə, Cavabdeh2 və Cavabdeh3 başqa yerdə yaşamışlar. İşdə olan Gədəbəy Rayon Notariat Kontoru tərəfindən verilmiş imtina arayışından görünür ki, tərəflərə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhqiq edərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən “mülkiyyətin” təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məcəllənin 1176.1-ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, ünvan 1 ünvanında yerləşən 699,42 kvm torpaq sahəsi Gədəbəy Rayon Aqrar islahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli 03 saylı Qərarı ilə X14 verilmiş, onun mülkiyyətində olmuş və miras əmlaka daxildir. Mirasqoyanın həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evlərini də müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ və kifayət qədər əsasları olmuşdur. Yəni, mülkiyyət hüququnun gözləntisi prinsipinə əsasən mülkiyyətdə olan həyətyanı torpaq sahəsində yerləşən evlər miras əmlak kimi qiymətləndirilməlidir. İlkin iddia tələbi üzrə iddiaçı mirasqoyan X11 vəsiyyətnamə üzrə vərəsəsidir. O, notariat orqanına müraciət etmək və miras əmlaka sahiblik etməklə mirası qəbul etmişdir. Ona görə də ilkin iddia tələbi təmin edilməli, İddiaçı tərəfindən X9 miras qalmış ünvan 1 ünvanında yerlşən 699,42 kvm həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən A və B literli yaşayış evlərinin miras kimi vəsiyyətnamə üzrə vərəsə kimi qəbul etməsi faktı müəyyən edilməlidir. Qarşılqlıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 mirasqoyan X11 övladı, yəni, birinci növbə vərəsəsidir. Onun miras əmlakda məcburi payı vardır. Vəsiyyət edən Vəsiyyətnamədə difər vərəsələri vərəsəlik hüququndan və məcburi paydan məhrum etdiyi barədə göstəriş versə də, qanunun tələblərinə əsasən mirasqoyan məcburi pay hüququ olan vərəsələri məcburi paydan sağlığında yalnız məhkəməyə müraciət etməklə məhrum edə bilərdi. Lakin mirasqoyan vərəsələlərini məcburi paydan məhkəməyə müraciət etməklə məhrum etməmişdir və Vəsiyyətnamədə olan bu göstərişin hüquqi qüvvəsi yoxdur. Yəni, iddiaçı mirası qəbul etmək müddətini ötürmədiyi və miras əmlakın bir hissəsinə sahiblik etməklə mirası faktiki olaraq qəbul etdiyi üçün qarşılıqlı iddia tələbi üzrə iddiaçının miras əmlakda məcburi payı vardır. Məhkəmə iclasında mirasqoyanın yalnız iki övladı mirası qəbul etmək iradələrini ifadə etmişlər. Ona görə də qarşılıqlı iddia tələbi təmin edilməli, iddiaçının miras əmlakda payı Vəsiyyətnamə olmasaydı ona çatacaq payın yarısı miqdarında, yəni, 1/4 hissədə müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. İddiaçı tərəfindən X9 miras qalmış ünvan 1 ünvanında yerlşən 699,42 kvm həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən A və B literli yaşayış evləri miras kimi vəsiyyətnamə üzrə vərəsə kimi qəbul etməsi faktı müəyyən edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh1 X9 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən və 167,9 kvm yaşayış evindən ibarət olan daşınar və daşınmaz əmlakda 1/4 hissədə məcburi payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərəö aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar