Məhkəmə qərarları › İş №2(042)-846/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-846/2022

26.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-846/2022 26.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X11 oğlunun katibliyi ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1922-ci il tarixdə Gədəbəy rayonu, İsalı kəndində anadan olmuş anası X2 xx.xx.1992-ci il tarixdə ölməsi (vəfat etməsi) faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X6 1922-ci il tarixdə anadan olmaqla Gədəbəy rayonu, İsalı kəndində yaşamış və xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Anası Ş.İsmayılova xx.xx.1992-ci il tarixdə vəfat etmiş və Gədəbəy rayonu, İsalı kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt anasının ölməsinə dair məlumatı kənd həkiminə və icra nümayəndəliyinə versələr də, anasına aid şəxsiyyət vəsiqəsini təqdim etmədiyi üçün ölüm haqqında şəhadətnamə verilməmişdir. Hal-hazırda mərhum anasından miras qalmış mülkü və torpaq sahəsini öz adına rəsimləşdirmək istəyir. O, mərhum anası Ş.İsmayılova ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etsə də, ona anasının ölümünə dair ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirilmişdir. Bu barədə Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə, 05/Q-11-416 saylı imtina məktubu verilmiş və anasının Ş.İsmayılovanın ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra ona ölüm haqqında şəhadətnamə verilməsinin mümkün olduğu qeyd edilmişdir. Ona görə də, anası Ş.İsmayılovanın xx.xx.1992-ci il tarixdə ölməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Bunu yaxın qonşuları X15, X8 və X13 da təsdiq edə bilərlər. Həmin şəxslər mərhum anası Şöylənin dəfn mərasimində iştirak etmişlər. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə teleqram vuraraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. X7 məhkəmə iclasında bildirdi ki, Ərizəçi tanıyır. X1 ərizəçinin anasıdır. X6 15 fevral 1992-ci ildə Bakı şəhərində xəstəlik səsəbindən vəfat etmiş və Bakı şəhərində dəfn olunmuşdur. Dəfn mərasimində o da iştirak etmişdir. X5 məhkəmə iclasında X15 ilə eyni məzmunlu ifadə verərək X2 15 fevral 1992-ci il tarixdə Bakı şəhərində xəstəlik səbəbindən vəfat etdiyini və Bakı şəhərində dəfn olunduğunu təsdiq etdilər. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şahidləri dinləyib, iş materiallarında olan sübutları araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan ünvan 2dən verilmiş 22 iyul 2022-ci il tarixli, 54 saylı arayışdan görünür ki, Ərizəçi Bakı şəhərində qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir ki, ailəsi ilə birlikdə İsalı kənd İƏD üzrə nümayəndəliyin ərazisində yaşayır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi xx xxx 1960cı ildə Gədəbəy rayonu, İsalı kənində anadan olmuşdur. Bu barədə 17 may 1960-cı il tarixdə Gədəbəy rayonu, İsalı kənd İƏD-sində 64 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası qrafası boş saxlanılmış, anası qrafasında X6 qeyd edilmişdir. İşdə olan qonşular X10, X9 və X3 iştirakları ilə tərtib edilmiş və Gədəbəy RİHB-nın İsalı kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 22 iyul 2022-ci il tarixli, aktdan görünür ki, X6 1992-ci il tarixdə vəfat etmişdir. Şöylə İsmayılovanın dəfnində onlar qonşu kimi iştirak etmişdir. İşdə olan vətəndaş Ərizəçi müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli, 05/Q-11-416 nömrəli məktubdan görünür ki, mərhum oğlu X2 ölməsinə dair Maraqlı şəxsnə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığı səbəbdən Maraqlı şəxsndə ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülümüşdür. İşdə olan fotoşəkildən görünür ki, X2 qəbir daşında onun ölüm tarixi kimi 1992-ci il qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, 1922-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, X6 15 fevral 1992-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhərində dəfn edilmişdir. Onun 15 fevral 1992-ci il tarixdə Bakı şəhərində ölməsi şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X2 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən uzun müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X2 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 1922-ci ildə Gədəbəy rayonunda anadan olmuş X2 15 fevral 1992-ci il tarixdə Bakı şəhərində xəstəlik səbəbindən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X4 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “15 fevral 1992-ci il”, öldüyü yer kimi “Bakı şəhəri”, ölüm səbəbi kimi “xəstəlik” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar