Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-847/2021 13.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, "xxxx" ASC tərəfindən əsassız hesablamış 220.27 manat cərimə məbləğinin silinməmiş hissəsinin-112.75 manat pulun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə edib izahatında göstərdi ki, "xxxx" ASC onları heç bir xəbərdarlıq etmədən, heç bir əsas olmadan cərimələmişdir. Mərhum həyat yoldaşı X6 məxsus Gədəbəy rayonu, Arabaçı kəndində yerləşən fərdi yaşayış evinin elektrik sayğacına görə təyin olunmuş əsassız cərimə yazılmışdır. 22.07.2020-ci il tarixdə X13 Təchizatı və Satışı İdarəsinin Gədəbəy Elektrik Şəbəkəsinin nümayəndələri tərəfindən hesablama mexanizminin dayanması əsas götürülərək R179580 nömrəli akt tərtib edilmiş və 220.27 manat məbləğində cərimə yazılmışdır. Əsassız yazılmış bu cəriməyə görə "xxxx" ASC-yə borcun silinməsinə görə müraciət etmişdir. 12.11.2020-ci il tarixli, AERA-27-522/20 saylı cavab məktubu ilə elektrik sayğacındakı daxili qüsurun abonentin təqsiri səbəbindən yaranmaması bildirilmiş və abonentin hesabına əlavə edilmiş 220.27 manatlıq məbləğdən 112.75 manat çıxarılmışdır və 107.52 manat borcu hələdə qalmışıdır. Halbuki əlavə edilmiş həmin məbləğ ümumilikdə əsassız idi və ləğv edilməli idi. Belə ki, elektrik sayğacında yaranmış qüsurda onun heç bir təqsiri olmamışdır. Həmçinin həmin ünvanda biz daimi yaşamırlar və ildə bir neçə dəfə mövsümi yaşamaq üçün həmin ünvana gedirlər. Belə olan halda həmin məbləğdə elektrik enerjisi sərfiyyatının olması mümkün deyildir. Həmçinin istifadə edilmiyən elektrik enerjisinə görə isə onların həmin sayğaca hər-hansı müdaxilə etmələrinə ehtiyac olmamışdır. Bundan əlavə aktda qeyd edilmiş məbləğ tam qanuni olsaydı ilkin müraciətlərilə həmin məbləğin yarısı ləğv edilib ümumi məbləğdən silinməzdi. Bu da açıq-aşkar göstərir ki, aktla əlavə edilən məbləğ uydurmadır və hər hansı bir hüquqi əsası mövcud deyildir. Əhalinin kommunal ödənişlərinin üzərinə istifadə etmədiyi borcların bu formada əlavə edilməsi kobud qanun pozuntusudur və qəbuledilməzdir. Odur ki, iddiaçı yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, o, Qərb RETSİ-nin aparıcı hüquqşünasıdır. 22 iyul 2020-ci il tarixdə iddiaçının iştirakı ilə X6 məxsus Gədəbəy rayonu, Arabaçı kəndində yerləşən fərdi yaşayış evinin sayğacına baxış keçirilmiş və sayğacın işləmədiyi aşkar olunmuşdur. Bu barədə akt tərtib edilmiş və iddiaçı aktla razılaşmışdır. Sayğaca hər hansı müdaxilə olmamışdır. Sayğac 2020-ci ilin avqust ayında dəyişdirilmişdir. Sayğac iddiaçının mərhum yoldaşının adına olmuşdur. Sayğacın göstərişində hər hansı pozuntu olarsa, yazılı formada müraciət edilməlidir. Qeyd olunan pozuntuya görə iddiaçıya 220.27 manat borc hesablanmışdır. İddiaçı Energetika Nazirliyinin Enerji Məsələlərinin tənzimlənməsi agentliyinin Tovuz Filialına etdiyi müraciətə əsasən akta görə aparılmış hesabata baxılmış və borc 112.75 manat azaldılmışdır. Beləliklə, iddiaçıya yazılan borc qanuni olaraq yazılmışdır və həmin borc ödənilməlidir. Eləcə də, abonent müqaviləsi iddiaçının mərhum əri X9 ilə bağlanmışdır. İddiaçı mərhum ərinin ölümündən sonra vərəsəliyi rəsmiləşdirməmiş, həmçinin abonent müqaviləsi iddiaçı ilə dəyişdirilməmişdir. Belə olan halda, iddiaçının mərhum ərinin adına hesablanmış borcun ləğv edilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Bunun da nəzərə alınmasını xahiş edir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy EŞ tərəfindən tərtib edilmiş 22 iyul 2020-ci il tarixli, R № 179580 nömrəli aktın surətindən görünür ki, Gədəbəy rayonu, Arabaçı kəndində abonent kodu **********00023 olan, X4 adına olan sayğacda yoxlama zamanı sayğacın heç bir müdaxilə olmadan dayanması məlum olmuşdur. İşdə olan "xxxx" ASC-nin Qərb RETSİ-nin icra vərəqəsinin surətindən görünür ki, abonent kodu **********00023 olan, Yusif Bayramova sayğacın dayanması qüsuruna görə 220.27 manat borc müəyyən edilmişdir. İşdə olan “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında” ******* protokolun surətindən görünür ki, R № 179580 nömrəli akt əsasən Gədəbəy rayonu, Arabaçı kəndində abonent kodu **********00023 olan, X4 adına olan sayğac dəyişdirilmişdir. İşdə olan "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsi tərəfindən tərtib olunmuş MXİ 0186-Ə nömrəli, 29 oktyabr 2020-ci il tarixli razılaşma protokolunun surətindən görünür ki, abunə haqqında bildiriş vərəqinin təhlilini və AR-nin X5 Məsələlərini tənzimləmə agentliyinin Tovuz Filialının müraciətini, aktda qeyd olunan ********** saylı sayğacın çöl divarında yerləşdiyi və yeni qurşadılmış 77069248 saylı sayğacın orta aylıq enerji sərfiyyatını nəzərə alaraq, akta görə aparılmış hesabata yenidən baxılmış və abonentin 135 manat ödənişini nəzərə alaraq, 1025 kvts (112.75 manat) azalma verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Elektrik enerjisindən istifаdə qаydаlаrı»nın 8.16-ci maddəsinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin qaydaların 9.4-cu maddəsinə əsasən, istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Məhkəmədə müəyyən edildi ki, iddiaçı "xxxx" ASC-nin əməkdaşları tərəfindən Gədəbəy rayonunun Arabaçı kəndində yerləşən evə quraşdırılmış X4 adına olan sayğaca baxış keçirilərkən sayğacın dayandığı müəyyən edilmiş və itirilmiş enerjinin bərpasına görə borc müəyyən edilmişdir. Belə ki, 22.07.2020-ci il tarixdə "xxxx" ASC-nin Gədəbəy EŞ-in əməkdaşlarının iştirakı ilə Gədəbəy rayonu, Arabaçı kənd sakini X6 məxsus evə quraşdırılmış sayğaca baxış keçirilərkən sayğacın dayanması müəyyən edilmiş və “Elektrik Enerjisindən istifadə Qaydaları”nın 8.16-ci maddəsinə əsasən, itirilmiş enerjinin bərpasına görə 220.27 manat məbləğində borc müəyyən edilmişdir. "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsi tərəfindən tərtib olunmuş MXİ 0186-Ə nömrəli, 29 oktyabr 2020ci il tarixli razılaşma protokoluna əsasən akta görə aparılmış hesabata yenidən baxılmış və abonentin 135 manat ödənişini nəzərə alaraq, 1025 kvts (112.75 manat) azalma verilmişdir. Bu fakt Gədəbəy EŞ tərəfindən tərtib edilmiş 22 iyul 2020-ci il tarixli, R № 179580 nömrəli akt və "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsi tərəfindən tərtib olunmuş MXİ 0186-Ə nömrəli, 29 oktyabr 2020-ci il tarixli razılaşma protokolu ilə təsdiqini tapır. X1 itirilmiş enerji sərfiyyatının bərpasına görə borcu 107.52 manat təşkil edir. İddiaçı məhkəmədə iddia qaldıraraq itirilmiş enerji sərfiyyatının bərpasına görə hesablanmış borcun silinməsini tələb edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı silinməsini tələb etdiyi borc məbləğinin ona qanunsuz olaraq yazıldığını sübut etməlidir. Lakin iddiaçı bu halı təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədi. Odur ki, məhkəmə iddia tələbini borcun silinməsi hissəsində əsassız hesab edir. Həmçinin müəyyən edildi ki, İddiaçı borcun silinməsini tələb etdiyi sayğacın abonent müqaviləsi mərhum əri X9 ilə bağlanmış, həmçinin itirilmiş enerji sərfiyyatının bərpasına görə hesablanmış borc Y.Bayramovun adına hesablanmışdır. Lakin, iddiaçının mərhum əri X3 qalmış mirası qəbul etməsinə dair heç bir sübut yoxdur, həmçinin qeyd olunan sayğacın abonent müqaviləsi İddiaçı adına dəyişdirilməmişdir. Belə olan halda, İddiaçı qeyd olunan tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-847/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-847/2021
13.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver