Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-847/2023 06.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyətsizliyi hesab edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə verərək ərizəsini baxılmamış saxlamağı, ərizəsinin və ona əlavə edilmiş sənədlərinin geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələbinə görə, hazırlıq iclasında iddiaçının vəsatəti olduqda ərizə qaytarıla bilər. Beləliklə, Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-847/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-847/2023
06.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver