Məhkəmə qərarları › İş №2(042)-847/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-847/2025

02.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-847/2025 02.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh3, Gədəbəy Rayon Notariat ofisinə, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X51 11 Saylı Şəmkir Ərazi İdarəsinə, Gədəbəy rayon İcra Hakimiyyətinin Plankənd İƏD üzrə nümayəndəliyinə qarşı “qanunsuz verilmiş vərəsəlik hüquq haqqında şəhadətnamənin ləğv edilməsi, tikinti və torpaq sahəsinin yenidən bölünməsi” tələbi barədə mülki iş (açar sözlər: vərəsəlik hüququ üzrə mübahisələr) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh3, Cavabdeh Gədəbəy rayon İcra Hakimiyyətinin Başçısının Plankənd İƏD üzrə nümayəndəsi X32 iştirakları ilə, İddiaçı Cavabdeh3, Gədəbəy Rayon Notariat ofisinə, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X51 11 Saylı Şəmkir Ərazi İdarəsinə, Gədəbəy rayon İcra Hakimiyyətinin Plankənd İƏD üzrə nümayəndəliyinə qarşı “qanunsuz verilmiş vərəsəlik hüquq haqqında şəhadətnamənin ləğv edilməsi, tikinti və torpaq sahəsinin yenidən bölünməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh orqan tərəfindən K-2V-37 nömrə ilə qeyd edilmiş, xx.xx.2004-cü il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamənin Gədəbəy rayon X29 xx.xx.1996-cı il tarixli 25 nömrəli qərarının 0,36 ha torpaq sahəsinə dair X12 adından ləğv edilməsi, tikintilər və torpaq sahəsinin qanunvericiliyin tələbinə əsasən yenidən bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 5 kəndində anadan olmuşdur. Nümayəndəliyin xx.xx.2007-ci il tarixli 275 nömrəli arayışında mərhum atası X14 1991-1995-ci illərə dair 12 saylı təsərrüfatbaşına kitabının 5-ci səhifəsində adına 0,25 ha həyatyanı torpaq sahəsi və fərdi yaşayış evləri qeyd edilmişdir. DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi 1989-cu ildə X2 fərdi yaşayış evlərinin və 0,25 ha torpaq sahəsinin inventarlaşdıraraq sonuncunun adına 666 nömrəli inventar texniki pasport tərtib edilmişdir. Gədəbəy rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli KOD 2- 596 reyester nömrədə qeydə alınmış vəsiyyətnamə ilə X6 rayonu, Plankənd kəndində yerləşən özünə məxsus 1957-ci ildə inşa olunmuş 2 yaşayış otağı 40,8 kv.m açıq eyvan 19,8 kv.m oğul nəvəsi kimi X33 və 1975-ci ildə inşa olunmuş 1 otağı 23,5 kv.m örtülü eyvan 55.8 kv.m oğlu kimi ona (İddiaçı) ev əşyalarını isə hər birinin payına düşən otaqların içindəkilərini verilməsini vəsiyyət etmişdir. X9 xx.xx.1992-ci ildə vəfat etmişdir. Bakı şəhəri DƏDRX-nin 1 saylı ərazi sahəsinin məlumatında bildirilir ki, ünvan 5 kəndində 0.36 ha yaşayış təyinatlı torpaq sahəsinə dair, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 25 nömrəli qərarı əsasında X12 adına JN-068A nömrəli, Kod 50524028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Gədəbəy rayonu Plankənd kəndinin həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X12 adı 68-ci sırada, ailə tərkibi bir nəfər özü) kimi qeydə alınmışdır. Gədəbəy RAİK-nın xx.xx.1996-cı il tarixli, 25 saylı qərarı arxivdə aşkar edilməmişdir. X12 adına 0,36 ha torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş JN-068A nömrəli KOD 50524028 saylı şəhadətnamə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixi qərarına əsasən saxta yolla verilmişdir. X10 həmin mülkdə olan miras payını xx.xx.2000-ci il tarixli, K-2V-32 reyestr nömrə ilə X15 vəsiyyət etmişdir. X10 xx.xx.2003-cü ildə vəfat etmişdir. X8 X1 adına Cavabdeh2 vərəsəlik işi üzrə sənədlər təqdim edərək Gədəbəy rayon İcra Hakimiyyətinin Plankənd kənd inzibati vahidi üzrə nümayəndəsi Sumqayıt qeydiyyatında olan X8na ailə tərkibi haqqında 2004-cü il tarixli, 78 və 79 nömrəli arayışlarında X1 başqa vərəsəsi qalmamış, yəni tək uşaq kimi qeyd etmişdir. X1 adına təsərrüfatbaşına 11 nömrəli kitabın 91-ci səhifəsində 0,25 ha torpaq olduğu hər iki arayışda saxta nömrələr yazılmışdır. Həmin arayışların bir nüxsəsi Cavabdeh2na, bir nüxsəsi isə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə verilmişdir. DƏDRX-də 1989-cu ildə X2 adına olan 666 nömrəli texniki pasportdan istifadə olunmamış, qeyri-qanunu olaraq X1 adına göndərilmiş 78 və 79 nömrəli arayışlardan istifadə edərək DƏDRX- nin 11 saylı Şəmkir ərazi idarəsi arxiv işi açmış, X1 adına olan qeydiyyat vəsiqəsi və arxiv arayışını Cavabdeh2na vermişdir. X16 adına heç bir təşkilatda hüquqi sənəd olmamışdır. Beləliklə hər üç orqan səlahiyyətlərindən istifadə edərək Cavabdeh2 tərəfindən X3 sənədlərlə xx.xx.2004-cü il tarixli, k-2V-37 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. X38 evladları Sumqayıt 1 nömrəli Asan Xitmətində paylarını Cavabdeh3 bağışlama yolu ilə çıxarış və 0,36 ha torpağın mülkiyyəti haqqında hüquqi sənəd verilmişdir. X2 varisləri xx.xx.2006-cı ildə 2K-72 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 1957-ci ildə inşa edilmiş 40,8 kv.m yaşayış evi, 18,9 kv.m açıq eyvanına şəhadətnamə almışlar. Amma torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər ala bilmirlər.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, X26 onun babası, X27 nənəsi, X23 isə anasıdır. X26 1992-ci ildə vəfat etmişdir. Babası vəfat etdikdən sonra nənəsi Bulqeyis Abbasova miras qalmış ünvan 5 kəndində yerləşən fərdi yaşayış evindən ölənədək tək yaşamışdır. Bulqeyis Abbasova 2003-cü il tarixdə vəfat etmişdir. Nənəsinə anası Səmayə Həsənova baxmış və öldükdə dənf işlərini anası Səmayə həll etmişdir. ünvan 5 kəndində yerləşən torpaq sahəsi Bulqeyis Abbasova tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsi əsasında anası Səmayə Həsənovanın adına, daha sonra anası Səmayə Həsənov qızından qalmış miras əmlak kimi onun adına qeydə alınmışdır. Mübahisələndirilən vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi üçün heç bir əsas yoxdur və vərəsəlik şəhadətnaməsi qanuni şəkildə verilmişdir. Mübahisəli evdə nənəsi Bulqeyisin sağlığından o, bacısı və anası həmin evdə gəlib-getmişlər, nənəsini tək buraxmamışlar. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

5. Cavabdeh Gədəbəy rayon İcra Hakimiyyətinin Başçısının Plankənd İƏD üzrə nümayəndəsi X50 məhkəmə iclasında bildirdi ki, o, vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas olmuş 2004-cü il tarixli arayışlar verildiyi zaman nümayəndəlikdə işləməmişdir. Başqa şəxs tərəfindən verilmişdir. Odur ki, iş üzrə yekun qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır.

6. Gədəbəy Rayon Notariat ofisi məhkəməyə ərizə verərək, məhkəmə iclasının onların iştirakl olmadan keçirilməsini xahiş etmişlər.

7. Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X51 11 Saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.6-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

10. Belə ki, iş materiallarında olan; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastır və Reyestri publik hüquq şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Gədəbəy Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair 666 və 743 nömrəli inventar verilmişdir. 666 nömrəli inventar qovluqda X14 Gədəbəy rayon notariat konturunun xx.xx.2016-cı il tarixli, 2V72 reyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” nə əsasən X30 və İddiaçı adına mövcuddur. 743 nömrəli inventar qovluqda X17 Gədəbəy rayon notariat konturunun xx.xx.2024-cü il tarixli, K-2V-37 reyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” nə əsasən X12 adına mövcuddur. **********92-10301 nömrəli dövlət reyestrindən çıxarışa əsasən bölgü sxemi verilmişdir. Həmin bölgü sxeminə əsasən X34 Sumqayıt şəhər 4 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-2521 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0.14 ha həyətyanı torpaq sahəsinə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. - Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 05 mart 2018-ci il tarixli məktubdan görünür ki, ünvan 5 kəndində 0.2526 ha torpaq sahəsində yerləşən 1958-ci il və 1975-ci illərdə inşa edilmiş fərdi yaşayış evinə dair mərhum babası X14 adına 22 yanvar 1989-cu il tarixli, 666 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Arxiv işində olan Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının Plankənd kənd inzibati ərazi vahidi üzrə nümayəndəsinin 275 saylı, 30 aprel 2007-ci il tarixli arayışında 1991-1995-ci illərə dair 12 nömrəli təsərrüfat başına kitaba istinadən 05-ci səhifəsində X21 0.25 ha həyətyanı torpaq sahəsinin ayrıldığı qeyd edilir. X4 məxsus əmlakın yalnız 1975-ci ildə inşa edilmiş fərdi yaşayış evinə dair Gədəbəy rayon dövlət notariat kontoru tərəfindən X43 və İddiaçı adına 2V-72 reyestr nömrəli, 08 avqust 2006-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmişdir. Adı çəkilən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair X2 və həmçinin vəsiyyətnamə üzrə vərəsələri X43 və İddiaçı adına qeydiyyat vəsiqəsi, reyestrdən çıxarış və ya “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilməmişdir. - Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 25 aprel 2018-ci il tarixli məktubdan görünür ki, ünvan 5 kəndində yerləşən fərdi yaşayış evi 0.36 ha həyətyanı torpaq sahəsi ilə birlikdə JN- 068A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”, Gədəbəy rayon dövlət notariat kontorunun K-2V-37 reyestr nömrəli, 02 aprel 2004-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun 2V-760 reyestr nömrəli, 06 sentyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 3M-953 reyestr nömrəli, 06 sentyabr 2017-ci il tarixli miras payın bağışlama müqaviləsi əsasında əsasında X12 (fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə) və X22 (torpaq sahəsi tam mülkiyyət hüququ üzrə) adlarına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 15 sentyabr 2017-ci il tarixli reyestrdən çıxarış verilmişdir. Daha sonra həmin mülkə dair Cavabdeh3 adına tam mülkiyyət hüququ üzrə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun 2V-865 reyestr nömrəli, 30 sentyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 3M-1060 reyestr nömrəli, 30 sentyabr 2017-ci il tarixli miras payın bağışlanması müqaviləsi əsasında qeydiyyata alınaraq Cavabdeh3 adına ********** qeydiyyat nömrəli, 20 oktyabr 2017-ci il tarixli reyestrdən çıxarış verilmişdir. - Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı ərizəsinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, hər hansı bir daşınmaz əmlak obyekti üzərində yaranmış mübahisələr qanunvericiliyin tələblərinə uyğun aiddiyyəti məhkəmə qərarı əsasında həll olunur. Mübahisə predmeti olan, ünvan 5 kəndində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh3 adına xx.xx.2017-ci il tarixli, **********92-10301 reyestr nömrəli çıxarış verilmişdir. Həmin əmlaka İddiaçı adına çıxarışın verilməsi qanunvericiliyin tələblərinə ziddir. Odur ki, İddiaçı 08 avqust 2006-cı il tarixli, 2V-72 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı və Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 5 kəndində 0.36 ha yaşayış təyinatlı torpaq sahəsinə dair, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 25 nömrəli qərarı əsasında X12 adına JN-068A nömrəli, Kod 50524028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Gədəbəy rayonu Plankənd kəndinin həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X12 adı 68-ci sırada, ailə tərkibi bir nəfər özü) kimi qeydə alınmışdır. Gədəbəy RAİK-nın xx.xx.1996-cı il tarixli, 25 saylı Qərarı arxivdə aşkar edilməmişdir. - Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Plankənd kəndi İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəmkir Ərazi İdarəsinin şifahi sorğusuna cavab olaraq verilmiş xx.xx.2007-ci il tarixli, 275 nömrəli arayışdan görünür ki, mərhum X18 1991-1995-ci illərə dair 12 nömrəli təsərrüfatbaşına kitabının 5-ci səhifəsinə əsasən adına 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi qeyd edilmişdir. - 1989-cu il tarixdə verilmiş texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 kəndində yerləşən sözügedən fərdi yaşayış evinə dair X18 adına inventar verilmişdir. - Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, reyestrdə 2V-72 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Dövlət Notariat Kontoru tərəfindən xx.xx.1990-cı ildə təsdiq edilmiş və reyestrdə D-2-596 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 12 dekabr 1992-ci ildə vəfat etmiş X6 rayonu, Plankənd kəndində yerləşən 1975-ci ildə divarları buta daşla hörülmüş, üstü kirəmit kərpiclə örtülmüş, ümumi sahəsi 62,3 kv.m, köməkçi sahəsi 21,5 kv.m, yaşayış sahəsi 40,8 kv.m olan iki otaqdan ibarət miras əmlaka vərəsə olaraq ünvan 3 ünvanında yaşayan X35 və ünvan 4 ünvanında yaşayan İddiaçı müəyyən etmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 kəndində yerləşən 0,36 ha torpaq sahəsi və 79.3 kv.m fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə, **********9 qeydiyyat nömrəsi ilə Cavabdeh3 adına qeydə alınmışdır. - JN-068A KOD 50524028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 25 nömrəli qərarına əsasən X15 ünvan 5 kəndində 0,36 ha torpaq sahəsi verilmişdir. - Sumqayıt “Asan Xidmət” məkrəzində notariat kontorunun xüsusi notariusu X36 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, reyestrdə 2V-760 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 miras qalmış DTXK Gədəbəy rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X15 verilmiş seriya nömrə JN:068A, KOD:50524028 olan şəhadətnaməyə əsasən ünvan 5 kəndi ünvanına yerləşən ümumi sahəsi 0,36 ha olan torpaq sahəsinə münasibətdə onun vərəsələri X31, X39, Həsənova Ruhiyyə Rəşid qızı və Cavabdeh3 ¼ hissədə pay almalıdır. - xx.xx.2017-ci il tarixli miras payın bağışlanması barədə müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X31, X39, Həsənova Ruhiyyə Rəşid qızı Sumqayıt “Asan Xidmət” məkrəzində notariat kontorunun xüsusi notariusu X36 tərəfindən verilmişxx.xx.2017-ci il tarixli, reyestrdə 2V-760 nömrə ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras paylarını Cavabdeh3 bağışlamışdır. - Sumqayıt “Asan Xidmət” məkrəzində notariat kontorunun xüsusi notariusu X37 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, reyestrdə 2V-865 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 miras qalmış ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X15 verilmiş **********92 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 kəndi ünvanında yerləşən ümumi sahəsi 79.3 kv.m olan daşınmaz əmlak (fərdi yaşayış evinə münasibətdə onun vərəsələri X31, X39, Həsənova Ruhiyyə Rəşid qızı və Cavabdeh3 ¼ hissədə pay almalıdır. - xx.xx.2017-ci il tarixli miras payın bağışlanması barədə müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X31, X39, Həsənova Ruhiyyə Rəşid qızı Sumqayıt “Asan Xidmət” məkrəzində notariat kontorunun xüsusi notariusu X37 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, reyestrdə 2V-865 nömrə ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras paylarını Cavabdeh3 bağışlamışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 kəndində yerləşən 0,36 ha torpaq sahəsi Cavabdeh3, 79.3 kv.m fərdi yaşayış evi X12 adına xx.xx.2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. - Gədəbəy rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, reyestrdə K-2V-37 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2000-ci ildə təsdiq edilən və reyestrdə K-2V-32 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 16 noyabr 2003-cü ildə vəfat etmiş X7 rayonu, Plankənd kəndində yerləşən 1958-ci ildə divarları çay daşı ilə hörülmüş, üstü şiferlə örtülmüş ümumi sahəsi 79,3 kv.m, köməkçi sahəsi 55,8 kv.m, yaşayış sahəsi 23,5 kv.m olan bir otaqlı yaşayış evindən ibarət miras əmlaka vərəsə olaraq ünvan 6 ünvanında yaşayan X19 müəyyən etmişdir. - AZ-İ seriyalı 057942 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2003-cü il tarixdə ölmüşdür. - Gədəbəy İcra Hakimiyyəti Başçısının R.Əliyev kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyi tərəfindən 2004-cü ilin yanvar ayında (verildiyi gün oxunmur) verilmiş, 78 nömrəli arayışdan görünür ki, X27 ölənədək daimi olaraq Gədəbəy rayonunun R.Əliyev kənd İƏV-nin Plankənd kəndində yaşamış, öldükdən sonra 11 nömrəli təsərrüfatbaşına kitabın 91-ci səhifəsinə əsasən ailə üzvü qalmamışdır. - Gədəbəy İcra Hakimiyyəti Başçısının R.Əliyev kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyi tərəfindən 2004-cü ilin yanvar ayında (verildiyi gün oxunmur) verilmiş, 79 nömrəli arayışdan görünür ki, 11 nömrəli təsərrüfatbaşına kitabın 91-ci səhifəsinə əsasən X20 adına 0,25 ha həyətyanı torpaq sahəsi olmuşdur. - Gədəbəy rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, X27 tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş, reyestrdə K-2B-2000-52 nömrə ilə qeyd edilmiş vəsiyyətnamədən görünür ki, ünvan 5 kəndində yaşayan X27 harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 5 kəndində yerləşən evi və ev əşyalarını X15 vəsiyyət etmişdir. - Gədəbəy rayon X13 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmil reyestr kitabından 01 nömrə ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 5 kəndində yerləşən bir otaqlı, ümumi sahəsi 79,3 kv.m, yaşayış sahəsi 23,5 kv.m, köməkçi sahəsi 55,8 kv.m-dən ibarət olan fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında ünvan 5 kənd İnzibati Ərazi Vahidiliyinin 79 nömrəli, 09 yanvar 2004-cü il tarixli arayışı əsasında X16 adına qeydə alınmışdır. - İV-JQ 389873 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1992-ci il tarixdə ölmüşdür. - AZ-İ 431397 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2010-cu il tarixdə ölmüşdür. - İE 051564 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X26 və X24 xx.xx.1952-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Abbasov, arvada Abbasova soyadları verilmişdir. - AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 ona məxsus olan 0,36 ha torpaq sahəsinin 0,14 ha hissəsini X5. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 kəndində yerləşən 0,22 ha torpaq sahəsi və 79.3 kv.m fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 adına qeydə alınmışdır.

11. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. - 1194-cü maddəsinə, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. - 1195-ci maddəsinə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. - 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. - 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1300-cü maddəsinə əsasən, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar.

13. “Notariat haqqında” AR Qanununun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.

14. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən vəsiyyət edənin uşaqlarının, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay almaq hüququ vardır. X27 vəfat etdiyi zaman birinci növbə vərəsələri olan övladları X23 və İddiaçı sağ olmuşdur. Lakin, X27 tərəfindən ünvan 5 kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə dair X12 adına vəsiyyətnamə verilmiş və həmin vəsiyyətnamə əsasında miras əmlaka dair X12 adına Gədəbəy rayon Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2004-cü il tarixdə, reyestrdə K-2V-37 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə məcburi pay almaq hüququ olan şəxslər barədə hər hansı qeyd aparılmamışdır. Odur ki, notarius mirasdan məcburi pay hüququ olan şəxslərin dairəsini yoxlamadan, digər vərəsələrin olması barədə müvafiq sübutlar tələb etmədən qeyd edilən vərəsəlik şəhadətnaməsini vermişdir. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir.

15. Məhkəmə “tikintilər və torpaq sahəsinin qanunvericiliyin tələbinə əsasən yenidən bölünməsi” tələbi ilə bağlı məhkəmə qeyd edir ki, miras əmlakın vərəsələr arasında bölünməsi notariat orqanının səlahiyyətinə aid məsələdir və yalnız vərəsəlik şəhadətnaməsi verildikdən sonra vərəsələrin mübahisəsi yaranarsa məhkəməyə müraciət oluna bilər.

V. Nəticə:

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia təmin edilsin. ünvan 5 kəndində yerləşən, 1958-ci il tarixdə inşa edilmiş, ümumi sahəsi 79,3 kv.m olan fərdi yaşayış evinə dair X12 adına Gədəbəy rayon Notariat ofisi tərəfindən verilmiş, reyestrdə K-2V-37 nömrə ilə qeyd edilmiş, 02 aprel 2004-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar