Məhkəmə qərarları › İş №2(042)-848/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-848/2024

18.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-848/2024 18.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il tarixdə anadan olmuş oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahat verərək bildirdi ki, X4 onun oğludur. Rüfət xx.xx.2004-cü il tarixdə anadan olmuşdur, oğlu Rüfət doğulan vaxtdan psixi cəhətdən xəstə olmuşdur və hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Oğlu Rüfət psixi xəstə olduğu üçün özünü idarə edə bilmir. Rüfəti uşaq vaxtından müalicə etdirsələr də nəticəsi olmamış, Gəncə şəhər Psixiatriya X6 komissiyası tərəfindən də müayinə olunub və ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxslərin elektron reyestrinə salınmış, eyni zamanda da Rüfət hazırda Gədəbəy RMX PHŞ-nin ruhi-əsəb kabinetində dispanser qeydiyyatındadır. Rüfətin hazırda 20 yaşı var, özünü idarə edə bilmədiyi üçün hüquqlarını həyata keçirə bilmir, ona görə də onun fəaliyyət qabiliyyətinin olmaması məhkəmə qətnaməsi ilə təsdiq olunmalı və onun üzərində qəyyum təyin olunmalıdır. Odur ki, o ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Gədəbəy rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyum və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2004-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, atası qrafasında Ərizəçi, anası qrafasında X5 qeyd edilmişdir. İşdə olan tibbi sənədlərdən görünür ki, X3 “Ağır dərəcəli əqli gerilik. İQ23. Enurez. Kənar şəxsin qulluq və köməyinə ehtiyacı var. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu qoyulmuşdur. Əmək qabiliyyətsiz olması qeyd edilmişdir. İşdə olan Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixiatriya Xəstəxanası tərəfindən Gədəbəy rayon Mərkəzi Xəstəxanasına ünvanlanmış xx.xx.2023-cü il tarixli, 129/23 saylı məktubdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü, Gədəbəy rayon sakini X1 Şəhər Psixiatriya X6 Komissiyası tərəfindən müayinə olunmuş, ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxslərin elektron registrinə salınmış və tibbi rəy verilmişdir. X3 “Ağır dərəcəli əqli gerilik. İQ23. Enurez. Kənar şəxsin qulluq və köməyinə ehtiyacı var. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquq şəxsi X10 Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 646 nömrəli rəydən görünür ki, xx.xx.2004-cü il tarixdə doğulmuş X4 “orta dərəcəli kəmağıllıq, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynalxalaq təsnifatı – 10-cu baxış) F71.1” xəstəliyindən əziyyət çəkir və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyətli qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X4, “orta dərəcəli kəmağıllıq, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynalxalaq təsnifatı – 10-cu baxış) F71.1” xəstəliyindən əziyyət çəkir. Öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Yuxarı şərh olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.2004-cü il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305-306, 317, 318, 321, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar