Məhkəmə qərarları › İş №2(042)-850/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-850/2024

31.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-850/2024 31.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X26 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və onun nümayəndəsi Nümayəndə və İddiaçı2, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vərəsəlik paylarının müəyyən edilməsi və miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum X2 və bacıları X7 miras qalmış, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən, JN- 172A KOD 50519018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.32 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq vərəsəlik paylarının müəyyən edilməsi və həmin mirasın onlar tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini onunla əsaslandırmışdır ki, X6 ilə anaları X22 1947-ci ildə qeyri-rəsmi ailə qurmuş, xx.xx.1954-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından 7 övladı olmuşdur. 1. İddiaçı1 (d/t: xx.xx.1948); 2. Cavabdeh3 (d/t: xx.xx.1955); 3. X16 (d/t: xx.xx.1957); 4. İddiaçı2 (d/t: xx.xx.1960); 5. Cavabdeh1 (d/t: xx.xx.1963); 6. Cavabdeh2 (d/t: xx.xx.1966); 7. X19 (vəfat etmişdir). X6 xx.xx.2007-ci ildə, anaları X22 xx.xx.2002-ci ildə, bacıları X16 isə xx.xx.2022-ci ildə vəfat etmişdir. X2 və bacıları X7 Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Belə ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində X17 və X8 ümumi birgə mülkiyyətinə 0.32 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-172A KOD 50519018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Həmin tosrpaq sahəsində valideynləri tərəfindən fərdi yaşayış evi tikilmiş, ataları ölümündən sonra Kiçik Qaramurad kənd İƏD üzrə nümayəndəliyin təsərrüfatbaşına kitabında ev bacıları X8 adına qeyd edilmişdir. O, İddiaçı1 bacısının sağlığında həmin evdə təmir işləri aparmış, eləcə də onlar evin yerləşdiyi torpaq sahəsinə həm bacılarının sağlığında, həm də ölünündən sonra faktiki nəzarət etmişlər. Onların ölümündən sonra da, onlardan qalmış miras əmlak olan həyətyanı torpaq sahəsini faktiki olaraq onlar qəbul etmiş, miras əmlak üzərində sahiblik və istifadəni həyata keçirmişlər. Onlar atalarının və bacılarının vəfatından sonra onlardan qalmış miras mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy Notariat Ofisinə müraciət etmişlər. Lakin digər vərəsələr mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdığına görə Gədəbəy Notariat Ofisi xx.xx.2024-cü il tarixdə imtina məktubu vermiş və məhkəməyə müraciət etmələri izah edilmişdir. Odur ki, mirasın qəbul edilməsi ilə bağlı mübahisə yarandığına görə hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşlar. Onlar atalarına münasibətdə birinci növbə vərəsə, bacılarına münasibətdə isə ikinci növbə vərəsələrdir. Miras kütləsi qeyd etdikləri kimi Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsindən ibarətdir. Həmin əmlakı X6nun və bacıları X1 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasında heç bir maneə olmamış və onların həmin əmlaka dair mülkiyyət gözləntiləri olmuşdur. Qeyd olunanlara əsasən hesab edirlər ki, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən JN-172A KOD 50519018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.32 ha həyətyanı torpaq sahəsi X12 və X7 qalmış miras kütləsinə daxil edilməlidir. İddiaçılar İddiaçı1, onun nümayəndəsi Nümayəndə və İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə etdilər və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh2 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, o, 28 yaşına kimi, yəni 1996-cı il tarixə kimi valideynlərinin yanında yaşamış və onlara qulluq etmişdir. 1996-cı ildən isə Gədəbəy rayonu, Kəlaman kəndinə gəlin köçümşüdür. Hazırda həmin kənddə yaşayır. Atası sağ ikən fərdi yaşayış evini onun adına rəsmiləşdirmək istəmiş, lakin yataq xəstəsi olduğuna görə bunun edə bilməmişdir. Atası və anası xəstə olduğundan o gəlin köçdükdən sonra da valideynlərinin yanına gəlibgetmiş, onlara qulluq etmişdir. Həmçinin bacısı Güllüzara da o qulluq etmişdir. Yaşayış evini təmir etdirən isə bacısı Sevil olmuşdur. Bacısı Güllüzar vəfat etdikdən sonra isə evdə heç bir təmir işləri aparılmamışdır. Fərdi yaşayış evinin açarı onda olmuşdur. Lakin sonradan iddiaçılar fərdi yaşayış evinin kilidini dəyişmişdir. İddiaçılar ancaq yay aylarında istirahət üçün həmin evə gəlib-getmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədədəy rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasıdna iştirak etməmişlər, nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə qeyd edilən cavabdehərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.1957-ci il tarixdə, X20 xx.xx.1948-ci il tarixdə anadan olmuş, atası qrafasında X28, anası qrafasında X22 qeyd edilmişdir. İşdə olan evlənmək haqqında şəhadətnamənin lazımi qayadada təsdiq edilmiş surətindən görünür ki, X28 ilə X22 nikahlarını xx.xx.1954-cü il tarixdə bağlamışlar. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X28 xx.xx.1948-ci il tarixdə X10 doğulmuş X11 atası hesab edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X29 xx.xx.2007-ci ildə, X22 xx.xx.2002-ci ildə, X16 xx.xx.2022-ci ildə ölmüşdür. İşdə olan Gədəbəy RİHB-nın Kiçik Qaramurad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 369 nömrəli arayışdan görünür ki, İddiaçı1 atası X28 xx.xx.2007-ci il tarixdə vəfat etmiş və vəfat etdiyi günədək Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində qeydiyyatda olmuşdur. Mərhumun vəfatından sonra təsərrüfatında vərəsəsi qalmamışdır. Mərhumun başqa yerdə yaşayan və ya ayrı təsərrüfat qeydiyyatı olan vərəsələri qeyd edilən kimidir: qızı Alıyeva (Zeynalova) Sucayət Həmzə qızı, qızı Cavabdeh3, qızı X23, qızı X24, qızı X25. İşdə olan Gədəbəy RİHB-nın Kiçik Qaramurad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 370 nömrəli arayışdan görünür ki, İddiaçı1 bacısı X16 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və vəfat etdiyi günədək Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində qeydiyyatda olmuşdur. Mərhumun vəfatından sonra təsərrüfatında vərəsəsi qalmamışdır. Mərhumun başqa yerdə yaşayan və ya ayrı təsərrüfat qeydiyyatı olan vərəsələri qeyd edilən kimidir: bacısı Alıyeva (Zeynalova) Sucayət Həmzə qızı, bacısı Cavabdeh3, bacısı X23, bacısı X24, bacısı X25. İşdə olan Cavabdeh4 tərəfindən notarial qaydada verilmiş ərizədən görünür ki, Cavabdeh4 iddia tələbinin təmin edilməsinə etiraz etmir. İşdə olan JN-172A KOD 50519018 saylı saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə X18 və X9 mülkiyyətinə 0.32 ha torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Notariat Ofisi tərəfindən verilmiş 23 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, vərəsələr arasında mübahisə olduğundan İddiaçı1 məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X13 və X7 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Məhkəmə iclasında müəyyən olundu ki, X28 ilə X22 xx.xx.1954-cü il tarixdə rəsmi nikah bağlamışlar. Birgə yaşadıqları dövrdə İddiaçı1, Cavabdeh3, X16, İddiaçı2, Cavabdeh1, Cavabdeh2 və X19 adında 7 övladları olmuşdur. X29 xx.xx.2007-ci ildə, X22 xx.xx.2002-ci ildə, X16 xx.xx.2022-ci ildə vəfat etmişdir. X4 da vəfat etmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə JN-172A KOD 50519018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X18 və X8 mülkiyyətinə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində 0.32 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə hesab edir ki, X18 və X8 ölümündən sonra Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən 0.32 ha torpaq sahəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin əmlaklar X13 və X7 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X13 və X7 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən mirasın qəbul edilibedilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyan X17 birinci növbə qanun üzrə vərəsələri İddiaçı1, Cavabdeh3, İddiaçı2, Cavabdeh1, Cavabdeh2 və mərhum X14r. X19 mirasın açıldığı vaxt sağ olmadığndan onun oğlu Cavabdeh4 ölmüş atasına çatası paya münasibətdə qanun üzrə vərəsə sayılır. X3 yaşadığı müddət ərzində ailə qurmamış və övladı olmamış, ata və anası vəfat etmişdir. Odur ki, miras qoyan X8 bacıları İddiaçı1, Cavabdeh3, İddiaçı2, Cavabdeh1, Cavabdeh2 və qardaşı oğlu Cavabdeh4 (atası X15 çatası paya münasibətdə) ikinci növbə qanun üzrə vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Məhkəmə qeyd edilənlərə əsasən, hesab edir ki, X18 və X8 İddiaçı1, Cavabdeh3, İddiaçı2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ibarət 6 qanun üzrə vərəsəsi olduğundan, miras qalmış əmlaka onların hər birinin payı müəyyən edilməlidir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X5 və X8 ölümündən sonra qalmış Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən, JN-172A KOD 50519018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.32 ha torpaq sahəsindən ibarət miras əmlaka iddiaçılar İddiaçı1 və İddiaçı2 birinci və ikinci növbə qanun üzrə vərəsə olaraq 1/6 hissədə payları müəyyən edilməli və həmin mirasın iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. X5 və X8 ölümündən sonra qalmış Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən, JN-172A KOD 50519018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.32 ha torpaq sahəsindən ibarət miras əmlaka iddiaçılar İddiaçı1 və İddiaçı2 birinci və ikinci növbə qanun üzrə vərəsə olaraq 1/6 hissədə payları müəyyən edilsin və həmin mirasın iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar