Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-854/2023 06.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mərhum X1ndan miras qalmış, Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən, DƏDRX tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli elektron Çıxarış əsasında ümumi birgə mülkiyyətdə olan 0.10 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 1/3 hissəsi hissəsindən, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron Çıxarış əsasında ümumi birgə mülkiyyətdə olan 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi hissəsindən və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron Çıxarış əsasında ümumi birgə mülkiyyətdə olan 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi hissəsindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq tam hissə vərəsəlik payının müəyyən edilməsi, həmin mirasın onun tərəfimdən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi və mərhum atası X11 miras qalmış, Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən, DƏDRX tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli elektron Çıxarış əsasında ümumi birgə mülkiyyətdə olan 0.10 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 1/3 hissəsi hissəsindən və bütövlükdə 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron Çıxarış əsasında ümumi birgə mülkiyyətdə olan 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi hissəsindən və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron Çıxarış əsasında ümumi birgə mülkiyyətdə olan 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsindən barət miras əmlakların hər birinin ½ (ikidə bir) hissəsinə, yəni yarısına məcburi payının müəyyən edilməsi və müəyyən edilmiş məcburi payın onun tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi tələbləri haqqında iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, atası X21 ilə X1 1973-cü il tarixdə evlənmiş, xx.xx.1974-cü il tarixdə nikah bağlamışlar. Valideynlərinin birgə nikahından o və qardaşı X13 doğulmuşlar. X1 xx.xx.2019-cu il tarixdə, atası X21 xx.xx.2021-ci il tarixdə ölmüşlər. Atası və anasının sağlığında onların Gədəbəy rayonu, Arıxdam kəndində həyətyanı və pay torpaq sahələri olmuş, onlar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirmişlər. O, valideynləri ilə birlikdə yaşadığına görə torpaq sahələri atasının, anasının və onun birgə mülkiyyətinə verilmişdir. Valideynlərinin ölümündən sonra torpaq sahələri və fərdi yaşayış evinə dair mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Mərhum atası X11 qalmış miras əmlaka Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0.10 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 1/3 hissəsi bütövlükdə, 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi, 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi və 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi daxildir. Mərhum X1ndan qalmış miras əmlaka isə Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0.10 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 1/3 hissəsi, 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi və 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daxildir. Valideynlərinə o, baxıb qulluq etmişdir. Valideynləri vəfat edəndə onların bütün dəfn xərclərini o, çəkmişdir. Atasının və anasının ölümündən sonra onlardan qalmış miras əmlak olan həmin fərdi yaşayış evini, evin yerləşdiyi həyətyanı torpaq sahəsini və kənd təsərrüfatı təyinatlı torpaq sahələrini faktiki olaraq o, miras kimi qəbul etmiş, miras əmlak üzərində sahiblik və istifadəni həyata keçirmişdir. O, miras mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy Rayon Notariat Ofisinə müraciət etmiş, lakin qızı Cavabdeh mübahisə yaratdığına görə Gədəbəy Rayon Notariat Ofisi ona xx.xx.2023-cü il tarixdə imtina məktubu verərək, ona bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsini bildirmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələblərinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı onun atasıdır. O, doğulandan iddiaçı ona baxmamışdır. O, nənəsi və babasının himayəsində böyümüşdür. İddiaçının tələb etdiyi ev X8nun adınadır. X8 cinayət törətdiyinə görə hazırda Rusiya Federasiyasında cəza çəkir. Miras əmlakda əmisinin də payı müəyyən edilməlidir. Ona görə də iddia tələblərinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid X3 ifadə verərək bildirmişdir ki, iddiaçının həyat yoldaşıdır. Əmlak, yəni, torpaq sahələri və ev qaynatası, qaynanası və iddiaçının mülkiyyətində olmuşdur. İddiaçı valideynlərinin sağlığında onlara baxmışdır. Valideynləri vəfat edəndə bütün xərcləri iddiaçı çəkmişdir. Məhkəmə iclasında şahid X5 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə X15, evin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsinə X21, X17 və İddiaçı ümumi birgə mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İşdə olan Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X21, X17 və İddiaçı ümumi birgə hüquqları xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə X21, X17 və İddiaçı ümumi birgə mülkiyyət hüquq xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(042)- 830/2022 saylı qətnaməsindən görünür ki, mərhum X11 miras qalmış Gədəbəy rayonu, Arıqdäm kəndində yerləşən JN-245A KOD 50532018 saylı “Torpağın mülkiyyətə verilməsidə dair” Şəhadətnaməyə əsasən, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 17 saylı qərarı ilə X15, X9 və İddiaçı ümumi birgə mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 1/3 hissəsinə iddiaçı Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınmış, onun qeyd olunan mirası faktiki olaraq qəbul etməsi müəyyən edilmiş və həmin torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh payı müəyyən edilmişdir. İşdə olan Çıxarışdan görünür ki, X21 ilə X12 xx.xx.1974-cü il tarixdə nikah bağlamışlar.Nikah bağladıqdan sonra arvada Mahmudova soyadı verilmişdir. İşdə olan X10 surətindən görünür ki, X21 xx.xx.2021-ci ildə ölmüşdür. İşdə olan Arayışdan görünür ki, X17 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İşdə olan Arayışdan görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə doğulmuşdur.Atası qrafasında X21, ana qrafasında isə X17 qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək, hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının X1 xx.xx.2019cu il tarixdə, atası X21 isə xx.xx.2021-ci il tarixdə ölmüşlər. İddiaçı valideynlərindən miras qalmış əmlaka sahiblik etməklə və əmlakdan istifadə etməklə miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bununla belə, nəzərə alınmalıdır ki, iddiaçının atası X2 rayonu, Arıqdam kəndində yerləşən 0.10 ha torpaq sahəsinin özünə məxsus olan 1/3 hissəsini Cavabdeh vəsiyyət etmiş və Gədəbəy Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(042)-830/2022 saylı qətnaməsi ilə mərhum X11 miras qalmış Gədəbəy rayonu, Arıqdäm kəndində yerləşən X15, X9 və İddiaçı ümumi birgə mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınmış, onun qeyd olunan mirası faktiki olaraq qəbul etməsi müəyyən edilmiş və həmin torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh payı müəyyən edilmişdir. Bundan başqa, mirasqoyanların daha bir övladı birnci növbə vərəsə olan X18 valideynləri vəfat etdikləri vaxtdan daha əvvəl cəzaçəkmə yerindədir və onun mirası faktiki olaraq qəbul etməsi imkanları olmamışdır. Eyni zamanda, o, mirası qəbul etməkdən imtina da etməmişdir. Yəni, X6 mirası qəbul etmək ehtimalı var və bu hal qərar çıxrılarkən nəzərə alınmalıdır. Ona görə də, iddia tələbləri qismən təmin edilməli, İddiaçı Quran oğlu tərəfindən X1ndan miras qalmış Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0.10 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 1/3 hissəsi, 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi və 0.05 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 1/3 hissəsindən ibarət miras əmlakda 1/2 hissədə payı müəyyən edilməli, həmin mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. X7 tərəfindən atası X11 miras qalmış, Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi, 0.05 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 1/3 hissəsi və 0.10 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evindən ibarət miras əmlakda 1\2 hissədə payı müəyyən edilməli və həmin mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. İddiaçı Quran oğlu tərəfindən X1ndan miras qalmış Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0.10 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 1/3 hissəsindən 1/2 hissədə, 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsindən 1/2 hissədə və 0.05 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 1/3 hissəsindən 1/2 hissədə payı müəyyən edilsin, həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X7 tərəfindən atası X11 miras qalmış, Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsindən 1/2 hissədə, 0.05 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 1/3 hissəsindən 1/2 hissədə və 0.10 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evindən ibarət miras əmlakda 1\2 hissədə payı müəyyən edilsin və həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-854/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-854/2023
06.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver