Məhkəmə qərarları › İş №2(042)-855/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-855/2023

23.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-855/2023 23.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X13, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb iirəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı vərəsəlik payının müəyyən edilməsi və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mərhum əri X3 miras qalmış Gədəbəy rayonu, X19ində yerləşən DƏDRX tərəfindən 15 sentyabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli elektron çıxrış əsasında ümumi birgə mülkiyyətdə olan 0.27 ha həyətyanı torpaq sahəsinin 1\2 hissəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq, tam hissə vərəsəlik payının müəyyən edilməsi və həmin mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X13 iddia tələblərini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, İddiaçı X7 ilə 1967-ci ildə ailə qurmuş, nikahlarını xx.xx.1970-ci il tarixdə X19 İƏD üzrə Nümayəndəlikdə bağlamışlar. Birgə ailə münasibətlərindən altı övladları: X8, X9,X13,X1, Cavabdeh2 və Cavabdeh1 doğulmuşlar. İddiaçının əri X7 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İddiaçı ərilə Gədəbəy rayonu, X19ində yaşamış, həmin kənddə ümumi birgə mülkiyyətlərində 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi olmuşdur. Ev tam pay olaraq mərhum X4 adma qeyd edilmişdir. Bu barədə DƏDRX tərəfindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarış verilmiş, fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. İddiaçının bütün övladları yetkinlik yaşma çatdıqdan sonra başqa təsərrüfatlara köçərək, ailə qurmuş və uzun müddətdir ki, ayrı yaşayırlar. İddiaçı həmişə mərhum ərindən miras qalmış evdə yaşamış, ərinə baxıb qulluq etmişdir. Əri vəfat edəndə, bütün dəfn xərclərini çəkmişdir. İddiaçı ərinin ölümündən sonra da, ondan qalmış miras əmlak olan həmin fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini faktiki olaraq, miras kimi qəbul etmiş, miras əmlak üzərində sahiblik və istifadəni həyata keçirmişdir. O, ərinin vəfatından sonra ondan qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy Notariat Ofisinə müraciət etmişdir. Lakin övladları olan cavabdehlər mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdıqlarına görə Gədəbəy Notariat Ofisi imtina məktubu vermişdir. Digər vərəsələr atalarından miras qalmış əmlakdan heç bir pay tələb etmirlər, onlar bu barədə notarial qaydada imtina ərizələri vermişlər. Cavabdehlərdən Cavabdeh2 mərhum atasının ölümündən uzun müddət əvvəl, təxminən 30 ildən çoxdur ki, ayrı təsərrüfat olaraq Gədəbəy rayonu, Leşkər kəndində yaşayır. Eləcə də Cavabdeh1 təxminən, 20 ildən çoxdur ki, ayrı təsərrüfat olaraq Gədəbəy rayonu, Leşkər kəndində yaşayır. Onlar heç vaxt həmin torpaq sahəsindən istifadə etməmiş, atalarının ölümündən sonra həmin torpaq sahəsində yerləşən evdə yaşamamışlar. Hazırda həmin evdə iddiaçı tək yaşayır, torpaq sahəsini əkib-becərir. Yəni, iddiaçı ərindən qalmış miras əmlakı qanun üzrə vərəsə olaraq, təkcə qəbul etmişdir. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək, bildirmişdir ki, mirasqoyan onun atası olmuşdur. Atası 2007-ci ildə vəfat etmişdir. O, 2005-ci ildə evdən çıxmış, əvvəlcə Gəncə şəhərində, sonradan isə Gədəbəy rayonu, Leşklər kəndində özünə məxsus evdə yaşamışdır. O, hazırda da Leşkər kəndində yerləşir. Ata evində isə iddiaçı yaşamışdır. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək, bildirmişdir ki, mirasqoyan onun atası olmuşdur. Atası 2007-ci ildə vəfat etmişdir. O, 1992-ci ildə ailə qurmuş və ər evinə köçmüşdür. O vaxtdan Gədəbəy rayonu, Leşklər kəndində yaşayır. Ata evində isə iddiaçı yaşamışdır.Əgər evdə əvvəlki kimi iddiaçı yaşayacaqsa, iddia tələblərinin təmin edilməsinə etiraz etmir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisi məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X2 surətindən görünür ki, X7 və X11 04 yanvar 1971-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvad Əliyeva soyadını götürmüşdür. İşdə olan X6 surətindən görünür ki, X10 06 yanvar İşdə olan Çıxarışdan görünür ki, Gədəbəy rayonu, X19ində yerləşən 0.27 ha torpaq sahəsinə X7 və İddiaçı ümumi birgə, həmin torpaq sahəsində yerləşən evə X4 tam mülkiyyət hüququ 15 sentyabr 2022-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Ərizələrdən görünür ki, vərəsələr X1, X13, X9 və X8 atalarından miras qalmış əmlakı qəbul etmədiklərini bildirmişlər. İşdə olan Gədəbəy Rayon Notariat Kontoru tərəfindən verilmiş imtina ayışından görünür ki, iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, iddiaçı mirasqoyanla 1971-ci ildə nikah bağlamışdır. Mirasqoyan 2007-ci ildə ölmüş və həmin vaxt miras açılmışdır. Mirasqoyanın mülkiyyət hüquqları onun ölümündən sonra, yəni, 2022-ci ildə qeydiyyata alınmışdır. İddiaçı mirasqoyanın ölümündən əvvəl və ölümündən sonra miras qalmış evdə yaşamaqla və torpaq sahəsindən istifadə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Cavabdehlər mirasqoyanın ölümündən daha əvvəl digər vərəsələr kimi, başqa evlərdə yaşamış, mirası qəbul etdiklərini şəksiz nümayiş etdirən hətəkətlər etməmiş, yəni, miras əmlakı qəbul etməmişlər. Ona görə də iddia tələbləri təmin edilməli, iddiaçı tərəfindən əri X3 miras qalmış Gədəbəy rayonu, X19ində yerləşən DƏDRX tərəfindən 15 sentyabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli elektron çıxrış əsasında ümumi birgə mülkiyyətdə olan 0.27 ha həyətyanı torpaq sahəsinin 1\2 hissəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq, tam hissə vərəsəlik payı müəyyən edilməli və həmin mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilsin. İddiaçı tərəfindən əri X3 miras qalmış Gədəbəy rayonu, X19ində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.27 ha həyətyanı torpaq sahəsinin 1\2 hissəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq, tam hissə vərəsəlik payı müəyyən edilsin və həmin mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar