Məhkəmə qərarları › İş №2(042)-857/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-857/2025

03.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-857/2025 03.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşnmaz Əmlakın Dövlət Kadastırı və X2 şəxsi 11 saylı Şəmkir Ərazi idarəsi və Cavabdeh1na qarşı mirasın qəbul edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşnmaz Əmlakın Dövlət Kadastırı və X2 Şəxsi 11 saylı Şəmkir Ərazi idarəsi və Cavabdeh1na qarşı mirasın qəbul edilməsi tələbi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır və dövlət rüsumunu ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1;152.1.3. və 152.1.5-ci maddələrinə əsasən iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məcəllənin 152.2-ci maddəsinə əsasən hakim iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Beləliklə, iddiaçı Gədəbəy Rayon Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazidə qeydiyyatda deyildir və işə məhkəmədə baxılması üçün dövlət rüsumunu ödəməmişdir. Ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, qərara aldı: İddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarısın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar