Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-87/2023 25.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq mərhum babası X5 miras qalmış, Gədəbəy rayonu, Ərtəpə kəndində yerləşən, JN-096A KOD 50521018 nömrəli və JN-096B KOD 50521018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 105 kv.m olan iki otaq və bir şüşəbənddən ibarət birmərtəbəli fərdi yaşayış evindən və Gədəbəy rayonu, Ərtəpə kəndində yerləşən JN-0157 KOD 50521018 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı əsasında verilmiş 1.05 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən ibarət mirasın vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dairqətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X11 iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, iddiaçı onun oğludur. X3 onun atası, eləcə də, İddiaçı babası, X20 onun anası, eləcə də İddiaçı nənəsi olmuşdur. Onların o, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 olmaqla 4 övladları olmuşdur. İddiaçı baba və nənəsi ölən günədək Gədəbəy rayonu, Ərtəpə kəndində yaşamışlar. Onların birgə mülkiyyətinə Gədəbəy rayon Aqrara İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 05 saylı qərarı ilə Ərtəpə kəndində 0.25 ha həyətyanı torpaq sahəsi, 1.05 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-096A KOD 50521018 nömrəli və JN-096B KOD 50521018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr, JN-0157 KOD 50521018 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı tərtib edilmişdir. İddiaçının babası ona məxsus 0.25 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Ev ümumi sahəsi 105 kv.m olmaqla iki otaq, bir şüşəbənddən ibarət birmərtəbəli fərdi yaşayış evidir. Fərdi yaşayış evinə dair babası X6 adına Ərtəpə kənd İƏD üzrə nümayəndəliyin 01 nömrəli Təsərrüfatbaşına kitabın 49-cu səhifəsində qeyd aparılmışdır. İddiaçının nənəsi X20 xx.xx.2011-ci il tarixdə Ərtəpə kəndində vəfat etmişdir. Onun vəfatından sonra nənəsindən qalmış bütün miras əmlakı faktiki olaraq babası qəbul etmişdir. İddiaçının babası arvadının ölümündən sonra ondan qalmış miras əmlakı qəbul etmək üçün notariat orqanına müraciət etməsə də, qeyd etdiyi kimi mirası faktiki qəbul etmiş, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Qeyd edilən torpaq sahələrinə bütövlükdə iddiaçının babası sahiblik etmiş və ondan istifadə etmişdir. İddiaçının babası X1 bütün daşınar və daşınmaz əmlakını İddiaçı vəsiyyət etmişdir. O, bu barədə xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri 5 saylı notariat ofisində iddiaçının adına vəsiyyətnamə qoymuş, vəsiyyətnamə reyestrdə 2V-132 nömrə ilə qeyd edilmişdir. İddiaçının babası xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra babasından miras qalmış əmlakı vəsiyyətnamə üzrə vərəsə olaraq iddiaçı qanunla müəyyən edilmiş müddətdə qəbul etməsə də, mirası faktiki olaraq qəbul etmiş, babasının bütün əmlaklarına faktiki olaraq iddiaçı sahiblik etmiş, əmlakı idarə etmişdır. Bununla da babasından qalmış mirası vəsiyyətnamə üzrə qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası faktiki olaraq qəbul etmişdir. İddiaçı hal-hazırda babasından miras qalmış mülkü adıına sənədləşdirmək istəyir. İddiaçının babası X5 qalmış miras kütləsinə Gədəbəy rayonu, Ərtəpə kəndində yerləşən, JN-096A KOD 50521018 nömrəli və JN-096B KOD 50521018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr əsasında 0.25 ha həyətyanı torpaq sahəsi, Gədəbəy rayonu, Ərtəpə kəndində həmin 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 105 kv.m olan iki otaq və bir şüşəbənddən ibarət birmərtəbəli fərdi yaşayış evi və Gədəbəy rayonu, Ərtəpə kəndində yerləşən JN- 0157 KOD 50521018 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı əsasında 1.05 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi daxildir. Həmin əmlakları iddiaçının babası sağlığında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasında heç bir maneə olmamış və onun həmin əmlaka dair mülkiyyət gözləntiləri olmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, Gədəbəy rayonu, Ərtəpə kəndində yerləşən, JN-096A KOD 50521018 nömrəli və JN-096B KOD 50521018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 105 kv.m olan iki otaq və bir şüşəbənddən ibarət birmərtəbəli fərdi yaşayış evi və Gədəbəy rayonu, Ərtəpə kəndində yerləşən JN-0157 KOD 50521018 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı əsasında verilmiş 1.05 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi iddiaçının babası X5 qalmış miras kütləsinə daxil edilməlidir. İddiaçı babasının ölümündən sonra da, ondan qalmış miras əmlak olan həmin fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini və pay torpaq sahəsini vəsiyyətnamə üzrə faktiki olaraq qəbul etmişdır. O, babasının vəfatından sonra ondan qalmış miras mülkə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şəmkir rayon notariat ofisinə müraciət etmiş, lakin Şəmkir rayon Notariat ofisi tərəfindən ona mirasın qəbulu üçün müddəti keçirdiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə xx.xx.2022-ci il tarixli imtina məktubu verilmişdir. Babasından qalmış miras əmlakla bağlı babasının qanun üzrə vərəsələri ola biləcək övladları ilə iddiaçının arasında heç bir mübahisə yoxdur. Onlar babasından qalmış miras əmlakın onun adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, X3 onun atası, X20 isə anası olmuşdur. O, 1985-ci il tarixdə evlənmiş və Gəncə şəhərinə köçmüşdür. Hal-hazırda da Gəncə şəhərində yaşayır və 2010-cu ildən şirkətdə işləyir. İddiaçının nümayəndəsi R.İsgəndərovun bildirdiklərini qəbul etmir. Mərhum atasının R.İsgəndərovla münasibətləri yaxşı olmamış, atası ilə R.İsgəndərovu o barışdırmışdır. Atası Gədəbəy rayonu, Ərtəpə kəndində yerləşən özünə məxsus evdə yaşamışdır. Atasına o və bacısı baxmış, qulluq etmişdir. X4 xx.xx.2021-ci il tarixdə, anası X20 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Atası miras qalmış əmlaklarla bağlı Gəncə şəhərində “Asan Xidmət” mərkəzində onun adına vəsiyyətnamə vermişdir. Atası vəfat etdikdən sonra R.İsgəndərov atasının Gədəbəy rayonu, Ərtəpə kəndində yerləşən evini və torpaq sahəsinə ələ keçirərək, həmin evin və torpaq sahəsinin onun olduğunu bildirmiş, evin qapısına qıfıl vurulmuşdır. Hazırda həmin evdə heç kim yaşamır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy rayon Xüsusi Notariusu məhkəməyə məktub göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə tarixdə anadan olmuş, atası qrafasında X11, anası qrafasında X12 qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.1965-ci il tarixdə tarixdə anadan olmuş, atası qrafasında X9, anası qrafasında X20 qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonu, Ərtəpə kəndində ölmüşdür. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X20 xx.xx.2011-ci il tarixdə Gədəbəy rayonu, Ərtəpə kəndində ölmüşdür. İşdə olan Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının Ərtəpə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli, 98 nömrəli arayışdan görünür ki, X3nun 01 nömrəli təsərrüfatbaşına kitabın 49-cu səhifəsinə əsasən adına 105 kv.m sahəsi olan fərdi yaşayış evi vardır. İşdə olan JN-0157 KOD 50521018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 06 saylı qərarı ilə X6 və X13 mülkiyyətinə Gədəbəy rayonu, Ərtəpə kəndində 1.05 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-096A KOD 50521018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 06 saylı qərarı ilə X6 və X13 mülkiyyətinə Gədəbəy rayonu, Ərtəpə kəndində 0.18 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-096B KOD 50521018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 06 saylı qərarı ilə X6 və X13 mülkiyyətinə Gədəbəy rayonu, Ərtəpə kəndində 0.07 ha torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayonu, Ərtəpə kəndində yaşayan X9 tərəfindən Gədəbəy rayon dövlət notariat kontorunda verilmiş, reyestrdə 7E-3-2478 № ilə qeyd edilmiş xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X9 ölən günədək ona məxsus olan Gədəbəy rayonu, Ərtəpə kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini bütövlükdə nəvəsi İddiaçı vəsiyyət etmişdir. İşdə olan Gədəbəy rayonu, Ərtəpə kəndində yaşayan X9 tərəfindən Gəncə şəhəri 5 saylı notariat ofisində verilmiş, reyestrdə 2V-132 № ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını nəvəsi İddiaçı vəsiyyət etmişdir. İşdə olan Gədəbəy rayonu, Ərtəpə kəndində yaşayan X9 tərəfindən Gəncə şəhər “ASAN XİDMƏT” mərkəzində verilmiş, reyestrdə 2V-324 № ilə qeyd edilmiş xx.xx.2015-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X9 ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakları oğlu ünvan 1 ünvanda yaşayan Cavabdeh2 vəsiyyət etmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 iyul 2022-ci il tarixli, 05/02 nömrəli arayışdan görünür ki, X11 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış və qeyd edilən ailə üzvləri aşkar edilmişdir; ata X9 xx.xx.1936-cı il, ana X22 1932-ci il, qız X16 xx.xx.1958-cı il, oğul Cavabdeh2 xx.xx.1961-ci il, oğul X18 xx.xx.1965-ci il və qız Cavabdeh3. İşdə olan Şəmkir rayonu Notariat ofisinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxıldığından İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair notariat əməliyyatının aparılmasından imtina edilməsi qərara alınmışdır. İşdə olan Cavabdeh3 və Cavabdeh1 tərəfindən notarial qaydada verilmiş ərizələrdən görünür ki, X5 qalmış miras əmlakdan onlara çatası payı qanunla müəyyən edilmiş müddət ərzində bilərəkdən qəbul etməmişlər və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmirlər. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X5 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X6 dörd övladı – X11, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 olmuşdur. X9 xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonu, Ərtəpə kəndində ölmüşdür. İş materiallarında olan JN-096A KOD 50521018 nömrəli və JN-096B KOD 50521018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr və JN- 0157 KOD 50521018 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktına əsasən, Gədəbəy rayonu, Ərtəpə kəndində X6 və X13 ümumi birgə mülkiyyətinə ümumilikdə 0.25 ha həyətyanı torpaq sahəsi və 1.05 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarında xatırlatmışdır ki, real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmənin “Burdov Rusiya Federasiyasına qarşı” və “Yunanıstan neftayırma zavodu “Strən və X8rşı” iş üzrə qərarında xatırlamasına görə, “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilərsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından “mülkiyyət kimi qəbul edilir”. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mübahisəli torpaq sahələri X3nun və X13 birgə mülkiyyətindədir. Odur ki məhkəmə hesab edir ki, X6 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Ərtəpə kəndində yerləşən ümumilikdə 0.25 ha həyətyanı və 1.06 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ½ hissəsindən ibarət əmlak X6 ölümündən sonra qalmış miras kütləsinə daxil edilməlidir. Mübahisəli fərdi yaşayış evinin X6 ölümündən sonra qalmış miras kütləsinə daxil edilib-edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, miras əmlakın kütləsinə miras qoyanın sağlığında qanunun tələbi əsasında malik olduğu əmlak daxildir. Qanunun tələbi isə ondan ibarətdir ki, miras kütləsinə daxil olan əmlak miras qoyanın öldüyü məqamadək mövcud olmalı və həmin əmlak miras qoyana mülkiyyət hüququ ilə məxsus olmalıdır. Məhkəmə daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının yaranması əsaslarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qeyd edilən normalardan göründüyü kimi, daşınmaz əmlaka dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Lakin, iddiaçı tərəfindən X3nun adına mübahisəli fərdi yaşayış evinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənədi məhkəməyə təqdim etmədi. Belə olan halda, məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi X6 ölümündən sonra qalmış miras kütləsinə daxil deyildir. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə X2 qalmış miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, X3 tərəfindən nəvəsi İddiaçı və oğlu Cavabdeh2 adına vəsiyyətnamə qoyulduğundan X5 qalmış miras əmlaka münasibətdə vəsiyyətnamə üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Məhkəmə verilmiş vəsiyyətnamələrdən hansının qüvvədə olması məsələsinin aydınlaşdırılması məqsədi ilə aşağıdakıları qeyd edir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1222-ci maddəsinə əsasən, əgər vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, lakin onlar bir-birini tamamlayır və tam əvəz etmirsə, bütün vəsiyyətnamələr qüvvədə qalır. Əvvəlki vəsiyyətnamənin göstərişləri sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi halda qüvvədə qalır. Göründüyü kimi, X3 tərəfindən Cavabdeh2 adına Gəncə şəhər “ASAN XİDMƏT” mərkəzində verilmiş, reyestrdə 2V-324 № ilə qeyd edilmiş xx.xx.2015-ci il tarixli və İddiaçı adına Gəncə şəhəri 5 saylı notariat ofisində verilmiş, reyestrdə 2V-132 № ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnamələrin məzmunundan aydın olur ki, həmin vəsiyyətnamələrin göstərişləri bir-birinə uyğun gəlmir və məzmunu bir-biri ilə fərqlidir. Belə olan halda Cavabdeh2 adına verilmiş reyestrdə 2V-324 № ilə qeyd edilmiş vəsiyyətnamə qüvvədən düşmüş hesab edilməli və sonucu olaraq İddiaçı adına verilmiş reyestrdə 2V- 132 № ilə qeyd edilmiş vəsiyyətnamə qüvvədə hesab edilməli və əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vəsiyyətnamə üzrə vərəsə tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək uşaqlarından Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İ.İsgəndərovun ölümündən uzun müddət əvvəl başqa təsərrüfata köçmüş və hal-hazırda da başqa təsərrüaftlarda yaşayırlar. Eləcə də, onlardan Cavabdeh1 və Cavabdeh3 notarial qaydada ərizə verərək miras əmlakı qəbul etmək istəmədiklərini bildirmişlər. İşin mübahisələndirilməyən halları ilə müəyyən edildi ki, mübahisəli torpaq sahələrini İddiaçı və onun atası R.İsgəndərov idarə edirlər. Mübahisəli torpaq sahəsinin üzərinə yerləşən fərdi yaşayış evi miras kütləsinə daxil edilməsə də, həmin ev də İddiaçı və onun atası R.İsgəndərovun nəzarətindədir və həmin evin açarları da onlardadır. Bu da onu göstərir ki, İddiaçı X2 miras qalmış əmlakları vəsiyyətnamə üzrə vərəsə olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, məhkəmə iddia tələbinin həcmində qətnamə çıxarır və qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, tələbdən kənara çıxmamalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X2 miras qalmış Gədəbəy rayonu, Ərtəpə kəndində yerləşən, JN-096A KOD 50521018 nömrəli və JN-096B KOD 50521018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr əsasında verilmiş ümumilikdə 0.25 ha həyətyanı və JN-0157 KOD 50521018 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı əsasında verilmiş 1.05 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələrinin ½ hissələrindən ibarət əmlaklara İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınmalı, onun qeyd olunan mirası faktiki olaraq qəbul etməsi müəyyən edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu bir hissədə cavabdehlərə, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X2 miras qalmış Gədəbəy rayonu, Ərtəpə kəndində yerləşən, JN-096A KOD 50521018 nömrəli və JN-096B KOD 50521018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr əsasında verilmiş ümumilikdə 0.25 ha həyətyanı və JN-0157 KOD 50521018 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı əsasında verilmiş 1.05 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələrinin ½ hissələrindən ibarət əmlaklara İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınsın və onun qeyd olunan mirası faktiki olaraq qəbul etməsi müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 50 manat hissəsinin əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-87/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-87/2023
25.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver