Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-880/2024 09.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı, cavabdehlər X4 və Cavabdeh2 etibarnamə üzrə nümayəndələri X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum əri X6 miras qalmış Gədəbəy rayonunun Düzyurd kəndində yerləşən DƏDRX-nin 11 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarış əsasında xüsusi mülküyyətinə verilmiş 109.90 kv.m evə və 0.0334 kv.m həyətyanı torpaq sahəsinə onun tərəfindən mirasın faktiki qəbul edilməsi faktının və Gədəbəy rayon X10 xx.xx.2009-cu il tarixli 03 nömrəli qərarı əsasında ümumilikdə verilmiş 11700 kv.m kənd təsərrüfatı təyinatlı topaq sahəsinin (DƏDRX-nin 11 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarış) vərəsələr arasında payların müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Gədəbəy rayon X10 xx.xx.2009-cu il tarixli 03 nömrəli qərarı əsasında ümumilikdə verilmiş 11700 kv.m kənd təsərrüfatı təyinatlı və 0.27 ha həyətyanı topaq sahəsinin beşdə bir hissədə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, mərhum əri X14 ilə xx.xx.1967-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək evlənmişlər. Gədəbəy rayonu, Düzyurd kəndində özlərinə məxsus fərdi yaşayış evi və həyətyanı torpaq sahələri vardır. Eləcə də Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli 03 nömrəli qərarı əsasında onlara ümumilikdə 1170 kv.m kənd təsərrüfatı təyinatlı topaq sahəsi ayırılmışdır. Əri N.Qurbanov xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra həmin evə və torpaq sahələrinə dair DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli çıxarışlar almışdır. Həmin çıxarışlarda paylı mülküyyət kimi cavabdehlərin adları qeyd edilmişdir. O, mərhum ərindən miras qalmış əmlakı vərəsəlik qaydasında adına rəsimləşdirmək məqsədi ilə Gədəbəy rayon Notariat Ofisinə müraciət etmişdir. Müraciəti zamanı onun digər vərəsələr tərəfindən razlıq ərizələri verilməsini bildirsələr də cavabdehlər könüllü olaraq razılıq ərizələri verməmişlər. Mərhum əri X6 miras qalmış əmlaka onun tərəfindən mirasın qəbul edilməsi faktının və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli 03 nömrəli qərarı əsasında ümumilikdə 1170 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsində payların bölünməsini istəyir. Bugünkü günü onun qızları arasında mərhum həyat yoldaşından miras qalmış mülklə bağlı mübahisələri yaranmışdır. O, həyat yoldaşından miras qalmış mülkün adına rəsimləşdirilməsi ilə bağlı Maraqlı şəxsna müraciət etsə də bunu könüllü qaydada həll edilməsi mümkün olmamışdır. İddiaçı, cavabdehlər X4 və Cavabdeh2 etibarnamə üzrə nümayəndələri X11 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, atası X14 ilə anası İddiaçı nikahlarını xx.xx.1967-ci il tarixdə bağlamaqla ailə qurmuşlar. Onların birgə nikahından 5 qardaş, 3 bacı olmaqla 8 övladları olmuşdur. Digər qardaşların hamısı Rusiya Federasiyasında yaşayır. Fərdi yaşayış evində o və anası yaşayır. Cavabdeh2 ailə qurmuş və Şəmkir rayonuna köçmüşdür. X19 vəfat etmişdir. Bacıları İlhamə və Xatirə analarının xeyrinə mirasın rəsmiləşdirilməsinə etiraz etmirlər və etibarnamə veriblər. Atası xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Atası vəfat edən zaman miras əmlakda anası, bacıları İlhamə və Xatirə yaşamışdır. Cavabdeh1 isə həmin miras əmlakda yaşamamış, atası vəfat edən zaman da həmin mirasda yaşamamışdır. Bacıları İlhamə və Xatirənin miras əmlakla bağlı heç bir etirazları yoxdur. Onların nümayəndəsi kimi iddianı etiraf edir. Odur ki, iddia tələbinin təmin edilmısini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin ünvanda yaşamaması barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli, 391 nömrəli arayışdan görünür ki, RİH başçısının Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyinin 2023-2027-ci illər üçün 01 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 80-ci səhifəsinə, 78 nömrəli şəxsi hesabına əsasən qeyd edilmişdir. Gədəbəy şəhəri ərazisində yaşayır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********64 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy şəhəri ərazisində yerləşən 1.17 ha torpaq sahəsi İddiaçı, X8, X7, Cavabdeh2 və X4 adına ümumi birgə payları olmaqla xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********98-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 109.90 kv.m fərdi yaşayış evi tam olaraq İddiaçı adına, 0.0334 ha torpaq sahəsi isə İddiaçı, X8, X7, Cavabdeh2 və X4 adına ümumi birgə payları olmaqla xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 13 yanvar 2000-ci il tarixdə vəfat etmişdir. İşdə olan nikha haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 ilə İddiaçı nikhalarını xx.xx.1967-ci il tarixdə bağlamışlar. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X6 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Məhkəmə iclasında müəyyən olundu ki, X14 ilə İddiaçı xx.xx.1967-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər. Birgə nikahlarından 8 övladları olmuşdur. X1 vəfat etmişdir. X3 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən 109.90 kv.m fərdi yaşayış evi tam olaraq İddiaçı adına, 0.0334 ha torpaq sahəsi isə İddiaçı, X8, X7, Cavabdeh2 və X4 adına ümumi birgə payları olmaqla, həmçinin Gədəbəy şəhəri ərazisində yerləşən 1.17 ha torpaq sahəsi İddiaçı, X8, X7, Cavabdeh2 və X4 adına ümumi birgə payları olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X8 ölümündən sonra adına Gədəbəy şəhəri ərazisində 0.0334 ha və 1.17 ha torpaq sahələrinin 1/5 hissəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin 0.0334 ha və 1.17 ha torpaq sahələrinin 1/5 hissəsi X6 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X6 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyanın qanun üzrə vərəsəsi ola biləcək uşaqlarından Cavabdeh2 və X12 miras əmlak açılan zaman mirası qəbul etmişlər, digər vərəsələr isə miras əmlakı qəbul etməmişlər və miras qoyanın ölümündən uzun müddət əvvəl ayrılaraq başqa təsərrüfata köçmüş və hazırda da başqa təsərrüfatda yaşayırlar. Cavabdeh2 və X12 İddiaçı adına etibarnamə verərək, miras əmlakdan anaları İddiaçı adına imtina etmələrini nümayiş etdirmişlər, həmçinin onların nümayəndələri məhkəmə iclasında iddia tələbini etiraf edərək iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Həmçinin Cavabdeh1 qeyd olunan miras əmlakda yaşamamış və miras əmlakı qəbul etməmişdir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Gədəbəy şəhəri ərazisində yerləşən daşınmaz əmlakın dövlət reyestrdə xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmış, 1.17 ha torpaq sahəsinə İddiaçı, X8, X7, Cavabdeh2 və X4 hər birinin 1/5 hissədə, ünvan 1 ünvanında yerləşən, xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0.0334 ha torpaq sahəsinə İddiaçı, X8, X7, Cavabdeh2 və X4 hər birinin 1/5 hissədə payı müəyyən edilməli, X2 miras qalmış, , Gədəbəy şəhəri ərazisində yerləşən daşınmaz əmlakın dövlət reyestrdə xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmış, 1.17 ha torpaq sahəsinin 1/5 hissəsindən və ünvan 1 ünvanında yerləşən, xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0.0334 ha torpaq sahəsinin 1/5 hissəsindən ibarət miras əmlakın İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gədəbəy şəhəri ərazisində yerləşən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmış, 1.17 ha torpaq sahəsinə İddiaçı, X8, X7, Cavabdeh2 və X4 hər birinin 1/5 hissədə və ünvan 1 ünvanında yerləşən, xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0.0334 ha torpaq sahəsinə İddiaçı, X8, X7, Cavabdeh2 və X4 hər birinin 1/5 hissədə payları müəyyən edilsin. X2 miras qalmış, Gədəbəy şəhəri ərazisində yerləşən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmış, 1.17 ha torpaq sahəsinin 1/5 hissəsindən və ünvan 1 ünvanında yerləşən, xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0.0334 ha torpaq sahəsinin 1/5 hissəsindən ibarət miras əmlakın birinci növbə qanun üzrə vərəsəsi İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-880/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-880/2024
09.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver