Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-883/2022 03.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X19 oğlunun katibliyi, Ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi X16 iştirakı ilə, Ərizəçi İddiaçı “qanun və vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mərhum atası X8 və mərhum anası X3 vəsiyyətnamə üzrə miras qalmış Gədəbəy rayonu, İnəkboğan kəndində yerləşən fərdi yaşayış evinə və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 saylı qərarı əsasında verilmiş 3796.88 kv.m həyətyanı torpaq sahəsinə onun tərəfindən mirasın həm vəsiyyət üzrə, həmdə faktiki qəbul edilməsi faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi X25 ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək göstərdi ki, iddiaçı xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndində doğulmuşdur. İddiaçının mərhum atası X23 və mərhum anası X13 1960-cı il tarixdə nikahlarını rəsmiləşdirərək evlənmişlər. Onların İnəkboğan kəndi İƏD-üzrə nümayəndəliyində özlərinə məxsus 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa etdirdikləri fərdi yaşayış evi vardır. Onlar ailədə 2 qardaş, 3 bacı olmuşlar. İddiaçının bacıları və qardaşı başqa ünvanlarda yaşayırlar. Atası Q.Zeynalov xx.xx.2006-cı il tarixdə, anası Q.Zeynalova isə xx.xx.2016-cı il tarixdə vəfat etmişlər. Anası vəfat etməmişdən öncə, yəni xx.xx.2014-cü il tarixdə iddiaçıya vəsiyyətnamə vermişdir. İddiaçı uzun müddətdir ki, Qazaxıstan Respublikasında yaşamışdır. İddiaçı atasından və anasından miras qalmış əmlakı öz adına vərəsəlik qaydasında rəsmiləşdirməmişdir. Atasından və anasından vəsiyyətnamə üzrə miras qalmış əmlakı, eləcə də həyətyanı torpaq sahəsini adına rəsimləşdirmək məqsədi ilə notariat ofisinə müraciət etmişdir. Notoriat ofisi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə imtina məktubu verilmişdir. Hal-hazırda həmin evdə iddiaçı yaşamaqla həmin təsərrüfatı idarə edir. Eyni zamanda sözü gedən daşınmaz əmlakı iddiaçı adına rəsimləşdirmək məqsədi ilə sənədlərini toplayıb DƏDRX-nin Şəmkirə Ərazi İdarəsinin Gədəbəy rayon Şöbəsinə təqdim etsə də iddiaçının sənədlərini qəbul etməmişlər və həmin mülkün mülkiyyət kimi qeydiyyatdan keçməməsini əsas gətirmişlər. Eləcə də, valideyinlərindən qalan miras mülklərin məhkəmə qaydasında qəbul edilməsi faktı müəyyən edildikdən və vərəsəlik haqqında şəhadətnamə alındıqdan sonra DƏDRX-nin 11 saylı ərazi idarəsinə müraciət edə biləcəyi iddiaçıya izah olunmuşdur. İddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Ona görə də, mərhum valideyinlərindən miras qalmış daşınmaz əmlakların istər vəsiyyət üzrə istərsə də faktiki olaraq iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını istəyir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 04 avqust 2022-ci il tarixli, 218 saylı arayışdan görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunana İnəkboğam kənd X20 1986-1990-cı illərə dair 3 nömrəli təsərrüfatbaşına kitabın 104-cü şəxsi hesabında qeydiyyatda olmaqla mərhum atası X9 adına təsərrüfat qeyd edilmiş və aşağıda göstərilən ailə üzvləri vardır:
1. Ailə başçısı X23.
2. h/yoldaşı X5.
3. Oğlu İddiaçı.
4. X7
5. X12.
6. X1. Torpaq qrafasında 0.25 ha torpaq sahəsi və tikili qrafasında 1932-ci ildə inşa edilmiş ümumi sahəsi 60 kv.m olan ev qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndində anadan olmuşdur. Atası qrafasında X23, anası qrafasında X14 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah akt qeydləri kitabından çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X23 və X17 nikahlarını xx.xx.1960-ci il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Zeynalov, arvada isə Zeynalova soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərində görünür ki, X23 xx.xx.2006-cı il tarixdə, X14 isə xx.xx.2016-cı il tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndində ölmüşlər. İşdə olan 06 mart 2014-cü il tarixdə X14 tərəfindən verilmiş, Gədəbəy rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, o, ölən günədək ona məxsus olan Gədəbəy rayonu, İnəkboğan kəndində yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini oğlu İddiaçı vəsiyyət etmiş, qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. İşdə olan notariat əməliyyatının aparılmasından imtina edilməsinə dair Şəmkir rayonu, 1 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddət buraxıldığından İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair notariat əməliyyatının aparılmasından imtina edilmişdir. İşdə olan X26 tərəfindən notarial qaydada verilmiş ərizədən görünür ki, o, X26 03 noyabr 2006-cı il tarixdə vəfat etmiş atası X10 ölümündən sonra qalan mirasdan ona çatası paydan İddiaçı xeyrinə imtina edir. İşdə olan X31 kitabında xx.xx.2010-cu il tarixdə JN 55A nömrə ilə uçota alınmış A № 290934 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə Gədəbəy rayonu, İnəkboğan kəndində X15 adına 3796.88 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X8 və X2 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X23 və X14 ilə rəsmi olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından ərizəçi ilə birlikdə 5 övladı olmuşdur. X31 kitabında xx.xx.2010-cu il tarixdə JN 55A nömrə ilə uçota alınmış A № 290934 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə Gədəbəy rayonu, İnəkboğan kəndində X15 adına 3796.88 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 1932-ci ildə inşa edilmiş, ümumi sahəsi 60 kv.m olan fərdi yaşayış evi vardır. Həmin əmlaklarla bağlı X15 və X4 adına mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, onların X18 və X6 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, ümumi sahəsi 60 kv.m olan fərdi yaşayış evi və 3796.88 kv.m həyətyanı torpaq sahəsindən ibarət əmlaka dair X15 və X4 mülkiyyətə qanuni gözləntiləri vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mərhum X15 və X4 ümumi sahəsi 60 kv.m olan fərdi yaşayış evi və 3796.88 kv.m həyətyanı torpaq sahəsindən ibarət əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin əmlak X15 və X4 mülkiyyəti kimi qiymətləndirilməlidir. X23 xx.xx.2006-cı ildə, X14 xx.xx.2016-cı ildə vəfat etmişdir. Onların ölümündən sonra Gədəbəy rayonu, İnəkboğan kəndində ümumi sahəsi 60 kv.m olan fərdi yaşayış evi və 3796.88 kv.m həyətyanı torpaq sahəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahəsi və fərdi yaşayış evi X8 və X2 qalmış miras kütləsinə daxil edilməlidir. Məhkəmə qeyd edir ki, X23 xx.xx.2006-cı ildə vəfat etdikdən sonra həmin fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini X14 qanun üzrə vərəsə kimi tam olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, mərhum X14 tərəfindən oğlu İddiaçı adına vəsiyyətnamə qoyulduğundan ondan qalmış miras əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vəsiyyətnamə üzrə vərəsə tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, vəsiyyətnamə üzrə vərəsə ola biləcək İddiaçı X11 ölümündən sonra, həm də onun ölümündən əvvəl ondan qalmış həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini faktiki olaraq istifadə etmişdir. Bunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, sözügedən mirasın ərizəçi tərəfindən qəbul edilməsi müddəti üzürlü hesab edilərək uzadılmalıdır. Bununla da ərizəçi İddiaçı X4 və X15 ölümündən sonra qalmış Gədəbəy rayonu, İnəkboğan kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X15 adına olan 3796.88 kv.m həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 60 kv.m olan fərdi yaşayış evindən ibarət mirası tam şəkildə vəsiyyət üzrə vərəsə olaraq qəbul etmişdir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ərizəçi İddiaçı X4 və X15 ölümündən sonra qalmış Gədəbəy rayonu, İnəkboğan kəndində yerləşən 3796.88 kv.m həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 60 kv.m olan fərdi yaşayış evindən ibarət mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
Ərizə təmin edilsin. X15 və X4 ölümündən sonra qalmış, Gədəbəy rayonu İnəkboğan kəndində yerləşən 1932-ci ildə tikilmiş, ümumi sahəsi 60 kv.m olan fərdi yaşayış evindən və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə verilmiş 3796.88 kv.m həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka ərizəçi İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ müəyyən edilsin və həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən:Marif Kazımov