Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-887/2022 09.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlu, İddiaçı Cavabdeh qarşı “miras əmlakın adına qeyd edilməsi” barədə ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “miras əmlakın adına qeyd edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 149-cu maddəsi ilə nəzərdə tutulmuş forma və məzmununa riayət etməmişdir. Qeyd olunan hüquq normasının əsas müddəalarından biri də iddiaçının və ya ərizəçinin tələbini, onların öz tələblərini əsaslandırdıqları halları, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbi ərizədə göstərməsidir (maddə 149.2.3). Eləcə də qeyd olunmalıdır ki, iddia ərizəsi üç ünsürdən – iddianın predmeti, əsası və məzmunundan ibarət olmalıdır. İddianın predmetini iddiaçının cavabdehə olan tələbi, əsasını həmin tələbi şərtləndirən faktlar, məzmununu isə iddiaçının məhkəmədən etdiyi xahiş təşkil edir. İddiaçı ərizənin giriş hissəsində vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması tələbini qeyd etmiş, lakin “xahiş edirəm” hissəsində isə ata və anasında miras qalmış əmlakların adına qeyd edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-817/2022 saylı qərardadı ilə, qeyd edilən tələbə məhkəmədə baxılmalı olmadığı və bu səlahiyyət müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə aid olması qeyd edilərək, iddia ərizəsi geri qaytarılmasına baxmayaraq, iddiaçı yenidən eyni tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsaəsn, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3.-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Qeyd olunan normalardan görünür ki, daşınmaz əmlakın vətəndaşın adına qeyd edilməsi daşınmaz əmlakın dövlət reyestrində çıxarışla müəyyən olunur. Məhkəmələrdə daşınmaz əmlakın vətəndaşın adına qeyd edilməsinə dair mübahisələr baxılmır. Bu səlahiyyət müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə aiddir. Eləcə də, iddiaçı iddia ərizəsinin başlanğıc hissəsində tələbini “vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması” qeyd etsə də, iddia ərizəsinin nəticə hissəsində “daşınmaz əmlakın adına qeyd edilməsini” tələb etmişdir. Belə olan halda, iddia ərizəsində qeyd edilən uyğunsuzluq, iddia ərizəsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında ziddiyyət yaradır. Eləcə də, bundan əvvəl İddiaçı Cavabdeh qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-1019/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-in 153.2 və 153.2.1-ci maddəsinə əsasən, məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunanlara əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “miras əmlakın adına qeyd edilməsi” barədə ərizəsinin icraata götürülməsi qeyrimümkün hesab edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Dövlət rüsumunun iddiaçıya qaytarılmasına Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-817/2022 saylı qərardadı ilə münasibət bildirilmişdir. Həmçinin, məhkəmə izah edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı “miras əmlakın adına qeyd edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-887/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-887/2022
09.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver