Məhkəmə qərarları › İş №2(042)-888/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-888/2021

27.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-888/2021 27.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı, X11, iddiaçıların nümayəndəsi və vəkili X13 və Cavabdeh3 iştirakları ilə, iddiaçılar İddiaçı və X3 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və ƏMDK-nin yanında DƏDRX-nin 11 Saylı Şəmkir Ərazi İdarəsinə qarşı vərəsəliyin və miras əmlakdan payların müəyyən edilməsi tələbləri haqqında iddia ərizəsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və ƏMDK-nin yanında DƏDRX-nin 11 Saylı Şəmkir Ərazi İdarəsinə qarşı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı və 02.04.2001-ci il təvəllüdlü X3 X14 qanun üzrə vərəsəsi kimi tanınması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 51-ci maddəsinə əsasən X3 işə iddiaçı qismində, Cavabdeh3 işə cavabdeh qismində cəlb edilməsinə etiraz etməmişdir. İddiaçılar İddiaçı və X11 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələblərini dəqiqləşdirmiş, X14 X4 üzərində olan vərəsəlik faktı üzrə xx.xx.1961-ci il təvəllüdlü İddiaçı və 02.04.2001-ci il təvəllüdlü X3 vərəsəliyi və miras paylarının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, X18 ilə 24 iyun 1996-cı il tarixdə ailə qurmuşdur. Birgə nikahlarından X11 doğulmuşdur. Mərhum qayınanası X22 04.06.2017-ci il tarixdə vəfat etmişdir. X14 ölümündən sonra mərhum həyat yoldaşı X18 mirası qəbul etmişdir. Onlar mərhum əri və digər iddiaçı X11 ilə birlikdə mübahisəli evdə yaşamışlar. Həyat yoldaşı X18 27.01.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum ərinin gözlənilmədən vəfat etməsi səbəbindən vəsiyyətnamə yazılmamışdır. Ərinin ölümündən sonra o və digər iddiaçı miras əmlakı faktiki qəbul etmişlər. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı X11 məhkəmə iclasında eyniməzmunlu izahat verərək, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı və X3 nümayəndəsi X23 məhkəmə iclasında eyniməzmunlu izahat verərək, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, mübahisəli ev 1971-ci il tarixdə onun atası tərəfindən tikilmişdir. Atasının ölümündən sonra mərhum anası həmin evdə tək yaşamışdır. İddiaçılar mərhum qardaşının həyat yoldaşı və övladıdır. Lakin o, mirasqoyanın qızı, yəni, birinci növbə vərəsəsidir. Anasının ölümündən sonra mirası o, qəbul etmişdir. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və ƏMDK-nin yanında DƏDRX-nin 11 Saylı Şəmkir Ərazi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə işdə iştirak etməyən cavabdehlərin nümayəndəsi olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X21 surətindən görünür ki, X22 04 iyun 2017-ci il tarixdə ölmüşdür. İşdə olan X38 görünür ki, X18 27 yanvar 2021-ci il tarixdə ölmüşdür. İşdə olan Arayışdan görünür ki, X24 xx xxxxxx 1971-ci il tarixdə doğulmuşdur. Onun atası qrafasında X19, anası qrafasında X32 qeyd edilmişdir. İşdə olan Arayışdan görünür ki, X18 18 iyul 1964-cü il tarixdə doğulmuşdur. Onun atası qrafasında X19, anası qrafasında X32 qeyd edilmişdir. İşdə olan X27 Şəhadətnamənin surətindən görünür ki, X18 və İddiaçı 24 iyun 1996cı il tarixdə nikah bağlamışlar. İşdə olan X20 surətindən görünür ki, X18 və İddiaçı birgə nikahından X11 doğulmuşdur. İşdə olan X41 X7 görünür ki, X15 və X2 Məmmədəli Nəriman oğlunun qanun üzrə vərəsələridir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi DT və XK Torpaq Sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli, 03 saylı qərarı ilə X25 499.54 kvm həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Cavabdeh1 tərəfindən Cavabdeh3 verilmiş imtina məktubundan görünür ki, X14 yeganə varisi təyin olunmadığından ona X41 şəhadətnaməsi verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən “mülkiyyətin” təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur.Azərbaycan Respublikası Azırbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1133.2-ci maddəsinə əsasən X41 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən X41 zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən X41 zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, mirasqoyan X1 mülkiyyətində Gədəbəy şəhəri ərazisində 499, 54 kvm həyətyanı torpaq sahəsi və mülkiyyət hüququnun gözləntisi prinsipi ilə həmin torpaq sahəsi üzərində yerləşən yaşayış sahəsi olmuşdur. X22 04 iyun 2017-ci il tarixdə ölmüşdür. İş üzrə iddiaçıların yaxın qohumu X18 və cavabdeh X24 mirasqoyanın övladları, yəni, birinci növbə vərəsələridirlər. Məhkəmə araşdırmaları zamanı hər iki birinci növbə vərərsələrin miras əmlakı qəbul etmələri faktı müəyyən edilmişdir və onların miras əmlakda ½ hissədə payları var. X18 mirası qəbul etdikdən sonra, yəni, 27 yanvar 2021-ci il tarixdə ölmüşdür. İddiaçılar, İddiaçı X8 arvadı, X11 isə övladı, yəni, onun birinci növbə vərəsələridirlər. Onlar birinci növbə vərəsələr kimi, X5 miras qalmış əmlakı, o cümlədən, onun anası X12 miras kimi qalmış əmlakın 1/2 hissədə olan payını miras kimi qəbul etmişlər. Ona görə də iddia tələbləri təmin edilməli, İddiaçı və X6 X9 X14 birinci növbə vərəsəsi olması faktı nəzərə alınmaqla, X9 vərəsələri olmaları, İddiaçı və X6 X8 anası X12 miras qalmış əmlakda ½ hissədə olan payında ½ hissədə payları, yəni, hər birinin X12 miras qalmış əmlakda ¼ hissədə payları müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilsin. X9 X14 birinci növbə vərəsəsi olması faktı nəzərə alınmaqla, İddiaçı və X6 X9 vərəsələri olmaları, İddiaçı və X6 X8 anası X12 miras qalmış əmlakda ½ hissədə olan payında ½ hissədə payları, yəni, hər birinin X12 miras qalmış əmlakda ¼ hissədə payları müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar