Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-895/2021 15.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim X4 oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi İddiaçı və cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı yarımçıq aparılmış təmir işlərinin başa çatdırılması tələbinə dair mülki Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəm iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı Gədəbəy rayonunun Daryurd kəndində yerləşən, ona məxsus fərdi yaşayış evində X3 tərəfindən aparılmış və yarımçıq qalmış təmir işlərinin başa çatdırılması öhdəliyinin X1 üzərinə qoyulması tələbləri haqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Daryurd kəndində yaşayır. Həmin ünvanda özünə məxsus olan fərdi yaşayış evi vardır. O, evdə təmir işləri aparmaq üçün usta işləyən həmkəndlisi Cavabdeh ilə 2019-cu ildə şifahi şəkildə razılığa gələrək ona ayrı-arı vaxtlarda cəmi 600 manat pul vermişdir. Cavabdeh evdə aparılacaq təmir işlərinin bir hissəsini görsə də, işin bir hissəsini evin qapılarının qoyulmaması səbəbindən yarımçıq saxlamışdır. Cavabdehlə razılığa gəlmişlər ki, evin qapıları quraşdırıldıqdan sonra o, malyar işlərini davam etdirəcək. O, 2020-ci il tarixdə evin qapılarını quraşdırmışdır. Eləcə də o, ikinci Qarabağ müharibəsi ilə əlaqədar döyüşlərə çağırılmış, 2020-ci ilin dekabr ayının 27-də ordudan tərxis olmuşdur. O, müharibədən qayıtdıqdan sonra cavabdehə işini davam etdirməsini xahiş etsə də, cavabdeh yarımçıq qalan işlərini başa çatdırmamışdır. Cavabdehə dəfələrlə işi başa çatdırmasını xahiş etsə də o, müxtəlif bəhanələrlə işini görməkdən imtina etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, həqiqətən iddiaçıdan 600 manat pul almış və onun dediyi işləri görmüşdür. İddiaçı onun dediyi qiyməti verməkdən imtina edir. Hər dəfə gördüyü işlər qarşılığında razılaşdıqlarından az verir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Аzərbаycаn Rеspublikası МPM-inin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Мəcəllənin 77.1-ci маddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Мəcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məcəllənin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddiaçı aralarında şifahi bağlanmış müqaviləyə əsasən özünə məxsus fərdi yaşayış evinin təmir edilməsini cavabdeh X2 həvalə etmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Ona görə də iddia tələbi təmin edilməli, Gədəbəy rayonunun Daryurd kəndində yerləşən, iddiaçıya məxsus fərdi yaşayış evində cavabdeh tərəfindən aparılmış və yarımçıq qalmış təmir işlərinin başa çatdırılması öhdəliyi cavabdehin üzərinə qoyulmalır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspubliкаsı MPMnin 216-227; 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gədəbəy rayonunun Daryurd kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində aparılmış və yarımçıq qalmış təmir işlərinin başa çatdırılması öhdəliyinin X1 üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-895/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-895/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver