Məhkəmə qərarları › İş №2(042)-898/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-898/2023

28.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-898/2023 28.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, ərizəçi Gədəbəy Rayon İHB yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X1 iştirakları ilə, ərizəçi Gədəbəy Rayon İHB yanında Qəyyumluq və Himayəçilik Orqanının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Gədəbəy RİHB yanında Qəyyumluq və Himayəçilik Orqanı XX.XX.1936-cı ildə Gədəbəy rayonu, Nərimankənd kəndində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Gədəbəy RİHB yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X3 ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X6 anadangəlmə ruhi xəstədir, öz hərəkətlərini mənasını anlamır və özünü idarə edə bilmir. Onun bütün işlərində ona yaxından kömək etmək üçün ona qəyyum təyin edilməlidir. X6 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixatriya xəstəxanasında və Gədəbəy Rayon Mərkəzi Xəstənasaının Poliklinoka şöbəsində ruhi-əsəb xəstəlikləri qeydiyyatında durur. X4 yaxın qohumu yoxdur. Hazırda ona qardaşı qızı baxır. Bu səbəbdən onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş Qəyyumluq və Himayəçilik Orqanının ərizəsi üzrə qaldırılmışdır. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan AZE № 03048555 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 XX.XX.1936-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, hazırda Gədəbəy rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla yaşayır. İşdə olan Gədəbəy RİHB-nın Nərimankənd Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 97 nömrəli arayışdan görünür ki, X6 hal-hazırda Nərimankənd kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 619/22 nömrəli məktubundan göürnür ki, XX.XX.1936-cı il təvəllüdlü, Gədəbəy rayonu, Nərimnankənd sakini X2 şəhər Psixatriya Xəstəxanasında həkim psixiatr komissiyası tərəfindən müayinə olunmuş, ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxslərin elektron reyestrinə salınmış və tibbi rəy verilmişdir. İşdə olan Gədəbəy Rayon Mərkəzi X10 X11 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X6 “F 03. Qocalıq dövrünürn demensiyası” diaqnozu ilə ruhi-əsəb xəstəlikləri qeydiyyatında durur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin Gəncə regional abmulator şöbəsi tərəfindənv erilmiş xx.xx.2023-cü il tarixli, 701 saylı rəyindən göürnür ki, XX.XX.1936-cı il tarixdə Gədəbəy rayonun, Nərimankənd kəndində doğulmuş X6 qocalıq ağıl zəifliyi (demensiya) XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F03.2 xəstəliyindən əziyyət çəkir. X6 qocalıq ağıl zəifliyi (demensiya) XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F03.2 xəstəliyi keçirməsi səbəbindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İşdə olan Gədəbəy RİH başçısının Nərimankənd kən İƏD üzrə nümayəndəliy möhürü ilə təsdiq edilmiş aktdan görünür ki, X8 ağır ruhi xəstə olan doğma bibisi X5 öz himayəsində saxlayıb ona qulluq göstərir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, XX.XX.1936-cı ildə Gədəbəy rayonu, Nərimankənd kəndində doğulmuş, hazırda həmin kənddə qeydiyyatda olan və yaşayan X6 anadangəlmə psixi qüsurludur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin Gəncə regional abmulator şöbəsi tərəfindən verilmiş rəyə əsasən X6 qocalıq ağıl zəifliyi (demensiya) XBT- 10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F03.2 xəstəliyindən əziyyət çəkir və həmin xəstəliyi keçirməsi səbəbindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ona görə də ərizə təmin edilməli, XX.XX.1936-cı ildə Gədəbəy rayonu, Nərimankənd kəndində doğulmuş və hazırda həmin kənddə qeyddiyatda olmaqla yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1936-cı ildə Gədəbəy rayonu, Nərimankənd kəndində doğulmuş və hazırda həmin kənddə qeyddiyatda olmaqla yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar