Məhkəmə qərarları › İş №2(042)-90/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-90/2023

12.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-90/2023 12.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyum və Himayəçilik Komissiyasının nümayəndəsi Nəcəfəov Qeyrətin iştirakları ilə, Ərizəçinun maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyum və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı şəxs Gədəbəy RİHB Aparatının Qəyyum və Himayəçilik Komissiyasına qarşı xx.xx.1996-cı il tarixdə doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, xx.xx.1996-cı il tarixdə doğulmuş X2 onun doğma oğludur. Oğlu Nurağa 3 yaşında sudurqa xəstəliyi keçirmişdir və özünü idarə edə bilmir.Ruhi-xəstədir.Oğlu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Pisxi Sağlamlıq Mərkəzində və Gədəbəy rayon Polikninkasında ruhi-əsəb xəstəliyində qeydiyyatdadır və ağır-dərəcəli əqli-gerililiyi vardır. Ona görə də, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyum və Himayəçilik Komissiyasının nümayəndəsi Nəcəfəov Qeyrət izahat verərək bildirmişdir ki, ərizənin təmin edilməsinə razıdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Tibbi Ərazi Bölmələrini X3 Rayon Mərkəzi Xəstəxanası “PHŞ” Polikninkasının xx.xx.2022-ci il tarixli, 579 nömrəli arayışın surətindən görünür ki, Gədəbəy rayonu, Moruxlu kənd sakini X2 ruhi-əsəb xəstəsi kimi qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Rayonlararası Psixonevroloji Dispanserində keçirilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 64 saylı Rəydən görünür ki, X2 orta dərəcəli kəmağıllıq, davranış pozğunluqları ilə XTB-10 (Psixi və davranış pozuntularının beynəlxalq təfsilatı 10-cu baxış) F70.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq, o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.1996-cı il tarixdə doğulmuş X2 ərizəçinin oğludur. Məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X2 psixi xəstəliklə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Ona görə də ərizə təmin edilməli, Gədəbəy rayonun, Moruxlu kəndində 29 yanvar 1996-cı il tarixdə doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. Gədəbəy rayonunun Morxulu 29 yanvar 1996-cı il tarixdə doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar