Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-90/2024 15.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Gədəbəy rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonu, Köhnəqışlaq kəndində xx.xx.1989-cu il tarixdə anadan olmuş X3 fəaliyyət qəbiliyyətsiz hesab edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1989-cu il tarixdə anadan olmuş X8 onun doğma oğludur. Oğlu Valeh anadan gəlmə ruhi xəstədir və bu xəstəlikdən əziyyət çəkir. Oğlu Valeh özünü idarə etmək iqtidarında deyildir. Özünün idarə etməsini itirmişdir. Bir sözlə özünə aid olan işləri görə bilmir. Özünün hərəkət və davranışlarını bilmir. Onun bütün işlərində ona yaxından kömək etmək üçün bir nəfər şəxs qəyyum təyin edilməlidir. O, oğlu Valehin bütün işlərini onun yemək-içməyini, əyin-başını və digər işlərini o həll edir. Bunu yaxın qonşuları və eləcə də Gədəbəy rayonu, İnəkboğan kənd İƏD üzrə nümayəndəliyinin işçiləri və digər vəzifəli şəxslər də bunları təstiq edə bilərlər. Oğlu V.İsmayılovun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Pisixiatrik ekspertiza mərkəzi stosianar məhkəmə pisixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 88 saylı rəyində oğlu Valeh “anlaqsız” hesab olunmuşdur. Onun kənar şəxsin qulluğuna ehtiyacı olması qeyd edilmişdir. Gədəbəy rayon Mərkəzi Xəstəxanası PHŞ Polikilinka Şöbəsində “F72.0-Ağır dərəcəli əqli gerilik, nitqində qüsur kəkləmə halı.İQ-36 pozuntusu xəstəliyi ilə” ruhi-əsəb xəstəliklərin qeydiyyatında durur. Onun qulluğa ehtiyacı var. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Gədəbəy rayon İcra Hakimiyyətinin nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, ekspert tərəfindən verilmiş rəy müsbətdirsə, onların ərizənin təmin edilməsinə etirazları yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Gədəbəy RİHB-nın İnəkboğan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli, 266 saylı arayışdan görünür ki, Gədəbəy rayonu, Köhnəqışlaq kənd sakini X2 adları qeyd edilən ailə tərkibi vardır; özü xx.xx.1962-ci il təvəllüdlü X7, xx.xx.1964-cü il təvəllüdlü X9 , oğlu xx.xx.1989-cu il təvəllüdlü X8. Adları gödtərilən ailə üzvləri Gədəbəy rayonu, Köhnəqışlaq kəndində birgə yaşayırlar. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1989-cu il tarixdə Gədəbəy rayonunda doğulmuş, atası qrafasında Ərizəçi, anası qrafasında X9 qeyd edilmişdir. İşdə olan Gəncə şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1270/21 saylı məktubun surətində görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, Gədəbəy rayon sakinin X1 şəhər Psixiatriya xəstəxanasında Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxslərin elektron registrinə salınmış və tibbi rəy verilmişdir. X5 “F72.0 Ağır dərəcəli əqli gerilik, nitqində qüsur kəkləmə halı.İQ- 36” diaqnozu qoyulmuşdur. İşdə olan TƏBİB “Gədəbəy rayonu Mərkəzi rayon Xəstəxanası” PHŞ Poliklinika Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X8 “F72.0 Ağır dərəcəli əqli gerilik, nitqində qüsur kəkləmə halı.İQ-36” diaqnozu ilə ruhi-əsəb xəstəlikləri qeydiyyatında durur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquq şəxsi X15 Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 34 nömrəli rəydən görünür ki, xx.xx.1989-cu il tarixdə doğulmuş X8 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkir. X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X8 ruhi-əsəb xəstəlikləri qeydiyyatında durur. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquq şəxsi X15 Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 34 nömrəli rəyə əsasən, xx.xx.1989-cu il tarixdə doğulmuş X8 “yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10cu baxış) F70.1” xəstəliyindən əziyyət çəkir, X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir. Odur ki, V.İsmayılov öz hərəkətlərinin mənasını tam anlayıb, hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Yuxarı şərh olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1989-cu il təvəllüdlü Gədəbəy rayonu, Köhnəqışlaq kəndində qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305-306, 317, 318, 321, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü Gədəbəy rayonu, Köhnəqışlaq kəndində qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-90/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-90/2024
15.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver