Məhkəmə qərarları › İş №2(042)-90/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-90/2025

26.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-90/2025 26.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında iş (açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi»nə dair ərizəsi üzrə xüsusi icraat qaydasında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Xüsusi icraat qaydasında işin mahiyyəti

1. Ərizəçi məhkəməyə ərizə verərək, xx.xx.2005-ci ildə Gədəbəy rayonunda anadan olmuş, hazırda Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olan və faktiki olaraq ünvan 1 ünvanında yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, X5 onun qızıdır. Qızı anadan gəlmə ruhi əsəb xəstəliyindən əziyyət çəkir, öz hərəkətlərinin mənasını anlamır, həmçinin hərəkətlərini idarə edə bilmir. X5 birinci dərəcəli əlildir. Ona “Ağır dərəcəli əqli gerilik. İQ22. Qulluq və müalicə təlb edən ciddi davranış pozuntusu” diaqnozu verilmişdir. O, özünün yemək-içmək işlərini bacarmır, paltarlarını soyunub-geyinə bilmir. Bir sözlə, özünə aid olan işləri görə bilmir. Ona bütün işlərində yaxından kömək etmək üçün bir nəfər şəxs qəyyum təyin edilməlidir. X2 bütün işlərini o həll edir. Bunu yaxın qonşular da təsdiq edə bilərlər. X5 TƏBİB Gədəbəy rayon X1 şöbəsində ruhi-əsəb xəstəlikləri qeydiyyatında durur. Ona görə də X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Maraqlı şəxs Gədəbəy rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

7. Belə ki, iş materiallarında olan: - şəxsiyyət vəsiqəsinin surətindən və Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, X6 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli məlumat vərəqindən görünür ki, X6 birinci dərəcəli əlildir, orqanizmin funksiyalarının 85 faizi pozulmuşdur. Ona “F72.1 Ağır dərəcəli əqli gerilik. İQ22. qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu qoyulmuş, əmək qabiliyyətsiz olması qeyd edilmişdir. - TƏBİB “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” PHŞ Poliklinka Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 “F72.1 Ağır dərəcəli əqli gerilik.” diaqnozu ilə ruhi-əsəb xəstəlikləri qeydiyyatından durur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi X7 şöbəsinin xx.xx.2025-ci il tarixli, 351 saylı rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X6 “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə” xəstəliyindən əziyyət çəkir. X6 öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.

8. Göründüyü kimi, X6 öz hərəkətlərinin mənasını tam anlayıb, hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

10. Azərbaycan Respublikasının MPM-in 305.1.3-cü maddəsinə müvafiq olaraq şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə Məhkəmə xüsusi icraat qaydasında baxır.

11. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.

12. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.

13. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

V. Nəticə:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 326, 360, 362ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, 02 noyabr 2005-ci ildə Gədəbəy rayonunda anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Hazırkı qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar