Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-903/2021 19.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi, hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, ərizəçi İddiaçı Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi İddiaçı Maraqlı şəxsnə qarşı mərhum anası X1 qalan miras əmlakın vərəsəlik müddətinin bərpa edilməsini, miras qalmış Gədəbəy rayonunun Samanlıq kəndində yerləşən 21.06.1989-cu il tarixli, 129 inventar və 30 nömrəli reyestr nömrəli”X4 aid X3 Pasportunda” qeyd edilmiş 3354.0 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 28 kv.m bir otaqlı fərdi yaşayış evini və digər yardımçı tikililərin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilib təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmiş və işin məhkəmə hazırlıq iclası 19 avqust 2021-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında işin aidiyyət qaydalarının pozulması ilə məhkəmənin icraatına qəbul edildiyi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, ərizəçi İddiaçı ünvan 1 ünvanında yaşadığından hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizəsini Gəncə şəhər, Kəpəz Rayon Məhkəməsinə verməli idi. Yəni, onun ərizəsinə baxılması Gədəbəy Rayon Məhkəməsinə aid deyildir. Ona görə də mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 37, 44-45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizəçi İddiaçı Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-903/2021
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-903/2021
19.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver