Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-909/2022 10.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, hüquq müəyyənedici sənəd olan Azərbaycan Respublikası Əmlak X2 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.3021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********04-10301 reyestr nömrəli çıxarışın "X9” yazılan hissədə ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən 0.0451 ha torpaq sahəsi və həmin torpaq sahəsinidə yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2021 ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında onun, X1, X4 və X6 adına, ev isə tam olaraq mərhum əri X1 adına qeydə alınmışdır. Bu barədə onlar hüquq müəyyənedici sənəd olan daşınmaz əmlakın dövlət reyestrindən **********04-10301 reyestr nömrəli çıxarış verilmişdir. Lakin həmin çıxarışda onun soyadı “Yusubova” əvəzinə səhvən "Yusibova", adı “Şöhrət” əvəzinə səhvən “Solmaz” ata adı “Avaz” əvəzinə səhvən “Əvəz” kimi qeyd olunmuşdur. Buna baxmayaraq onun şəxsiyyət vəsiqəsində soyadı Yusubova, adı Şöhrət, ata adı isə “Avaz” kimi yazılmışdır. onun həmin sənəddə göstərilən soyadı (Yusibova), adı (Solmaz) və ata adı (Əvəz) şəxsiyyətini təsdiq edən sənəddəki soyadı (Yusubova), adı (Şöhrət) və ata adı (Avaz) ilə düz gəlmir (üst-üstə düşmür). Bu isə ona həmin mülklə bağlı hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Bununla əlaqədar AR ƏMDK yanında DƏDRX-nin 1 1 say lı Ərazi İdarəsinə müraciət etsə də oradan ona imtina cavabı verilmişdir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan Azərbaycan Respublikası Əmlak X2 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********04-10301 reyestr nömrəli çıxarışın “X9” yazılan hissədə man Ərizəçi məxsus olması faktının müəyyən edilməsini istəyir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə anadan olmuşdur və ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan Gədəbəy rayonu İHB-nın Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 0701.2020-ci il tarixli, 11 saylı arayışdan görünür ki, Ərizəçi şəhər İƏD üzrə nümayəndəliyinin 10 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 87-ci səhifəsində qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-i hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********04-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X1, 0.0451 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında X3, X7 və X8 adına qeydə alınmışdır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Ərizəçi ərizəsinə cavab olaraq verilmiş 08 avqust 2022-ci il tarixli məktubdan görünür ki, onun və ailə üzvlərinə məxsus Gədəbəy şəhərindən yerləşən fərdi yaşatış evinə dair tərtib edilmiş ********** nömrəli çıxarışın verilməsinə əsas olmuş AN 274742 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin subyekti siyahısında səhv yazılmış ada, ata adına və soyadlarına düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Ona görə də aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-i hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********04-10301 reyestr nömrəsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X1, 0.0451 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında X3, X7 və X8 adına qeydə alınmışdır. Bu barədə onlara çıxarış verilmişdir. Həmin çıxarışda ərizəçinin soyadı “Yusibova”, adı “Solmaz” və ata adı “Əvəz” kimi qeyd edilmişdir. Ancaq Ərizəçi bütün sənədlərində soyadı “Yusubova” adı “Şöhrət”, ata adı “Avaz” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni çıxarışdakı “X9” adında “Yusibova”, “Solmaz” və “Əvəz” yazılışının texniki səhv olması müəyyən edilərək həmin çıxarışda düzəliş aparılmalı və müvafiq olaraq “Yusubova”, “Şöhrət” və “Avaz” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, Ərizəçi oğlu çıxarışda olan “X9” ilə eyni şəxsdir. Ərizəçi adının, soyadının və ata adının sözügedən çıxarışda müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-i hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********04- 10301 reyestr nömrəli çıxarışın “X9” yazılan hissədə Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-i hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********04-10301 reyestr nömrəli çıxarışın “X9” yazılan hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-909/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-909/2022
10.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver