Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-913/2022 05.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, hüquq müəyyənedici sənəd olan, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 01 saylı qərarı ilə verilmiş JN-107 KOD 50523028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında onun adının “X10” yazılan hissədə ona yəni “Ərizəçi “ qızına və ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o, xx.xx.1963cü ildə Gədəbəy rayonu, Hacıalılar kəndində anadan olmuşdur. Hal-hazırda Gədəbəy rayonu, Hacıalılar kəndində yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 01 saylı qərarı ilə, JN-107 KOD 50523028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında mərhum həyat yoldaşı X8 adına olmaqla ona və ailə üzvlərinə ümumilikdə 0.86 ha pay torpaq sahəsi verilmişdir. O, hal-hazırda həmin dövlət aktı əsasında ona verilmiş torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyir. Bununla əlaqədar sənədləri toplayıb DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim edən zaman məlum olmuşdur ki, Dövlət aktında onun adının “Ərizəçi” əvəzinə səhvən “X10” kimi qeydə alınmışdır. Həyat yoldaşı X14 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Onun həyat yoldaşı vəfat etdikdən sonra sözü gedən torpaq sahəsinə çıxarış almaq istəyir. Bu isə ona həmin torpaq sahələri ilə bağlı hüquqlarını həyata keçirməyə maneələr törədir. Bununla əlaqədar DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, bundan imtina olunaraq, “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında səhv yazılmış ata adına düzəliş edilməsi idarənin səlahiyyətləri xərcində olduğu bildirilmişdir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. X1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Gədəbəy rayonu Hacıalılar kəndində yaşayır. Ərizəçini tanıyır. Ərizəçi onun həm qonşusu, həm də yaxın qohumudur. Ərizəçinin adına el arasında Firuzə deyilir. Həmin sənəddə onun adı səhv qeyd edilmişdir. Maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan ərizəçiyə aid olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Onun adı qrafasında Banıxanım qeyd edilmişdir. İşdə olan Gədəbəy RİHB-nın Poladlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 avqust 2022-ci il tarixli, 132 saylı arayışdan görünür ki, Ərizəçi və ailə üzvlərinə verilmiş JN-107 saylı Dövlət aktında texniki səhv olaraq X2 qeyd qeyd olunmuş, lakin həqiqətdə adı Ərizəçi kimi oxunmalıdır. İşdə olan ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə “dəqiqləşdirilməmiş kəskin miokard infarktı səbəbindən” Gədəbəy rayonu, Hacıalılar kəndində ölmüşdür. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, Bağırova (Həsənova) Banıxanım Məcid qızı xx.xx.1963-cü il tarixdə Gədəbəy rayonu, Hacıalılar kəndində anadan olmuşdur. Atası qrafasında X4, anası qrafasında X15 qeyd edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 ilə X5 nikahlarını xx.xx.1960-cı il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada isə Həsənova soyadı verilmişdir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 yanvar 2000-ci il tarixli 01 saylı qərarı ilə verilmiş JN-107 saylı KOD 50523028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 və X6 və onların ailə üzvlərinə 0.86 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçini izahatı, şahid ifadəsi və işdəki sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.1963-cü tarixdə Gədəbəy rayonu, Hacıalılar kəndində doğulmuşdur. Ərizəçi və onun ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 01 saylı qərarı ilə verilmiş JN-107 KOD 50523028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında 0.86 ha torpaq sahəsi verilmişdir. Həmin JN-107 KOD 50523028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında onun adı “Firuzə” kimi qeyd edilmişdir. Ancaq Ərizəçi bütün sənədlərində adı “Banıxanım” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni Dövlət aktındakı “X10” adında “Firuzə” yazılışlarının texniki səhv olması müəyyən edilərək həmin Dövlət aktında düzəliş aparılmalı və müvafiq olaraq “Banıxanım” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, Ərizəçi Dövlət aktında olan “X10” ilə eyni şəxsdir. Ərizəçi adının sözügedən Dövlət aktında müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 01 saylı qərarı ilə verilmiş JN-107 saylı KOD 50523028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında “X10” yazılan hissədə Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 yanvar 2000-ci il tarixli, 01 saylı qərarı ilə verilmiş JN-107 saylı KOD 50523028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının “X10” yazılan hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-913/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-913/2022
05.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver