Məhkəmə qərarları › İş №2(042)-93/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-93/2023

02.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-93/2023 02.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci ildə Gədəbəy rayonu Hacıalılar kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olan və yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 onun oğludur. Oğlu xx.xx.1977-ci ildə anadan olmuşdur. O, uşaq olarkən yıxılmış və başından travma almışdır. Gəncə şəhər Psixatriya xəstəxanasında ona "Ağır dərəcəli əqli gerilik. Baş beyinin travmasında sonra əmələ kəskin ifadə olunmuş oliqrofreniya, psixopatabənzər davranış" diaqnozu verilmişdir. Özünün yemək-içmək işlərini bacarmır, paltarlarını soyunub-geyinə bilmir. Bir sözlə, özünə aid olan işləri görə bilmir. Ruhi xəstə olduğundan evdə olan əşyaları sındırır, gecələr çöldə yatır. Ona bütün işlərində yaxından kömək etmək üçün bir nəfər şəxs qəyyum təyin edilməlidir. X6 TƏBİB Gədəbəy rayon X2 şöbəsində ruhi-əsəb xəstəlikləri qeydiyyatında durur. X1 bütün işlərini o həll edir. Bunu yaxın qonşular və eləcə də Poladlı kənd İƏD-üzrə nümayəndəliyinin işçiləri də təsdiq edə bilərlər. Ona görə də X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Gədəbəy rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyum və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Gədəbəy rayonu, Hacıalılar kəndində qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1977-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. Atası qrafasında X8, anası qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan Gəncə Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 547/22 saylı arayışın surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixdədək Gəncə şəhər Psixiatriya Xəstəxanasında "Ağır dərəcəli əqli gerilik. Baş beyinin travmasında sonra əmələ kəskin ifadə olunmuş oliqrofreniya, psixopatabənzər davranış" diaqnozu ilə stasionar müalicədə olmuşdur. İşdə olan TƏBİB “Gədəbəy rayonu Mərkəzi rayon Xəstəxanası” PHŞ Poliklinika Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3-əsəb xəstəlikləri qeydiyyatında durur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquq şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 85 nömrəli rəydən görünür ki, xx.xx.1977-ci il tarixdə anadan olmuş X6 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), Davranış pozuntuları ilə XBT-10 Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkir. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyətli qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X3-əsəb xəstəliklər qeydiyyatda durur. O, uşaqlıqdan yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), Davranış pozuntuları ilə XBT-10 Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10cu baxış) F70.1 xroniki xəstəliyindən əziyyət çəkir. Öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Yuxarı şərh olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1977-ci il təvəllüdlü Gədəbəy rayonu, Hacıalılar kəndində qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305-306, 317, 318, 321, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü Gədəbəy rayonu, Hacıalılar kəndində qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar