Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-949/2021 28.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Azərbaycan Respublikası DİN BDYPİ-nin Tovuz Rayonu 10 saylı RQİ və TB Şöbəsinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Azərbaycan Respublikası DİN BDYPİ-nin Tovuz rayonu 10 saylı RQİ və TB Şöbəsinə qarşı Gədəbəy Rayon Məhkəmsəinin 01.06.2021-ci il tarixli, 8(042)-89/2021 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş “VAZ- 2106” markalı, **-HT-*** qeydiyyat nömrə nişanlı avtomaşının özgəninkiləşdirilməsinə dair Cavabdeh1 (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında bağlanmış 04.06.2021-cil il tarixli alğısatıq müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş AE-035463 saylı qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli, 2 (042)- 1586/2017 saylı icra sənədinə əsasən, 11 oktyabr 2017-ci il tarixdən başlayaraq, 11 iyun 2014-cü il doğum tarixli Turqut və 17 aprel 2017-ci il doğum tarixli Fatimə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 hər uşağa görə 110 manat olmaqla, iki uşaq üçün hər ay sabit pul məbləğində 220 ona verilməlidir. İcra sənədi könüllü icra edilmədiyindən, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun adına olan və borcun yönəldilə biləcəyi “VAZ-2106” markalı, **-HT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması ilə bağlı Gədəbəy Rayon Məhkəməsinə təqdimatla müraciət edilmiş, məhkəmənin 01.06.2021-ci il tarixli, 8(042)-89/2021 saylı qərardadı ilə təqdimat təmin olunmuş, Gədəbəy Rayon Məhkəməsinin 28.11.2017-ci il tarixli, 2 (042)-1586/2017 saylı icra sənədinin icrası ilə əlaqədar tələbin borc məbləği həddində borclu Cavabdeh1 mülkiyyətində olan “VAZ-2106” markalı **-HT-*** qeydiyyat nömrə nişanlı avtomaşına yönəldilməsi və həmin avtomaşının açıq hərracdan satılması qərara alınmışdır. Qərardad icra edilməsi üçün Azərbaycan Respublikası DİN BDYPİ-nin Tovuz rayonu 10 saylı RQİ və TB-nə gönədirmiş, lakin məlum olmuşdur ki, borclu məhkəmə qərardadı ilə üzərinə həbs qoyulmuş avtomaşını qanunsuz olaraq 04.06.2021-ci il tarixdə digər Cavabdeh2 satmış, bu barədə sonuncunun adına AE-035463 saylı qeydiyyat şəhadətnaməsi verilmişdir. Məhkəmə qərardadı ilə üzərinə həbs qoyulmuş əmlakı satmaq qanunsuz olduğundan “VAZ-2106” markalı, **-HT-*** qeydiyyat nömrə nişanlı avtomaşının özgəninkiləşdirilməsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 04.06.2021-ci il tarixli alğı satqı müqaviləsi etibarsızdır və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş AE-035463 saylı qeydiyyat şəhadətnaməsi ləğv edilməlidir. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, X1 və Azərbaycan Respublikası DİN BDYPİ-nin Tovuz Rayonu 10 saylı RQİ və TB Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştiraklarını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə işdə iştirak etməyən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 8(042)-89/2021 saylı qərardadının surətindən görünür ki, borcun borclu Cavabdeh1 mülkiyyətində olan “VAZ-2106” markalı, **-HT-*** qeydiyyat nömrə nişanlı avtomaşına yönəldilməsi və həmin avtomaşının açıq hərracdan satılması qərara alınmışdır. İşdə olan məktubdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan “VAZ-2106” markalı, **-HT-*** qeydiyyat nömrə nişanlı avtomaşın 04.06.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınaraq, avtomaşına AE-035463 saylı qeydiyyat şəhadətnaməsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri tədqiq edərək belə hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məcəllənin 182.1ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 8(042)-89/2021 saylı qərardadı ilə Gədəbəy Rayon Məhkəməsinin 28.11.2017-ci il tarixli, 2 (042)-1586/2017 saylı icra sənədinin icrası ilə əlaqədar tələbin borc məbləği həddində borclu Cavabdeh1 mülkiyyətində olan “VAZ-2106” markalı, **-HT-*** qeydiyyat nömrə nişanlı avtomaşına yönəldilməsi və həmin avtomaşının açıq hərracdan satılması qərara alınmışdır. Qərardad icra edilməsi üçün Azərbaycan Respublikası DİN BDYPİ-nin Tovuz rayonu 10 saylı RQİ və TB-nə gönədirmiş, lakin Cavabdeh1 məhkəmə qərardadı ilə üzərinə həbs qoyulmuş avtomaşını 04.06.2021-ci il tarixdə Cavabdeh2 satmış, bu barədə Cavabdeh2 adına AE-035463 saylı qeydiyyat şəhadətnaməsi verilmişdir. İddiaçı Cavabdeh1 məxsus avtomobilin üzərinə həbs qoyulduqdan sonra satılmasını əsas gətirərək, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və həmin müqavilə əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsini xahiş etmiş, lakin müəyyən edilmişdir ki, 04.06.2021-ci il tarixdə Cavabdeh2 satılmış və Cavabdeh1 məxsus avtomobilin üzərindən həbs qoyulması haqqında məktub Azərbaycan Respublikası DİN BDYPİ-nin Tovuz rayonu 10 saylı RQİ və TB Şöbəsinə 03.07.2021-ci il tarixdə göndərilmişdir. Yəni, alğı-satqı müaviləsi balanılarkən alıcı avomobilin üzərində həbs olmasını bilməmiş və müqavilədə vicdanlı alıcı kimi işirak emişdir. Bu müavilənin etibarsız hesab edilməsi onun hüquqlarının mütənasibsiz pozlmasına səbəb ola bilər. Bundan başqa, həmin müavilənin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Ona görə də iddia tələbləri təmin edilməməlidir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-949/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-949/2021
28.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver