Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-95/2021 09.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayon X3 xx xxxxxx 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş JN-030D saylı KOD 50529028 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Şəhadətnamənin “X6” oğluna yox, “Ərizəçi” oğluna məxsus olması hüquq faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Gədəbəy rayon X3 xx xxxxxx 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş JN-030D saylı KOD 50529028 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Şəhadətnaməni əsasında X1 və onun ailə üzvlərinə 0.39 ha pay torpaq sahəsi verilmişdir. Həmin mülkiyyət şəhadətnaməsində onun adı texniki səhv olaraq “Mürsəl” ata adı isə “Mansır” kimi qeyd edilmişdir. O, torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyir. O, sənədlərini rəsmiləşdirilməsi ilə bağlı DƏDRX-nin 11 saylı Ərazi idarəsinə təqdim edib torpaq sahəsinə dair sənəd almaq istədikdə bu mümkün olmamışdır. Ona Gədəbəy rayon X3 xx xxxxxx 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş JN-030D saylı KOD 50529028 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Şəhadətnamədə texniki səhvə yol verildiyi bildirilmişdir. Ona sənəddə olan texniki səhvin aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də şəhadətnamədə yol verilmiş texniki səhvin aradan qaldırılması üçün məhkəməyə müraciət etməli olmudur. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İN yanında ƏMDXDƏDRX-nin 11 saylı X8 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İşdə olan Gədəbəy rayon X3 xx xxxxxx 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş JN-030D saylı KOD 50529028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 və onun ailə üzvlərinə ümumilikdə 0.39 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamədə torpaq mülkiyyətçisi kimi X4 qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X10 tərəfində verilmiş xx xxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, X2 və onun ailə üzvlərinə məxsus olan Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-030D saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhv yazılmış adın və ata adının düzəldilməsi 11 saylı X7 səlahiyyətlərinə aid deyil. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, Ərizəçi və ailə üzvlərinə Gədəbəy rayon X3 xx xxxxxx 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş JN-030D saylı KOD 50529028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Şəhadətnamə əsasında 0.39 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin JN-030D saylı KOD 50529028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Şəhadətnamədə onun adı “Mürsəl”, ata adı isə “Mansır” kimi qeyd edilmişdir. Ancaq Ərizəçi bütün sənədlərində adı “Fuad”, ata adı isə “Mürsəl” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni şəhadətnamədəki ““X4” adında “Mürsəl” və “Mansır” yazılışının texniki səhv olması müəyyən edilərək həmin şəhadətnamədə düzəliş aparılmalı və müvafiq olaraq “Ərizəçi” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, Ərizəçi şəhadətnamədə olan “X4” ilə eyni şəxsdir. Ərizəçi adının və ata adının sözügedən şəhadətnamədə müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon X3 xx xxxxxx 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş JN-030D saylı KOD 50529028 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Şəhadətnamənin “X4” yazılan hissədə Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Gədəbəy rayon X3 xx xxxxxx 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş JN-030D saylı KOD 50529028 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Şəhadətnamənin “X4” yazılan hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-95/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-95/2021
09.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver