Məhkəmə qərarları › İş №2(042)-956/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-956/2022

15.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-956/2022 15.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan, Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, ona məxsus, ümumi sahəsi 220 kv.m olan 3 otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evinə Cavabdeh yaşamaq hüququna 6000 manat kompensasiya ödəməklə xitam verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, Cavabdeh ilə 2002-ci ildə ailə qurmuş və nikahlarını 2006-cı ildə bağlamışlar. Birgə nikahdan üç övladları doğulmuşdur. Ailə münasibətləri pozulmuş və faktiki ayrılmışlar. Cavabdehlə aralarında olan nikah Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Həmçinin Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh övladları X3 və X4 ilə birlikdə Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, ona məxsus, ümumi sahəsi 220 kv.m olan 3 otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evinə köçürülmüşdür. O, cavabdehin azyaşlı uşaqları ilə birlikdə evə köçürülməsinə etiraz etməmişdir. Həmin ev mərhum babası X1 adına sənədləşdirilmişdir. Lakin Cavabdeh ona məxsus evə köçdüyü gündən rahatlığı əlindən almışdır. Hazırda birgə yaşamaları mümkün deyil. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, O, Gədəbəy Rayon Məhkəməsinin qətnaməsinə əsasən azyaşlı uşaqları ilə birlikdə evə köçürülmüşdür. Onun hazırda yaşamağa başqa evi yoxdur. O, azyaşlı uşaqlarını çətinliklə saxlayır. Həmçinin aylıq kirayə haqqı 250-300 manatdır. O, cəmi, bir il ərzində iddiaçı tərəfindən verilən 6000 manat pulu kirayə haqqı ödəyərək, sonradan evsiz qala bilər. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən 145.7 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X2 məxsusdur və xx.xx.2022-ci il tarixdə mülkiyyət hüquqları qeydə alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 2(042)-368/2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh övladları xx.xx.2005-ci il tarixdə doğulmuş X3 və xx.xx.2018-ci il tarixdə doğulmuş X4 ilə birlikdə Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, İddiaçı Fəzil oğluna məxsus, ümumi sahəsi 220 kv.m olan 3 otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədlərini müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Xarici cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Beləliklə, məhkəmə araşdırması və işdə olan sənədlərlə müəyyən edilmişdir ki, tərəflər 2002-ci ildə ailə qurmuş və nikahlarını 2006-cı ildə bağlamışlar. Birgə nikahdan iki övladları doğulmuşdur. Tərəflərin ailə münasibətləri pozulmuş və aralarında olan nikah Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Həmçinin Gədəbəy Rayon Məhkəməsinin 2(042)-368/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı övladları X3 və X4 ilə birlikdə Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Hazırda həmin ev mülkiyyət hüququ ilə X2 məxsusdur, həmin evin mülkiyyətçisi deyil və onun cavabdehə kompensasiya ödənilməklə evdən istifadə hüquqlarına xitam verilməsi tələbi ilə müraciət etməyə subyektiv hüququ yoxdur. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsiniə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar