Məhkəmə qərarları › İş №2(042)-96/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-96/2022

11.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-96/2022 11.01.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Hüquq müəyyənedici sənəd olan 13.08.1962-ci il tarixli, “Müqavilənamənin” Tovuz şəhəri XDS İcraiyyə Komitəsinin 30.05.1989-cu il tarixli 5 nömrəli iclas protokolundan Çıxarışın və “Şəxsi Mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportun mərhum anasi X8 məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, atası X12, anası X11 olmuşdur. Anasının qızılq soyadı Sadıxova olmuşdur. Valideynləri 10.08.1954-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikah bağlandıqdan sonra anasına Mustafayeva soyadı verilmişdir. Valideynləri Tovuz rayonunda yaşamışlar. 13.08.1962-ci il tarixli “Müqavilənamə”yə əsasən X2 şəhəri, Bazar küçəsi ev 64 ünvanında yerləşən, ona məxsus olan 1939-cu ildə çiy kərpicdən tikilmiş 1 otaqlı 2 kv.m yaşayış sahəsini anası X8 350 manata satmışdır. Bundan sonra anasının istifadəsində olan fərdi yaşayış evi və torpaq sahəsinin anasının adına rəsmiləşdiriməsi və lazımi sənədləşmənin Tovuz rayonlarlarası Texniki İnventarlaşdırma sahəsinə tapşırılması barədə Tovuz şəhəri XDS İcraiyyə Komitəsinin 30.05.1989-cu il tarixli iclasında qərar qəbul edilmişdir. Anasının adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmişdir. X18 01.09.2017-ci ildə vəfat etmişdir. Anasının ölümündən sonra ondan miras qalmış, Tovuz rayonunda yerləşən həmin əmlakı adına sənədləşdirmək üçün aidiyyəti orqanlara müraciət etmiş, müraciətinə baxılan zaman məlum olmuşdur ki, hər üç sənəddə, yəni 13.08.1962-ci il tarixli “Müqavilənamə”də, Tovuz şəhəri XDS İcraiyyə Komitəsinin 30.05.1989-cu il tarixli 5 №-li iclas protoklundan Çıxarışda və “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportda mərhum anası X1 səhvən Məmmədəliyeva kimi yazılmışdır. Halbuki anasının soyadı Mustafayeva olmuşdur. O, bununla əlaqədar DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etsə də, ona imtina verilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 15 saylı Tovuz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının MPM-nin 185.6-cı mаddəsini rəhbər tutаrаq, işə maraqlı şəxsin nümаyəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün sаymışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Müqavilənamənin surətindən görünür ki, X2 şəhəri, Bazar küçəsi ev 64 ünvanında yerləşən, ona məxsus olan 1939-cu ildə çiy kərpicdən tikilmiş 1 otaqlı 2 kv.m yaşayış sahəsini anam X6 350 manata satmışdır. İşdə olan Texniki Pasportun surətindən görünür ki, Tovuz şəhəri, Bazar küçəsi ev 64 ünvanında yerləşən, 1939-cu ildə çiy kərpicdən tikilmiş 1 otaqlı 2 kv.m yaşayış sahəsi X3 adına sənədləşdirilmişdir. İşdə olan Tovuz şəhəri XDS İcraiyyə Komitəsinin 30.05.1989-cu il tarixli qərarından Çıxarışın surətindən görünür ki, X4 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Gədəbəy rayonunun Çayrəsullu kəndində yaşayır. İşdə olan X9 surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Gədəbəy rayonunun Çayrəsullu kəndində doğulmuşdur. İşdə olan X10 surətindən görünür ki, X11 01.09.2017-ci il tarixdə ölmüşdür. İşdə olan X5 surətindən görünür ki, X12 və X11 10.08.1954-cü il tarixdə nikah bağlamışlar. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və işdə olan sənədlərlə 13.08.1962ci il tarixli, “Müqavilənamənin” Tovuz şəhəri XDS İcraiyyə Komitəsinin 30.05.1989-cu il tarixli 5 nömrəli iclas protokolundan Çıxarışın və “Şəxsi Mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportun ərizəçinin mərhum anasi X8 məxsus olması faktı sübut edilmişdir və bu fakt ərizəçinin mülkiyyət və vərəsəlik hüquqlarının təmin edilməsi ilə əlaqədar hüquqi əhəmiyyətə malikdirlər. Ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada almaları mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: Ərizə təmin edilsin. 13.08.1962-ci il tarixli, “Müqavilənamənin” Tovuz şəhəri XDS İcraiyyə Komitəsinin 30.05.1989-cu il tarixli 5 nömrəli iclas protokolundan Çıxarışın və “Şəxsi Mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportun ərizəçinin mərhum anasi X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar