Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-96/2024 15.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Gədəbəy rayonu, Çobankənd İƏD üzrə Nümayəndəliyinin Qızılqaya (Yenikənd) kəndində 1957-ci ildə inşa edilmiş mərhum anası X3 adına olan fərdi yaşayış evi və Gədəbəy Rayon AİK-nın 04 fevarl 1998ci il tarixli 02 saylı qərarı və mülkiyyət Şəhadətnaməsi əsasında verilmiş 0.26 ha həyətyanı torpaq sahəsinə onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməklə miras mülkin vərəsələr arasında bərabər pay bölgüsü tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirmiş, mərhum anası X3 adına olan və mülkiyyətində olmuş Gədəbəy rayonu, Çobankənd İƏD üzrə Nümayəndəliyinin Qızılqaya (Yenikənd) kəndində yerləşən evinə köçürülməsi, həmin evdən və həyətyanı torpaq sahəsindən istifadə etməsinə Cavabdeh1 tərəfindən edilən hər cürə maneələrə qadağa qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, mərhum valideynləri X9 və X3 Gədəbəy rayonu, Yenikənd kəndində fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi olmuşdur. Valideynləri həmin evdə yaşamış, həyətyanı torpaq sahəsindən istifadə etmişlər. Atası 1986-cı ildə, anası 2001-ci ildə vəfat etmişlər. Onun altı bacı-qardaşı olmuşdur. Hazırda iki bacı bir qardaş qalmışlar. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli qərarı ilə həyətyanı torpaq sahəsi anası Xatın Abdullayevanın mülkiyyətinə verilmiş, bu barədə Şəhadətnamə təqdim edilmişdir. Torpaq sahəsində fərdi yaşayış evinin olması da arxiv arayışı ilə təsdiq edlir. O, valideynlərinin vərəsəsi kimi miras qalmış əmlakı qəbul etmişdir. Lakin mərhum qardaşı Əmrah Abdullayevin arvadı Cavabdeh1 evin qapısını qıfıllamışdır və onu evə buraxmır. O, bu hərəkətləri ilə onun vərəsəlik hüquqnu pozur. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Aryışın surətindən görünür ki, X6 25 avqust 1948-ci il tarixdə doğulmuşdur. Onun atası qrafasında X9, anası qrafasında X7 qeyd edilmişdir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayonu, AİK-nın 04 fevarl 1998-ci il tarixli 02 saylı qərarı ilə Gədəbəy rayonu, Yenikənd kəndində X3 mülkiyyətinə 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Arxiv Arayışından görünür ki, Gədəbəy rayonu, Çobankənd (Yenikənd) kənd X11 1966-1968-ci illərə dair 23 saylı Təsərrüfatbaşına X1 adına olan təsərrüfatda X9, X7, X10 və X6 qeydə alınmışlar. İşdə olan Çıxarışdan görünür ki, X8 və X6 02 oktyabr 1975-ci il tarixdə nikah bağlamış, nikah bağladıqdan sonra arvad İsmayılova soyadını almışdır. İşdə olan Arayışın surətindən görünür ki, X7 09 fevral 2001-ci ildə ölmüşdür. İşdə olan Arayışın surətindən görünür ki, X9 14 mart 1986-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsının tərəfdаr çıхdığı “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrın müdаfiəsi hаqqındа” Аvrоpа Kоnvеnsiyаsınа 1 sаylı Prоtоkоlun 1-ci mаddəsinə əsаsən hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən mаnеəsiz istifаdə hüququnа mаlikdir. Hеç kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və bеynəlхаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlmаqlа, mülkiyyətindən məhrum еdilə bilməz. “İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Beləliklə, məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı valideynlərinə məxsus evə yaşamış, evdən və həyətyanı torpaq sahəsindən istifadə etmişdir. Həyətyanı torpaq sahəsi iddiaçının mərhum anası Xatın Abdullayevanın mülkiyyətində olmuş, həmin torpaq sahəsində yerləşən yaşayış evinə Xatın Abdullayevanın mülkiyyət hüququ qeydə alınmasa da, mülkiyyət hüququnun qanuni gözləntisi prinsipinə əsasən həm yaşayış evi, həm də həyətyanı torpaq sahəsi miras əmlakına daxildir və iddiaçı X3 birinci növbə vərəsəsi kimi həmin torpaq sahəsi və yaşayış evindən istifadə edə bilər. Ona görə də iddia tələbləri təmin edilməli, İddiaçı X2 miras qalmış Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən evə köçürülməli, onun həmin evdən və həyətyanı torpaq sahəsindən istifadə etməsinə Cavabdeh1 tərəfindən edilən hər cürə maneələrə qadağa qoyulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, İşə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu cavabddeh Cavabdeh1 aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbləri təmin edilsin. İddiaçı X2 miras qalmış Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən evə köçürülsün, onun həmin evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadə etməsinə Cavabdeh1 tərəfindən maneələr törədilməsinə qadağa qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-96/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-96/2024
15.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver