Məhkəmə qərarları › İş №2(042)-962/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-962/2025

26.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-962/2025 26.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında iş (açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. Xüsusi icraat qaydasında işin mahiyyəti

1. Ərizəçi X4 ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2005-ci ildə Gədəbəy rayonunda doğulmuş, hazırda Gədəbəy rayonunda qeydiyyatda olan və yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizəçi ərisəzini onunla əsaslandırmışdır ki, X12 onun qardaşıdır.O, ruhi əsəb xəstəliyindən əziyyət çəkir, öz hərəkətlərinin mənasını anlamır, həmçinin hərəkətlərini idarə edə bilmir.Ona F48.8 X2. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları başqasının qulluq və köməyinə ehtiyac var diaqnozu verilmişdir. Ona bütün işlərində yaxından kömək etmək üçün bir nəfər şəxs qəyyum təyin edilməlidir. X3 bütün işlərini o, həll edir. Ona görə də ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

3. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərlə eyniməzmunlu izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir.

4. Maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə ərizəçinin izahatını, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməməlidir.

7. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, atası qrafasında X11, anası qrafasında X6 qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2005-ci il tarixdə Gədəbəy rayonunda olmuş, atası qrafasında X11, anası qrafasında X6 qeyd edilmişdir. İşdə olan Gədəbəy Rayon Mərkəzi X8 X9 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X12 ruhi-əsəb xəstəlikləri qeydiyyatında durur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin X10 şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 687 saylı rəyindən görünür ki, X1 polimorf psixotik pozuntudan sonrakı astenik vəziyyət müəyyən edilir. X12 öz pisixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. Buna görə də X12 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməlidir.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

9. Azərbaycan Respublikasının MPM-in 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır.

10. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.

11. Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.

12. Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

13. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.2005-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, hazırda Gədəbəy rayonunda, qeydiyyatda olan və yaşayan X7 anadangəlmə psixi xəstəlik var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin X10 Şöbəsi tərəfindən verilmiş rəyə əsasən X1 polimorf psixotik pozuntudan sonrakı astenik vəziyyət müəyyən edilir. X12 öz pisixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. Ona görə də ərizə təmin edilməli X12 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməməlidir.

V. Nəticə:

14. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 326, 360, 362-ci maddələrini rəhbər tutaraq,

qət etdi:

İddia tələbi təmin edilməsin. xx.xx.2005-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, hazırda Gədəbəy rayonunda, qeydiyyatda olan və yaşayan X12 fəaliyyət qabiliyyəti olan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar