Məhkəmə qərarları › İş №2(042)-978/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-978/2021

07.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-978/2021 07.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs yanında fəaliyyət göstərən Qəyyum və Himayəçilik Orqanının etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonu, Moruxlu kəndində 25.04.1995-ci il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyətsiz hesab edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, 25.04.1995-ci il tarixdə anadan olmuş X9 onun doğma qızıdır. Qızı Aytən anadan olduqdan sonra normal insan olaraq yaşamış, lakin qızı 10 yaşından sonra onun səhətində bəzi problemlər yaşamağa başlamışdır. Hal-hazırda qızı Aytən özünü idarə etmək iqtidarında deyildir. Özünü idarə etmələrini itirmişdir. Bir sözlə özünə aid olan işləri görə bilmir. Özünün hərəkət və davranışlarını bilmir. Onun bütün işlərində ona yaxından kömək etmək üçün bir nəfər şəxs qəyyum təyin edilməlidir. O, qızı Aytənin bütün işlərini onun yemək içməyini əyin başını və digər işlərini, o, həll edir. Bunu yaxın qonşuları və eləcədə Gədəbəy rayon Moruxlu kənd İƏD üzrə nümayəndəliyinin işçiləri və digər vəzifəli şəxslərdə bunları təsdiq edə bilərlər. X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Pisxatiriya Xəstəxanasında” qeydiyyatdadır və daimi müşahidə altında yaşamasına ehtiyac vardır. Kənar şəxsin qulluğuna ehtiyacı var. Gədəbəy rayon poliklinikasının ruhi-əsəb xəstəliyi (eplepisya) ilə uçota götürülmüşdür və qeydiyyata durur. Odur ki, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs yanında fəaliyyət göstərən Qəyyum və Himayəçilik Orqanının etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Gədəbəy rayonu Mərkəzi rayon xəstəxanasının poliklinika Şöbəsi tərəfindən verilmiş 06.08.2021-ci il tarixli, 849 saylı arayışdan görünür ki, 25.04.1995-ci il təvəllüdlü X1 rayonu, Moruxlu kənd sakini 08.05.2002-ci ildən hal-hazırki tarixə qədər Gədəbəy rayon Mərkəzi Xəstəxanasının pediatriya və poliklinika şöbəsində epilepsiya xəstəlikləri qeydiyyatında durur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 25.04.1995-ci il tarixdə Gədəbəy rayonu, Moruxlu kəndində doğulmuşdur. Atası qrafasında X7, anası qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Pisxonevroloji Dispanseri tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli, 661 nömrəli rəydən görünür ki, X9 epilepsiya, qıcolma tutmaları, ağıl zəifliyi və davranış pozuntuları XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F02.8 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X9 fəaliyyəti qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X4 uşaqlıqdan epilepsiya xəstəliyi keçirməsi, uzun müddət Şəmkir rayon uşaq xəstəxanasında və Bakı şəhər X2 müalicə qəbul etməsi, daima ev şəraitində qıcolma əleyhinə dərmanlarla müalicə qəbul etməsinə baxmayaraq psixi vəziyyətində davamlı yaxşılaşma müşahidə olunmaması, keçirdiyi xəstəliklə əlaqədar olaraq ona İİİ qrup əlillik təyin edilməsi, ev dərsi keçməsinə baxmayaraq oxumaq və yazmaq vərdişlərini əldə edə bilməməsi, daim valideyinlərinin himayəsi və nəzarətində yaşaması, hazırki ekspertiza zamanı onda təfəkkür, yaddaş, emosiya, davranış və intellekt pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı özünü narahat və gərgin aparması, əhvalının davamsız, qeyri-adekvat olması, yaddaşının pozulması, təfəkküründə konkretlik, primitivlik aşkar edilməsi, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralaraq fizioloji tələblərlə motivləşməsi, mülahizə və mühakimələrinin səthiliyi, abstrakt və məntiqi təfəkkürünün zəif olması, neçə yaşı olduğunu, hansı ünvanda yaşadığını və hal-hazırda haraya gətirildiyini söyləyə bilməməsi, onda davranış pozğunluqları müşahidə edilməsi, düşdüyü vəziyyətə tənqidinin zəifləməsi, intellektinin inkişafdan geri qalması və şəxsiyyətinin qüsurlu olması və s.) və davranışının mümkün nəticələrini tam anlaya bilməməsi əsas verir. Azərbaycan Respublikası MM-in 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyətli qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X9 epilepsiya xəstəliklər qeydiyyatında durur. X9 epilepsiya, qıcolma tutmaları, ağıl zəifliyi və davranış pozuntuları XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F02.8 xəstəliyi keçirdiyindən, öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Yuxarı şərh olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Ərizəçi 25.04.1995-ci ildə Gədəbəy rayonu, Moruxlu kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305-306, 317, 318, 321, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. 25 aprel 1995-ci ildə Gədəbəy rayonu, Moruxlu kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar