Məhkəmə qərarları › İş №2(042)-984/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-984/2021

24.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-984/2021 24.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının nümayəndəsi İsgəndərov Zülfüqar Firudin oğlunun və X4 iştirakları ilə, İddiaçı cаvаbdеh Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gədəbəy Rayon İcra Hakimiyyətinə, ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə və X5 qаrşı torpaq icarəsi müqaviləsinin və X8 planının ləğv edilməsi tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ЕТDİ: İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gədəbəy Rayon İcra Hakimiyyətinə, ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə və X5 qarşı İddiaçı 25.04.2006-cı il tarixli, 01 saylı qərarı əsasında həmin bələdiyyə ilə (bələdiyyə adından X7 ilə) Cavabdeh arasında bağlanmış 25.04.2006-cı il tarixli, 01 nömrəli torpaq icarəsi müqaviləsinin və həmin müqavilə əsasında keçmiş DT və XK tərəfindən Cavabdeh verilmiş **********2000001 nömrəli X8 planının ləğv edilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələblərini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, İddiaçı 25.04.2006-cı il tarixli, 01 saylı qərarı əsasında bələdiyyənin sədri X7 təmsilçiliyi ilə bələdiyyə ilə Cavabdeh arasında bağlanılmış 25.04.2006-cı il tarixli, 01 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən Novoivanovka bələdiyyəsinin mülkiyyətində olan 28 ha torpaq sahəsi Cavabdeh 98 illik icarəyə verilmişdir. Həmin müqavilə əsasında Cavabdeh AR DT vəXK tərəfindən X8 Planı verilmişdir. Novoivanovka bələdiyyəsinin ərazisindən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar sahəsindən 18 ha torpaq sahəsinin fərdi yaşayış evlərinin tikilməsi üçün 70 ailəyə, o cümlədən, “Vətən Müharibəsi” iştirakçıları, qazi və şəhid ailələrinə ayılması nəzərdə tutulmuş və həmin torpaq sahəsinin yerquruluşu planının hazırlanması barədə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabelyində olan "xxxx" MMC-ə müraciət olunmuşdur. Müraciətə cavab olaraq 02.08.2021ci il tarixli məktubla bildirilmişdir ki, həmin məqsəd üçün nəzərdə tutulmuş 18 ha torpaq sahəsi ümumilikdə icarə məqsədilə cavabdehə verilmiş 28 ha torpaq sahəsinin daxilində yerləşdiyindən, torpaq sahəsinə yerquruluşu planının hazırlanması mümkün olmamışdır. Cavabdeh həmin torpaq sahəsinin icarə haqqını da heç vaxt ödəməmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 25.04.2006-cı il tarixli, 01 nömrəli torpaq icarəsi müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğundeyildir. Bundan başqa, cavabdeh uzun müddətdir ki, torpaq icarə haqqını ödəməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələblərinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, İddiaçı 25.04.2006-cı il tarixli 01 saylı qərarı əsasında həmin bələdiyyə ilə onun arasında torpaq icarəsi müqaviləsi bağlanılmış, Novoivanovka bələdiyyəsinin mülkiyyətində olan 28 ha torpaq sahəsi ona 98 illik icarəyə verilmişdir. Həmin müqavilə əsasında onun adına AR DT və XK tərəfindən X8 Planı işlənilmişdir. O, torpaq icarə haqqını da ödəmişdir. Yalnız son illərin icarə haqqını hesab təqdim edilmədiyi üçün ödəməmişdir. O, şəhid ailələri və qazilər üçün tikiləcək evlərin yeri üçün 7 ha torpaq sahəsini ayırmağa razıdır. Lakin İddiaçı onunla bağladığı icarə müqaviləsi və həmin müqavilə əsasında adına işlənilmiş X8 planı və ölçüsü sənədi tamamilə qanunauyğundur. Ona görə də iddia tələblərinin təmin edilməməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının nümayəndəsi İsgəndərov Zülfüqar Firudin oğlu və X7 qətnamə qəbul edilərkən iddia tələblərinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan İddiaçı 24 aprel 2006-cı il tarixli, 03 saylı protokolunun surətindən görünür ki, bələdiyyə ərazisindən 28 ha əkin sahəsinın Cavabdeh verilməsi qərara alınmışdır. İşdə olan 25 aprel 2006-cı il tarixli, 01 saylı Torpaq icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı ərazisindən 28 ha əkin sahəsi ildə 28000 manat icarə haqqı ödənilməsi şərtilə 98 il müddətə Cavabdeh icarəyə verilmişdir. İşdə olan X8 Planı sənədinin surətindən görünür ki, Gədəbəy Rayon Novoivanovka kənd ərazisində 28 ha torpaq sahəsi göstərilən çizgilərdə Cavabdeh adına işlənilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh həmin torpaq sahəsinin icarə haqqını 2019-cu və 2020-ci illər üçün ödəmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiy hаllаrı sübut еtməlidir. Məcəllənin 217.4-cü mаdəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə tərəflərin izаhаtlarını və işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа tələbləri təmin еdilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Məcəllənin 706.2-ci maddəsinə əsasən, torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Məcəllənin 706.3-cü maddəsinə əsasən, torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Məcəllənin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 7.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılmış bələdiyyə torpaqlarından şəhərlərin, qəsəbələrin və kəndlərin baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yer-təsərrüfat quruluşu planlarına müvafiq surətdə istifadə edilir. Həmin Qanunun 27-ci maddəsinə əsasən, Bələdiyyə torpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı məhkəmədən kənar mübahisələr bələdiyyələr tərəfindən həll edilir. Bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir Beləliklə, məhkəmə araşdırmaları zamanı tərəflərin izahatları və təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı 25.04.2006-cı il tarixli 01 saylı qərarı əsasında həmin bələdiyyənin sədri X7 ilə Cavabdeh arasında 25.04.2006-cı il tarixli 01 nömrəli torpaq icarəsi müqaviləsi bağlanılmış, Novoivanovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 28 ha torpaq sahəsi Cavabdeh 98 illik icarəyə verilmiş və onun adına AR DT və XK tərəfindən **********2000001 nömrəli X8 Planı tərtib edilmişdir. X1 ərazisindən yaşayış məntəqələrinin perspektiv inkişafı məqsədilə 18 ha torpaq sahəsinin 70 ailəyə, o cümlədən, “Vətən Müharibəsi” iştirakçıları, şəhid ailəri və qazilrə fərdi yaşayış evinin tikintisi üçün ayrılması nəzərdə tutulmuş və həmin torpaq sahəsinin yerquruluşu planının hazırlanması barədə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabelyində olan "xxxx" MMC-ə müraciət olunmuşdur. Müraciətə cavab olaraq verilmiş 02.08.2021-ci il tarixli məktubla bildirilmişdir ki, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş 18 ha torpaq sahəsi Cavabdeh icarəyə verilmiş 28 ha torpaq sahəsinin daxilində yerləşir və bu səbəbdən yerquruluşu planının hazırlanması mümkün olmamışdır. Məhkəmə bu halı tərəflər arasında müqavilə bağlanıldıqdan sonra “Vətən Müharibəsinin” baş verməsi, şəhid ailələri, qazi və müharibə iştirakçılarının yaşayış evləri ilə təmin edilməsi zərurətinin yaranması ilə əlaqədar şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı kimi qiymətləndirir. Məhkəmə nəzərə alır ki, tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Yəni, tərəflər arasında bağlanılmış torpaq icarə müqaviləsi və bu müqavilə əsasında tərtib edilmiş “X8 Planı ləğv edilməlidir. Ona görə də iddia tələbləri təmin edilməli, İddiaçı 25.04.2006-cı il tarixli 01 saylı qərarı əsasında həmin bələdiyyə ilə Cavabdeh arasında bağlanmış 25.04.2006-cı il tarixli 01 nömrəli torpaq icarəsi müqaviləsi və həmin müqavilə əsasında DT və XK tərəfindən Cavabdeh verilmiş **********2000001 nömrəli “X8 Planı ləğv edilməlidir. Məhkəmə bu qənaətə gələrkən o halı da nəzərə alır ki, cavabdeh tərəfindən torpağın icarəsində olduğu 15 il müddətində yalnız 2019-2020-ci illər üçün torpaq icarə haqqının ödənilməsini təsdiq edən sənədlər təqdim edilmişdir. Məhkəmə bunu cavabdeh tərəfindən icarə haqqının ödənilməməsi və onun tərəfindən müqavilə şərtlərinin pozulması halı və müqavilənin ləğv edilməsi əsaslarından biri kimi qiymətləndirir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Q Ə T Е T D İ: İddiа tələbləri təmin edilsin. İddiaçı 25.04.2006-cı il tarixli, 01 saylı qərarı əsasında bələdiyyə ilə Cavabdeh arasında bağlanmış 25.04.2006-cı il tarixli, 01 nömrəli torpaq icarəsi müqaviləsi və həmin müqavilə əsasında DT və XK tərəfindən Cavabdeh adına tərtib edilmiş **********2000001 nömrəli X8 Planı ləğv edilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1 аy müddətində Gədəbəy Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyеv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar