Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-99/2025 13.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hаkim Mirzəquliyеv Fizuli Bаlаğа оğlunun sədrliyi, məhkəmə iclаs kаtibi X6 kаtibliyi, Ərizəçi iştirаkı ilə Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 nömrəli qərarı ilə verilmiş JN-130 Kod 50514018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktınnın” X14 yazılan hissədə mərhum X5na, X8 yazılan hissədə isə mərhum anası X4 məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 nömrəli qərarı ilə JN-130 KOD 50514018 “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında X5, anası X9 və onun ümumi birgə mülkiyytimə ümumilikdə 1.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.X5 xx.xx.2019-cu il tarixdə, anası X9 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişlər.O, hazırda həmin dövlət aktı əsasında onlara verilmiş torpaq sahəsini miras əmlak kimi adına sənədləşdirib daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyir. Bununla əlaqədar sənədlərini toplayıb DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim edən zaman məlum olmuşdur ki, həmin dövlət aktında atası səhvən “Yusibov” kimi, anası isə səhvən “Yusibova Ofeliya” kimi yazılmışdır. Bu isə ona həmin torpaq sahəsi ilə bağlı hüquqlarının həyata ‘keçirilməsinə maneələr törədir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan həmin “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının “X14” yazılan hissədə mərhum X5na, “X7” yazılan hissədə isə mərhum anası X4 məxsus olması faktnın müəyyən edilməsini istəyir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə gəlməmişdir Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsaəsn işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Gədəbəy rayonu, Zəhmət kəndində X14, X7 və X10 ümumi birgə mülkiyytinə 1.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Yusubov X12 rayonu Zəhmətkənd kəndində qeydiyyatdadır. İşdə olan X2 surətindən görünür ki, X15 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İşdə olan X2 surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İşdə olan X3 surətindən görünür ki, Ərizəçi xx.xx.1972 ci ildə doğulmuşdur,onun ata qrafasında X15, ana qrafasında X9 qeyd eilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kii istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Bеləliklə, məhkəmə araşdırması ilə Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 03 saylı qərarı ilə verilmiş JN-130 saylı Kod 50514018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1, X9 və Ərizəçi məxsus olması faktı sübut edilmişdir və bu fakt ərizəçinin vərəsəlik və mülkiyyət hüquqlarının təmin edilməsi ilə əlaqədar hüquqi əhəmiyyətə malikdir. Ərizəçinin həmin faktları təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsаsən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-220, 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, q ə t e t d i : Ərizə təmin edilsin. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 03 saylı qərarı ilə verilmiş JN-130 saylı, Kod 50514018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1, X9 və Ərizəçi məxsus olması faktı müəyyən еdilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rayon Məhkəməsi vаsitəsi ilə Gəncə Аpеllyаsiyа Məhkəməsinə apеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyеv
Məhkəmə qərarları › İş №2(042)-99/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-99/2025
13.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver