Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-106/2021 06.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X16 iclas katibliyi, İddiaçı hüquqi varisi X5 və vəkili X6, Cavabdeh3 hüquqi varisləri (X12 nümayəndəsi) X43 oğlunun, X18, X13 və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və 5 saylı Notariat Kontoruna qarşı «qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və qeydiyyat vəsiqəsinin etibarsız sayılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və 5 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi bina 142 mənzil 22-yə dair Gəncə şəhəri 4 saylı notariat kontorunun 24.10.2005-ci il tarixli, 2V- 1-224 saylı qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamənin və 02.11.2005-ci il tarixli, 22288 nömrəli qeydiyyat vəsiqəsinin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, valideynləri 1953-cü ildə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahlarından üç övladları olmuşdur. X9 1984-cü ildə vəfat etmişdir. Atası X1 şəhəri Üzeyir Hacıbəyov küçəsi, bina 142, mənzil 22-ni 2003-cü ildə özəlləşdirmişdir. Firəddin Nəbiyev 16 aprel 2005-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra onun övladı kimi o və digər iki bacısı olmaqla üç vərəsə qalmışlar. Anası atasından qabaq vəfat etmişdir. Atasının ölümündən əvvəl həmin evdə onunla birlikdə cavabdeh qismində göstərdiyi, fiziki qüsurlu olan, ailə qurmayan bacısı Xalidə və öz oğlu Ramin yaşamışlar. Oğlu Ramin bir yaşından yetkinlik yaşına çatanadək bibisinin himayəsində həmin evdə yaşamış, oradan hərbi xidmətə getmiş, hərbi xidmətdən qayıtdıqdan sonra yenidən həmin evə qayıtmışdır. Cavadeh qismində göstərdiyi Südabə adlı bacısı isə 1989cu ildə ailə qurmuş, ər evinə köçmüş, hazırda Gəncə şəhəri 3-cü mikrorayon bina 22 mənzil 26-da yaşayır. 2005-ci ildə atasının vəfatı ilə əlaqədar həmin evə dair miras açılmışdır. Vərəsələrdən heç biri qanunla müəyyən olunmuş müddətdə notariat orqanına rəsmi ərizə verməmişlər. Atasının vəfatından altı ay sonra bacısı Südabə mənzilin balansda olduğu X41 İdarəsindən saxta arayış alaraq, notariusa təqdim etmiş, evə dair vərəsəlik şəhadətnaməsi almış, evi özünün və digər bacısı Xalidənin adına keçirmişdir. Bacılarının onun xəbəri olmadan mənzili öz adlarına keçirməsindən onun məlumatı olmamış, fikirləşmişdir ki, evlə bağlı hər hansı bir sənədləşmə olarsa, yəqin ki, ona da məluamt verilər və notariusa çağırılardı. Son vaxtlar evdə olan bacısı Xalidədən təsadüfən məlumat almışdır ki, Südabə mənzili sənədləşdirərək sənədi özündə saxlamışdır. Cavabdeh3 Dəmiryol Evlər İdarəsindən arayış alarkən və notariusa vərəsələrin dairəsi barədə arayış təqdim edərkən, atasının iki vərəsəsi olduğunu göstərmiş, onun vərəsə olduğunu gizlədərək vərəsəlik hüququnu pozmuşdur. Vərəsəlik şəhadətnaməsində qeyd edilmişdir ki, hər iki cavabdeh Gəncə şəhəri 3-cü mikrorayon bina 22 mənzil 26-da qeydiyyatdadırlar və yaşayırlar. Şəhadətnamə atasının vəfatından 6 ay sonra, yəni qanunla müəyyən olunmuş müddətdə verilmişdir. Belə olan halda şəhadətnamə hər üç vərəsənin adına verilməli idi. İki nəfərin adına vərəsəlik şəhadətnaməsi verildiyi üçün həmin şəhadətnamə etibarsızdır. Eyni zamanda cavabdehlərin adına verilmiş qeydiyyat vəsiqəsi də etibarsız sayılmalıdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə iddiaçı mərhum İddiaçı prosessual hüquq varisi X14 ilə əvəz edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə cavabdeh mərhum Cavabdeh3 prosessual hüquq varisləri olaraq əri X29, övladları X30, X26 və X27 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı hüquqi varisi X14 iddia tələbinin dəlillərinə uyğun izahat verib əlavə olaraq bildirdi ki, cavabdeh Südabə və Cavabdeh1lar onun arvadı Həmidənin bacılarıdır. Arvadı Həmidə ilə 1977-ci ildə evlənmişdir. Həmidənin X3 isə 2005ci ildə vəfat etmiş və həmin vaxt miras açılmışdır. Həmidə Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi bina 142 mənzil 22-də yaşamamış, həmin mənzildə yaxşılaşdırma işləri aparmamışdır. Lakin oğlu Ramin babası tərəfindən qeyri rəsmi olaraq övladlığa götürülmüş və həmin evdə yaşamışdır. Hesab edir ki, oğlu Ramin Hüseynov mirası qoyan şəxs öldüyü vaxt həmin evdə yaşamaqla mirası faktiki qəbul etmişdir, buna görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X15 iddia tələbinin dəlillərinə uyğun çıxış edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli mənzildə əvvəllər atası, bacısı Südabə və o yaşamışdır. Atası vəfat etdikdən sonra isə bacısı Südabə və o yaşamışlar. İddiaçı oğlu Ramin atasının sağlığında həmin mənzildə yaşasa da, atası vəfat etdikdən sonra Ramin həmin mənzildə yaşamamış, həmin mənzildən çıxıb getmişdir. Atasının vəfatından sonra Həmidə həmin mənzilə gəlibgetməmiş, mənzilin yaxşılaşdırılması üçün heç bir hərəkət etməmiş və mirası qəbul etməmişdir. Həmidə ilə kənar şəxs kimi soyuq münasibətləri olmuşdur. Ona görə də iddianı əsassız sayır, təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 hüquqi varisi (X12 nümayəndəsi) X29 iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı mübahisəli mənzil alınmamışdan əvvəl ailə qurmuş və əri ilə başqa evdə yaşamış, ümumiyyətlə miras qoyan Firəddin Nəbiyevin mülkiyyətində olan Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi bina 142 mənzil 22-də yaşamamışdır. X19 2005-ci ildə vəfat etmiş, İddiaçı oğlu Ramin cəmi bir il müddətdə həmin mənzildə yaşamış, Cavabdeh1 ilə aralarında mübahisə olduğundan, hələ Firəddin Nəbiyevin sağlığında ailə qurmaq istədiyini bildirmiş və həmin mənzildən çıxıb getmişdir. İddiaçı ümumiyyətlə mirası qəbul etməmişdir. Ona görə də iddianı əsassız sayır, təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 hüquqi varisləri X30 və X2 Sahib Şikar oğlunun izahatına uyğun izahatlar verərək iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh1 vəkili Vəkil çıxışında iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Gəncə şəhəri 5 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. ünvan 1 ünvanlayaraq işə onların nümayəndəsinin iştiarkı olamdan baxılamsını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə işə Gəncə şəhəri 5 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin və onların vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE № 04684309 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 02.04.1954-cü il tarixdə Goranboy rayonu Borsunlu kəndində doğulmuşdur, yaşayış yeri Goranboy rayonu Qırıxlı kəndidir. İş materiallarına əlavə edilmiş İ-ЖГ 337135 nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə İddiaçı arasında 27 fevral 1978-ci il tarixdə nikahları bağlanmışdır. Kişiyə Hüseynov, arvada isə Nəbiyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 144955 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 18.12.2020-ci il tarixdə beyindaxili qansızma səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabda 21.12.2020-ci tarixdə 899 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Seriya AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 03.03.1954-cü ildə Goranboy rayonu Qırıxlı kəndində anadan olmuş, həmin ünvanda yaşayır. İş materiallarına əlavə edilmiş Seriya AZE ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X29 01.04.1951-ci ildə Goranboy rayonunda anadan olmuş, Gəncə şəhəri 3-cü mikrorayon ev 22A mənzil 26-da yaşayır. İş materiallarına əlavə edilmiş AZ-İ № 129868 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 16 aprel 2005-ci il tarixdə ölmüş, ölüm haqqında akt qeydləri kitabında 2005-ci ilin aprel ayının 20-də 355 nömrəsi ilə qeydə alinmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinin 10.02.2020ci il tarixli **********15 saylı məktubundan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi ev 142 mənzil 22 saylı mənzil (35.5 kvm iki yaşayış otağı, 21.6 kvmyardımçı sahə) Azərbaycan Dəmiryol İdarəsi Mülki Tikinti Xidmətləri 3 nömrəli mülki tikinti distansiyasının 9 evlər idarəsinin 29.05.2003-cü il tarixli 02, 2774 və 2775 saylı arayışları, Gəncə şəhər X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin 01.07.2003-cü il tarixli qərarından çıxarışına əsasən X10 adın aözəlləşmişdir və ona 03.07.2003-cü il tarixi 22288 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 4 saylı notariat kontorunun 24.10.2005ci il tarixli 2V-1-224 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mənzil Cavabdeh3 və Cavabdeh1 adlarına keçmişdir. Vərəsələrin adlarına 02.11.2005ci il tarixli 22288 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 2V-1-224 saylı notariat işinin içində olan: 24 oktyabr 2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Gəncə şəhəri 4 saylı notariat kontorunun notariusu Sahib Nağıyev tərəfindən 16.04.2005-ci ildə vəfat etmiş X10 qızları Cavabdeh3 və Cavabdeh1 Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi bina 142 mənzil 22-də yerləşən evə dair vərəsəlik şəhadətnaməsi verilmişdir. İ-ИЕ 180983 saylı və İ-ИЕ 714319 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən məlum olur ki, xx xxxx 1959-cu il tarixdə Qasım İsmayılov rayonunda doğulmuş Cavabdeh3 və 22 noyabr 1956-ci il tarixdə Qasım İsmayılov rayonunda doğulmuş Cavabdeh1 X3dur. Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 19.08.2005-ci il tarixli 2272 saylı arayışından və 22288 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz rayonu Üzeyir Hacıbəyov küçəsi bina 142 mənzil 22-yə X10 mülkiyyət hüququ əsasında texniki inventarlaşdırma və mülkiyyət hüquqları qeydiyyata alınmış və adına 03.07.2003-cü ildə qeydiyyat vəsiqəsi verilmişdir. Dəmir Yol İdarəsinin 9 saylı evlər idarəsinin 19.10.2005-ci il tarixli 4393 nömrəli arayışından görünür ki, Üzeyir Hacıbəyov küçəsi bina 142 mənzil 22 ünvanında yerləşən mənzil mərhum X10 adınadır. X19 16 aprel 2005-ci il tarixdə vəfat etmişdir. Mərhumun ölümündən sonra ailə üzvləri Cavabdeh1 və Cavabdeh3 qalmışdır. Mərhunmun azyaşlı uşağı qalmamışdır. İş materiallarına əlavə edilmiş Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusunun 10 fevral 2021-ci il tarixli 414 nömrəli məktubundan görünür ki, xx.xx.1959-cu ildə doğulmuş 06.07.2020-ci il tarixdə vəfat etmiş Cavabdeh3 adına Gəncə regional “Asan xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Miras əmlaka dair vərəsələrdən ünvan 3 ünvanında qeydiyyatda olanlar əri- X34, qızı- X26, oğlu- X30, qızı- X27 vərəsəliyi qəbul etmiş, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətanmə almamışlar. İş materiallarına əlavə edilmiş Gəncə Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 10.02.2021-ci il tarixli 05/Q-549/13 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Cavabdeh3 ailə üzvləri əri X29, uşaqları X26, X27 və X23r. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi ev 142 mənzil 22 xüsusi mülkiyyət hüquq əsasında payları müəyyən edilməklə Cavabdeh1, X29, X26, X30 və X21 məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab olunurlar (maddə 1159.1.1). Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir (maddə 1179.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Məhkəmə mübahisə ilə əlaqədar olaraq öz mövqeyini aşağıdakı əsaslarla izah edir: Tərəflər ataları X7 miras qalmış və hazırda cavabdehlər Cavabdeh1, X29, X26, X30 və X12 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi ev 142 mənzil 22 ilə bağlı mübahisə edirlər. Mirasın qəbul edilməsi mirasqoyanın ölümündən sonra ən geci 6 ay müddətində notariat kontoruna ərizə verməklə və ya miras əmlaka sahiblik və faktik idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mümkündür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mirası faktiki qəbul etməklə yanaşı notariat kontoruna mirası qəbul etmələri barədə ərizə vermişlər, onlara 24 oktyabr 2005-ci il tarixdə Gəncə şəhəri 4 saylı notariat kontorunun notariusu tərəfindən Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi bina 142 mənzil 22-də yerləşən evə dair qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamə verilmişdir. İddiaçı mirası qəbul etməsi barədə notariat kontoruna ərizə verməmişdir. Eyni zamanda iddiaçı miras əmlaka sahiblik etməsi və faktik idarə etməsi barədə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə iddaçının oğlu Ramin Hüseynovun hələ iddiaçının atasının sağlığında və ölümündən sonra həmin mənzildə yaşaması və mirası qəbul etməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının oğlu X8 mirasqoyanın sağlığında mübahisəli mənzildə yaşaması və ölümündən qısa müddət sonra isə mənzildən çıxıb getməsi tərəflərin izahataları ilə təsdiqini tapır. Həmçinin iddiaçı tərəf Ramin Hüseynovun miras əmlaka sahiblik etməsi və faktik idarə etməsi barədə də məhkəməyə heç bir sübut təqdim etməmiş, bundan əlavə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir, yəni iş üzrə cavabdehlər birinci növbə vərəsə hesab olunduğundan və onlar tərəfindən miras qəbul edildiyindən, sonrakı növbə vərəsə hesab olunan miras qoyanın nəvəsi Ramin Hüseynovun vərəsəliyi istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mirası qəbul etmədiyindən, onun qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakın onunla cavabdehlər arasında bərabər paylarla bölünməsi tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığına istinad etməklə cavabdehlərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququ haqqında qeydin onun daşınmaz əmlaka hüquqlarını pozduğunu iddia etsə də şəhadətnamənin etibarsız olduğunu və beləliklə daşınmaz əmlaka hər hansı hüquqlarının olduğunu sübuta yetirə bilmədiyindən cavabdehlərə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-106/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-106/2021
06.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver