Məhkəmə qərarları › İş №2(043)-1070/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1070/2021

18.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1070/2021 18.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Ərizəçi sənədin şəxsə məxsusluğun müəyyən edilməsinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi : Ərizəçi ərizə ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, DƏDRX-nin Samux rayon şöbəsi tərəfindən 3 saylı X4 təqdim edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X2 adına işlənsə də, elektron xəritədə və siyahıda X1 adına qeyd edildiyi üçün həmin sənədin ona aid olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci ildə Samux rayonu, Nəbiağalı qəsəbəsində anadan olmuşdur. xx.xx.2011-ci ildə ailə qurmuşdur. Nikaha daxil olanda soyadı “Qayıbova”nı “İbrahimova”ya dəyişmişdir. Ona Samux rayonu, Nəbiağalı qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə dair JN-144A saylı şəhadətnamə X2 adına işlənsə də, elektron xəritədə və siyahıda onun adına - “X3f’nın adına verilmişdir. Atasının adı Romik olmasına baxmayaraq, el arasında onu “Ramin” kimi tanıyırdılar. Həmin sənədin ona aid olması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsində göstərilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Bundan başqa, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 1.6-cı bəndində məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Ərizəçi ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, o, torpağın mülkiyyətə verilməsinə dair sənəddə ata adının düzgün qeyd edilməməsinə isnad edərək, həmin sənədin ona məxsus olmasını istəmişdir. Lakin, ərizəçi qeyd edilən sənəddə ata adının düzəldilməsi ilə bağlı səlahiyyətli orqana müraciət etməsini, onun müraciətindən imtina edilməsini və beləliklə lazımi sənədi başqa qaydada əldə edə bilməməsini təsdiq edən sübutlarını ərizəsinə əlavə etməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 308 və 310-cu maddələrini rəhbər tutaraq, eləcə də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarındakı tövsiyyələrini nəzərə alaraq hesab edir ki, Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. (MPM 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi sənədin ona məxsusluğunun müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar