Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-129/2022 06.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanov Eltun Elman oğlunun katibliyi, Üçüncü şəxs: 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Avdı̇ zadə İlqar Eldar oğlunun cavabdeh Avdı̇ zadə Nazı̇ lə Eldar qızına (üçüncü şəxslər: 3 saylı Gəncə Ərazi İdarəsi və 5 saylı Notariat Kontoru) qarşı "müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Avdı̇ zadə İlqar Eldar oğlu cavabdeh Avdı̇ zadə Nazı̇ lə Eldar qızına qarşı "müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Avdı̇ zadə İlqar Eldar oğlunun cavabdeh Avdı̇ zadə Nazı̇ lə Eldar qızına qarşı qarşı "müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-129/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-129/2022
06.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver