Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1290/2021 05.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs ƏMDKY-da DƏDRX-nin 3 saylı ərazi idarəsinə, üçüncü şəxs "xxxx" ASC-yə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs ƏMDKY-da DƏDRX-nin 3 saylı ərazi idarəsinə qarşı məhkəməyə müraciət edərək, mərhum atası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzil üzərində onun qanun üzrə varis olaraq vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil mərhum atası X2 miras qalmışdır. X1 da vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən ev atası X6 məxsus olmuşdur və hazırda həmin evdə pasport qeydiyyatında olmaqla yaşayır. Hazırda miras qalmış fərdi yaşayış evini anasının və atasının övladı olaraq varis kimi qəbul etmişdir. Anasının ölümündən uzun müddət keçdiyindən bu əmlakı faktiki olaraq qəbul etsə də notariat orqanına ərizə ilə 6 ay müddətində müraciət etməmiş, bu səbəbdən məhkəyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin heç bir qeyd edilən evdə yaşamırlar və ailə qurduqdan sonra sonra hər birinə ayrılıqda ev alınaraq köçmüşlər. Ata və anasının ölümündən sonra həmin evdə yaşamamışlar. Məhkəmə iclasında iddiaçının nümayənvəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə ilə müraciət etmiş, iddia ərizəsini dəqiqləşdirərək İddiaçı mərhum atası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzil üzərində mirası qəbul etmə faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddiaçının mərhum atası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzil üzərində mirası qəbul etmə faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs qismində işə gəlb olunmuş "xxxx" ASC-nin nümayəndəsi Fərid Əliyev iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, İddiaçı onun qonşusudur, həmçinin də onun ailə üzvlərini çoxdan tanıyır. İddiaçı doğulandan ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır, hazırda da mənzilə sahiblik edir. İddiaçı qardaşları Rövşən və Cavabdeh2ların Şəmkir rayonunda özlərinin evləri vardır. Onların ataları Nizami Xəlilov rəhmətə getdikdən sonra həmin mənzildə yalnız İddiaçı öz ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, İddiaçı 15 il olarkı tanıyır. Belə ki, o, 2006-cı ildən İddiaçı yaşadığı binanın 4-cü mərtəbəsinə köçmüşdür. Bildirmək istəyir ki, İddiaçı atası ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı vermişdir. O, öz mənzilinə köçəndə mənzildə İddiaçı anası yaşayıb, 2009-cu il tarixdən isə İddiaçı yaşayır. Həmin mənzildə İddiaçı əri və uşağı ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon qeydiyyat şöbəsinin 08.08.2019-cu il tarixli 1665 nömrəli arayışından görünür ki, X9 10 iyul 2015-ci il tarixdə şəkərli diabet səbəbindən ölmüş, bu barədə ölüm haqqında qeydlər kitabında 20.07.2015-ci il tarixində qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon qeydiyyat şöbəsinin 08.08.2019-cu il tarixli 1665 nömrəli arayışından görünür ki, X5 30 mart 2017-ci il tarixdə koma, qandövranının çatışmazlığı səbəbindən ölmüş, bu barədə ölüm haqqında qeydlər kitabında 05.04.2017-ci il tarixində qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 24 iyun 2021-ci il tarixli **********89 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən 5 saylı mənzil üzərində X4 mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq 21.11.2007-ci il tarixli **********38-05101-093011 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin mənzil "xxxx" SKBnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Seriya MH ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayon, Aydınbəyov küçəsi, 1-ci döngədə istifadədə olan 0,1119 ha torpaq sahəsində yerləşən 59 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbədə yerləşən 48.1 kv.m ümumi, 31 kv.m 6yaşayhış sahəsindən ibarət 2 otaqlı 5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmış və 22925 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Seriya MH ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayon, Aydınbəyov küçəsi, 1-ci döngə bina 59, mənzil 5 27.11.2007-27.11.2008-ci il tarixlərdə 12 ay müddətinə "xxxx" SKB-nın xeyrinə ipoteka ilə yüklü edilmiş, daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Seriya MH ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayon, Aydınbəyov küçəsi, 1-ci döngə bina 59, mənzil 5 13.06.2008-13.12.2009-cu il tarixlərdə 18 ay müddətinə "xxxx" SKB-nın xeyrinə ipoteka ilə yüklü edilmiş, daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyəti başçısının Dəllər Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 iyun 2021-ci il tarixli 08/35 nömrəli məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Şəmkir rayonu Dəllər Cəyir kəndində qeydiyyatda olmasına baxmayaraq, ailələrinin dediklərinə görə hər iki şəxs hal-hazırda Rusiya Federasiyasındadır. Məhkəmənin məktubunda göstərildiyi kimi hər iki şəxsin həyat yoldaşları ilə söhbət aparıldı, amma məhkəmənin bildirişini imzalamaqdan imtina etdilər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq olunmalı hüquq normaları baxımından hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 iddiaçının atası X6 məxsus olmuş, onun ölümündən sonra həmin fərdi yaşayış evi X4 vərəsəsi olan qızı İddiaçı miras əmlakı qəbul edərək əmlaka faktik sahiblik və idarəçilik edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9). Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, məhkəmə iclasında dindirilmiş şahidlər iddiaçı ilə qonşu olmaqla İddiaçı miras qoyan Nizami Xəlilovun sağlığında və ölümündən sonra ünvan 1 ünvanında yerləşən mənzildə yaşamasını, atasının həmin mənzili iddiaçıya verməsini bildirmişlər. Bu baxımdan məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq X4 öldüyü andan, yəni mirasın açıldığı vaxtdan etibarən miras əmalak olan ünvan 1 miras qoyanın birinci növbə vərəsəsi olan qızı İddiaçı tərəfindən qəbul edilmiş və o, əmlaka faktik sahiblik və idarəçiliyi həyata keçirməyə başlamışdır. Qeyd olunanlar işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Buna görə də iddia təmin edilməli və Gəncə şəhəri Aydınbəyov küçəsi 1-ci döngə 59-cu binanın 5 saylı mənzildən ibarət olan miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı mərhum atası X2 miras qalmış Gəncə şəhəri Aydınbəyov küçəsi 1-ci döngə 59cu binanın 5 saylı mənzili üzərində mirası qəbul etmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1290/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1290/2021
05.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver