Məhkəmə qərarları › İş №2(043)-1356/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1356/2021

10.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1356/2021 10.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X9 iclas katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı və Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan 30 oktyabr 2020-ci il təvəllüdlü Fatimənin atası olmasının müəyyən edib, uşağının saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatana kimi saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə tələbə olarkən Mingəçevir şəhərində kirayədə qalan zaman 2016-cı ilin yay aylarında tanış olmuş, cavabdehin onunla evlənmək fikri olmuşdur. Cavabdeh dəfələrlə onun yanına gəlmiş, aralarında heç bir problem olmadan çıxıb getmişdir. Cavabdehlə bir müddət kirayədə qalmış və ər-arvad kimi birlikdə yaşamışlar. Cavabdehlə birgə yaşadıqları müddətdə 30 oktyabr 2020-ci il tarixdə qızı X7 adlı uşaqları doğulmuşdur. Cavabdeh ona heç bir maddi köməklik etməmiş, əksinə cavabdehin borclarını ödəmək üçün anasına məxsus qızıl-zinət əşyalarını Turala vermiş, ona dəstək olmuşdur. Cavabdeh ona heç bir zaman maddi dəstək olmamış, nə hamiləliyi dövründə, nə də ki, uşaq doğulduqdan sonra ehtiyaclarının ödənilməsinə köməklik göstərməmişdir. Əksinə, cavabdeh ondan ayrılmış və uşağa aliment verməmək üçün öz soyadını verməkdən imtina etmişdir. O, uşağa təkbaşına baxmaqda çətinlik çəkir, belə ki, tələbədir, heç bir yerdə işləmir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə rəsmi nikahları və toyları olmamış, anası razılıq vermədiyindən cavabdehlə ər-arvad münasibətində kirayədə yaşamışlar. Onların münasibətindən Turalın ailəsinin xəbəri olmuş və hətta anası gilin evində də olmuşdur. O, Cavabdeh başqa heç kimlə ər-arvad münasibətində olmamış, heç vaxt rəsmi nikahda olmamışdır, 30 oktyabr 2020-ci il tarixdə doğulmuş X2 atası Cavabdehdur. Uşaq doğulduqdan sonra cavabdehin onunla əlaqəsi kəsilmiş, hətta uşağı görməyə də gəlməmişdir. Hamilə olarkən Turalın dayısı evinə getmiş, Turalın nənəsi hamiləlik dövründə müalicəsi üçün ona pul da vermişdir. Cavabdehin laqeyd hərəkətləri nəticəsində uşağa baxmaqda çətinlik çəkir, ata kimi uşağa baxmaq cavabdehin də vəzifəsidir. Uşaq balaca olduğundan heç bir yerdə işləyə bilmir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı və onun nümayəndəsi (vəkili) X5 iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş AZ-İV seriyalı, 523799 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 30 oktyabr 2020-ci il tarixdə anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin ata qrafasında X13, ana qrafasında İddiaçı qeyd olunmuşdur. Gəncə “Asan xidmət” X8 tərəfindən verilmiş 13.11.2020-ci il tarixli arayışından görünür ki, 13.11.2020-ci il tarixdə Gəncə “Asan xidmət” X3 doğum haqqında akt qeydləri kitabında X2 doğumu 4439 nömrə ilə qeyd edilmişdir. Doğum tarixi 30.10.2020-ci il, valideynləri:-anası İddiaçı, atası X10r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, iddiaçı onun qızıdır. Qızı 2016-cı ildə cavabdehlə tanış olmuş, 2018-ci ildə cavabdehə qoşulub qaçmış, ər-arvad münasibətində olmuşlar. Qızı 2-3 aylıq hamilə olarkən cavabdehlə ayrılmış, cavabdeh və ailəsi onunla maraqlanmamışdır. Cavabdehin nənəsi müalicə üçün cəmi bir dəfə 150 manat məbləğində pul vermişdir. Qızı ilə cavabdeh 2020-ci ildə ayrılmışlar. O özü qızı hamilə olarkən Cavabdeh ilə danışmış, Tural ona uşağın doğulmasına etiraz etməmiş və onun bütün xərclərini çəkəcəyini, bir ata kimi uşağın qayğısına qalacağını bildirmişdir. İddiaçı Cavabdeh başqa heç kimlə ər-arvad münasibətində olmamış, İddiaçı Cavabdeh ilə ər-arvad münasibətlərində olmaqla heç vaxt rəsmi nikahda olmamışdır, 30 oktyabr 2020-ci il tarixdə doğulmuş X2 atası Cavabdehdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, iddiaçı onun əmisi qızıdır. İddiaçı ilə cavabdeh 2016-cı ildə tanış olmuş, 2018-ci ildə qeyri-rəsmi ailə qurmuş, 2020-ci ildə ayrılmışlar. Bir dəfə əmisi qızı Aytac onun iş yerinə gəlmiş, işdən çıxan zaman Tural onu taksi ilə gəlib aparmışdır. İddiaçı Cavabdeh başqa heç kimlə ərarvad münasibətində olmamış, İddiaçı Cavabdeh ilə ər-arvad münasibətlərində olmaqla heç vaxt rəsmi nikahda olmamışdır, 30 oktyabr 2020-ci il tarixdə doğulmuş X2 atası Cavabdehdur. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşlar. Tərəflərin ər-arvad münasibətlərindən 30.10.2020-ci il təvəllüdlü bir qız uşaqları doğulmuş və həmin uşağa doğum haqda şəhadətnamə verilərkən cavabdeh ata Cavabdeh qeydiyyat orqanına getməmiş, uşağa anasının soyadı verilmişdir. İddiaçı Cavabdeh ilə ər-arvad münasibətlərində olmaqla heç vaxt rəsmi nikahda olmamışdır. Göründüyü kimi, doğum qeyd edilərkən atalıq müəyyən edilməmiş, uşaq nikahı olmayan anadan olduğundan və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığından, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinin göstərişinə uyğun olaraq doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılmış, uşağın atasının adı isə uşağın anasının göstərişi üzrə yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Göründüyü kimi, atalığın məhkəmə yolu ilə tanınması üçün məhkəmənin əsas götürdüyü çoxsaylı hallar ola bilər. Belə ki, uşağın doğulmasına qədər ananın və atalığı iddia olunan şəxsin birgə yaşaması; uşağın birgə saxlanması və tərbiyə olunması; kişinin uşağın atası olması barədə etirafını isbat edən sübutların olması və s. Atalığın müəyyən edilməsi barədə ərizəyə baxılarkən məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İddiaçının doğduğu uşağın cavabdehdən törədiyini təsdiq edən sübutlar isə hazırki işdə mövcuddur. Belə ki, iş materiallarına tərəflərin yazışmaları, birlikdə olduqlarını göstərən fotoşəkillər və aralarında olan səs yazıları əlavə edilmişdir. Bundan başqa, məhkəmə iclasında dindirilmiş şahidlər də tərəflərin birgə ər-arvad münasibətindən Fatimə adlı qız uşağının doğulmasını təsdiq etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə ailə münasibətlərindən 30 oktyabr 2020-ci il tarixdə “Fatimə” adlı bir qız uşaqlarının doğulmasının məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunması nəzərə alınaraq, iddia həmin hissədə təmin edilməli və uşağın atasının “Cavabdeh” olması müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilməli və yeni doğum haqqında şəhadətnamənin ata qrafasında 30.10.2020-ci il təvəllüdlü X2 atası kimi Cavabdeh qeyd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən, istər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən uşaqlar barəsində görülən bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. Həmin konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə uşağın saxlanması üçün aliment məbləğinin həcmini araşdıraraq hesab edir ki, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu və uşağa baxmağın hər iki valideynin borcu olmasını, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, tərəflərin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini, cavabdehin iddia tələbinə etiraz etməməsini və zəruri vəsaitə malik olmaması barədə sübutları məhkəməyə təqdim etməməsini nəzərə almaqla, cavabdehdən sabit pul məbləğində tutulacaq aliment məbləğinin hər ay 30.10.2020-ci il təvəllüdlü X7 üçün 150 (bir yüz əlli) manat həcmində müəyyənləşdirilməsini məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının cavabdehlə birgə ailə münasibətlərindən doğulmuş 30.10.2020-ci il təvəllüdlü X4 baxdığı üçün 3 yaşınadək işləmək imkanları məhduddur. Məhkəmə, Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən 3 yaşınadək uşağı olan ananın işləmə imkanlarının məhdudluğunu, cavabdehin yüksək qazanc əldə etməsinə dair sübutun məhkəməyə təqdim edilməməsini, iddiaçının azyaşlı uşağını təkbaşına saxlamasını və heç bir yerdə işləməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30.10.2020-ci il təvəllüdlü X2 3 yaşına çatanadək İddiaçı üçün hər ay sabit pul məbləğində 50 manat aliment tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və uşaq anasının yanında olduğundan, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu 17.03.2021-ci il tarixdən etibarən tutulmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli aliment qismində tutulan illik məbləğ 500 manatdan çox olduğundan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Belə ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya, alimentə dair olan hissədə dövlət rüsumu isə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı- 30.10.2020-ci il tarixdə Gəncə şəhərində doğulmuş X2 atası-21.01.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Gəncə şəhəri, T.Arani küçəsi, ev 3, mənzil 22-də qeydiyyatda olan Cavabdeh olması müəyyən edilsin. 30.10.2020-ci il təvəllüdlü X7 anası İddiaçı yanında olması nəzərə alınaraq, onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 17.03.2021-ci il tarixdən hesablanmaqla hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment və 30.10.2020-ci il təvəllüdlü X2 3 yaşına çatanadək anası İddiaçı üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı qızının xeyrinə verilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilsin və yeni doğum haqqında şəhadətnamənin ata qrafasında 30.10.2020-ci il təvəllüdlü X2 atası kimi Cavabdeh qeyd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu İddiaçı qızına aid edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar