Məhkəmə qərarları › İş №2(043)-1430/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1430/2021

18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1430/2021 18.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədirliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 02.04.2020-ci il təvəllüdlü X4 atası olması faktının müəyyən edilməsi, 02.04.2020-ci il təvəllüdlü X5 yeni doğum haqqında şəhadətnamə verilərkən soyadı «Məmmədova» kimi, ata qrafasında isə atası “Cavabdeh” kimi qeyd olunması və cavabdehdən uşaqların saxlanılması üçün sabit məbləğdə hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat alimentin alınaraq onun xeyrinə ödənilməsi barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı məhkəməyə ərizə verərək uşaqların hər ikisinin atalığı müəyyən olunduğundan iddia tələbinin yalnız alimentin tutulması hissəsində təmin olunaraq cavabdehdən 24.07.2018-ci il təvəllüdlü X1 və 02.04.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyirinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə iddia həcminin azaldılması kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 18.08.2017-ci ildə el adəti ilə ailə qurmuşlar, nikahlarını qeydə aldırmamışlar. Birgə yaşadıqları dövrdə 24.07.2018-ci ildə Məhərrəm və 02.04.2020-ci ildə Fatimə adlı uşaqları anadan olmuşdur. Onlar evləndikləri ilk vaxtlar ailə münasibətləri normal olsa da sonradan, münasibətləri kəskinləşmişdir. Aralarında olan ailə münasibətləri pozulmuşdur. Cavabdeh hazırki vaxta kimi uşaqların saxlanması üçün ona nə maddi, nədə ki mənəvi köməklik etmir. Uşaqlar böyüdükcə onların maddi tələbatları da artmışdır. Uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyi üçün məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İ 413884 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh 24.07.2018-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. AZ-İ 413880 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh 02.04.2020-ci ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. AZ-İV 201629 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 24.07.2018-ci ildə anadan olmuş X1 atası Cavabdehdur. AZ-İV 576212 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 02.04.2020-ci ildə anadan olmuş X2 atası Cavabdehdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin 24.07.2018-ci ildə Məhərrəm və 02.04.2020-ci ildə Fatimə adlı uşaqları anadan olmuşdurlar. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar və hazırda faktiki olaraq ayrı yaşayırlar. Azyaşlı uşaqları iddiaçının yanında qalmışdır. İddiaçı iddia etmişdir ki, cavabdeh uşaqların qayğısına qalmamış, onun saxlanmasında maddi cəhətdən köməklik etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi cavabdeh azyaşlı uşaqlarının saxlanması üçün çəkilən xərclərdə işitrak etmədiyi üçün iddiaçı uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyi üçün məhnkəməyə müraciət etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı 24.07.2018-ci ildə anadan olmuş X1 və 02.04.2020-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 29.03.2021-ci ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 80 (səksən) manat olmaqla cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. 24.07.2018-ci ildə anadan olmuş X1 və 02.04.2020-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 29.03.2021-ci ildən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İş üzrə ödənilməmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar