Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1546/2022 29.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi İmanov Zaman Şakir oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Qədir qızına və Gəncə şəhəri 01 saylı Notariat Ofisinə, üçüncü şəxs ƏMDX-nin DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin, onun əsasında verilmiş çıxarış ləğv olunması və miras əmlakdan vərəsələrə düşən payın müəyyən olunması” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Qədir qızına və Gəncə şəhəri 01 saylı Notariat Ofisinə, üçüncü şəxs ƏMDX-nin DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin, onun əsasında verilmiş çıxarış ləğv olunması və miras əmlakdan vərəsələrə düşən payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 01 saylı Notariat Kontoru tərəfindən verilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair Cavabdeh adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 29 noyabr 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi həmçinin həmin miras mülkə xx xxxx 2006-cı il tarixdə İddiaçı2 adlı və xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş İddiaçı1 adlı övladlarının paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizə məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi məsələsini yoxlayarkən müəyyən edilmişdir ki, iddia tələbi qeyri-müəyyən şəkildə qaldırılmışdır. Belə ki, iddiaçı iddia ərizəsində Gəncə şəhəri 01 saylı Notariat Kontoru tərəfindən verilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair Cavabdeh adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 29 noyabr 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi həmçinin həmin miras mülkə xx xxxx 2006-cı il tarixdə İddiaçı2 adlı və xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş İddiaçı1 adlı övladlarının paylarının müəyyən edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı ərizəsində Gəncə şəhəri 01 saylı Notariat Kontoru tərəfindən verilmiş hansı tarixli, hansı nömrəli bağışlama müqaviləsini mübahisələndirdiyini dəqiq göstərməmiş, həmçinin mübahisələndirilən əqdin (bağışlama müqaviləsini) lazımi qaydada təsdiqlənmiş surətini iddia ərizəsinə əlavə etməmişdir. Bundan başqa iddiaçı iddia ərizəsinin giriş hissəsində bağışlama müqaviləsinin ləğvi barədə iddia qaldırdığını göstərdiyi halda iddia ərizəsinin nəticə hissəsində isə onun etibarsızlığını xahiş etmişdir. Bu baxımdan məhkəmə iddiaçının diqqətinə çatdırır ki, əqdin etibarsızlığının mübahisələndirilməsi ilə onun ləğvinin mübahisələndirilməsi mülki hüquqi baxımdan başqa başqa anlayışlar olmaqla yanaşı fərqli hüquqi nəticələr doğurur. Həmçinin, məhkəməyə təqdim edilmiş ərizənin qoşma hissəsində göstərilən sənədlərin əsli və ya notarial qaydada təsdiqlənmiş surəti əlavə edilmədən məhkəməyə müraciət olunmuşdur. Belə ki, ərizəyə yalnız sənədlərin kserosurəti əlavə edilmişdir ki, bu cür sənəd mülki-prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz. Bundan sonra məhkəməyə təqdim edilmiş iddia ərizəsinin qoşma hissəsində sübutların siyası göstərilmədən məhkəməyə müraciət olunmuşdur. Bundan sonra iddia ərizəsində Cavabdeh Qədir qızının yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) barədə sübut əlavə edilməmiş və həmin şəxsin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) iddia ərizəsində göstərilməmiş və həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi üçün iddia ərizəsinə hər hansı bir sənəd əlavə edilməmişdir. Buna görə də iddiaya cavab verməli olan şəxsin kimliyini müəyyən etmək mümkün deyildir. Bununla da müəyyən olunur ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.4.-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Sənədin iddianın təmin edilməsində maraqlı olan iddiaçının özü tərəfindən təsdiq edilməsi MPM-in 89.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada təsdiq edilmə hesab edilə bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3.-ci maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən, ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, qərar verdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Qədir qızına və Gəncə şəhəri 01 saylı Notariat Ofisinə, üçüncü şəxs ƏMDX-nin DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin, onun əsasında verilmiş çıxarış ləğv olunması və miras əmlakdan vərəsələrə düşən payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunur ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-1546/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1546/2022
29.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver