Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1563/2022 06.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, X2 və Cavabdeh5 qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, X2 və Cavabdeh5 qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərər görə Cavabdeh1 250 manat, mənəvi zərərə görə isə X1, Cavabdeh3, Cavabdeh4 və Roza Elçin qızlarından 750 manat məbləğində pulun alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsində bir-biri ilə əlaqəli olmayan bir neçə tələb birləşdirildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçı Cavabdeh1 məxsus olan mənzildən suyun axıdılması nəticəsində onun mənzilinə vurulmuş maddi zərərin əvəzi kimi 250 manat pulun cavabdehdən tutulub ona ödənilməsini, Cavabdeh1 məxsus mənzildə yaşayan onun qohumları olan digər cavabdehlərin isə hər gecə səs-küy yaradaraq onun dincliyini və rahatlığını pozduğuna, eləcə də onu söyüşlərlə təhqir etdiyinə görə həmin cavabdehlərdən mənəvi zərərin əvəzi kimi 750 manat pulun tutulub ona ödənilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçının tələbi mənzilinə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi hissəsində yalnız Cavabdeh1, mənzildə hər gecə səs-küy yaradaraq onun dincliyini və rahatlığını pozduğuna, eləcə də onu söyüşlərlə təhqir etdiyinə görə mənəvi zərərin ödənilməsi hissəsində isə digər cavabdehlərə qarşı yönəlmişdir. Məhkəmə hesab edir ki, iddia tələbində göstərilən cavabdehlər eyni mənzildə yaşasalar da, eləcə də cavabdehlər X3, Cavabdeh3, X2 və Cavabdeh5 ilə iddiaçı arasında yaranmış münaqişəli vəziyyət məhz suyun axıdılması səbəbindən yaranmış olsa da, iddiaçının Cavabdeh1 qarşı yönəlmiş maddi zərərin əvəzinin ödənilməsi tələbi ilə, digər cavabdehlərə qarşı yönəlmiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin birbiri ilə əlaqəsi yoxdur. Çünki, həmin iddia tələblərinin yönəldiyi cavabdehlər, eləcə də iddia tələblərinin əsaslandığı faktiki hallar tamamilə fərqlidir. Bu səbəbdən müxtəlif cavabdehlərə qarşı yönəlmiş həmin tələblərin bir-biri ilə əlaqəsi olmadığı üçün onlar bir icraatda birləşdirilərək baxıla bilməz, iddia tələbində göstərilən suyun axıdımasına görə vurulmuş maddi zərərin və digər cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə ayrıca icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, X2 və Cavabdeh5 qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1563/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1563/2022
06.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver