Məhkəmə qərarları › İş №2(043)-1702/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1702/2022

22.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1702/2022 22.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC Cavabdeh Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC Cavabdeh Törəmə Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC Cavabdeh Törəmə Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 3 yaşayış evinə cavabdeh "xxxx" ASC-nin Cavabdeh Törəmə Səhmdar Cəmiyyəti tərəfindən su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab fakturası üzrə hesablanmış 1203,76 manat ödənilməmiş borcun hesblanmasını qanunsuz olduğundan və həmin hesab fakturasının ləğv edilməsi və həmin hesab fakturası üzrə hesablanmış 1203,76 manat borcun əsassız olduğundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Eyni zamanda ünvan 3 yaşayış evi ona məxsus olmaqla həmin ünvanda qeydiyyatda olan şəxs yoxdur. Lakin, onun xüsusi mülkiyyətində olan ünvan 3 yaşayış evinə "xxxx" ASC-nin Cavabdeh Törəmə Səhmdar Cəmiyyətindən xx.xx.2022-ci il tarixli, ********* nömrəli hesab fakturası daxil olmuşdur. Həmin hesab fakturada qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixinə Su təchizatı və kanalizasiya xidmətlərinə görə Azərsu ASC-yə 1203,76 manat ödənilməmiş borc yaranmışdır. Bununla bağlı cavabdehə müraciət etmişdir. Lakin Cavabdeh Törəmə Səhmdar Cəmiyyəti xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2005-cu ildə ünvan 5 ünvanında verləşən yaşayış evinin mülkiyyətçisi X3 ilə sistem üzərindən su təchizatı və kanalizasiya xidmətini görə müqavilə bağlanaraq ünvana **********000 kodu verilmişdir. Su və çirkab su xidmət haqqına görə 1153,78 manat borc yarandığı göstərilmişdir, və borcu silməkdən imtina etmişlər. O, ünvan 3 yaşayış evində yaşamamış və sudan istifadə etməmişdir. Ancaq yay mövsümündə həmin evdə yaşamışdır. Bununla belə həmin evdə qeydiyyatda heç bir şəxs olmadığı halda 4 nəfərə görə su pulu hesablanmışdır. "xxxx" ASC-nin Gəncə Sukanal İdarəsi ilə ünvan 3 yaşayış evinə Abonent: X1 adına Müqavilə № 33076377 Abonent kodu **********000 olsa da hazırda həmin ev onun adına olmaqla 1 nəfərin adına su pulu yazılmaldr. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC Cavabdeh TSC-in nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, sudan istifadə və tullantı suların axıdılmasına görə “Sudan istifadə Qaydaları”nın 7.4 bəndinə əsasən cavabdeh müvafiq hesabat verməmişdir buna görə borc nəfər sayı 4 nəfərə görə hesablanmışdır. Bununla belə “Gəncə Sukanal” TSC üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir, lakin istehlakçı üzərinə düşən vəzifələri vaxtı-vaxtında yerinə yetirmədiyinə görə sudan istifadə və tullantı suların axıdılmasına görə borc yaranmışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2010-cu il tarixli, MA ******* seriyalı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cəfər Cabbarlı küçəsi, 4 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xx.xx.2010-cu il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cəfər Cabbarlı küçəsi, 4 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan yoxdur. Cavabdeh tərəfindən təqdim olunmuş və və məhkəmə iclasında tədqiq edilmiş:xx.xx.2005-ci il tarixli, 33076377 saylı müqavilə üzrə abonet kartından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cəfər Cabbarlı küçəsi, 4 ünvan üzrə 2011-2022-ci illər üzrə qalıq su borcu 1153,78 manat təşkil edir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki işin müəyyən olunmuş hallarından görünür ki, su və çirkab suya dair xidmət göstərilməsi barədə xx.xx.2005-ci il tarixli, 33076377 saylı müqavilə üzrə "xxxx" ASC Cavabdeh TSC tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Cəfər Cabbarlı küçəsi, 4 ünvanında sudan və çirkab sudan istifadəyə görə nəfər sayı üzrə 4 nəfərə görə 1153,78 manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur müqavilədə göstərilən ünvanda qeydiyyatda olan yoxdur və mənzildə sudan və sirkab sudan yalnız mülkiyyətçinin özü istifadə etmşdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı, Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Göründüyü kimi qanunvericilik yalnız göstərilən xidmətlərin əvəzinin ödənilməsini istehlakçıların üzərinə vəzifə kimi qoymuşdur. Belə olan halda məhkəmə hesab edir ki, istehlakçıya məxsus mənzildə 1 nəfərə görə verilmiş suyün dəyərinin 4 nəfərə görə hesablanması mülkiyyətçini əlverişsiz vəziyyətə salır. Belə ki, 2011-2022-ci illər üzrə 1 nəfərə görə ödənilməli olan su pulunun dəyəri 288,45 manat təşkil etdiyi halda 4 nəfərə görə 1153,78 manat hesablanması əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə şəhəri, Nizami rayonu, Cəfər Cabbarlı küçəsi, 4 ünvanından sudan istifadəyə görə 2011-2022-cı illər üzrə hesablanmış 1153,78 manat pulun 865,33 manatı silinməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Gəncə şəhəri, Nizami rayonu, Cəfər Cabbarlı küçəsi, 4 ünvanda yerləşən fərdi yaşayış evində sudan istifadəyə görə 2011-2022-cı illər üzrə hesablanmış 1153,78 manat pulun 865,33 manatı silinsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar