Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1746/2021 05.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X4 adına olan, Gəncə şəhəri Kəpəz rayonu Həsrət Əliyev küçəsi bina 2 mənzil 4 (əvvəlki adı Keçid küçəsində bina 2/4-də) yerləşən mənzilə dair mülkiyyət hüququ əldə etməsi üçün mirasın qəbul faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum anası X4 adına olan, Kəpəz rayonu Keçid küçəsində bina 2/4-də yerləşən mənzil 25.03.2019-cu il tarixdə ölümündən (ölüm haqqında şəhadətnamə İİ HK-506696) sonra onun istifadəsində qalmışdır. Mənzil 11.11.1987-ci il tarixdə Gəncə şəhər XDS İK-nin 16 saylı qərarı ilə anası X3 adına özəlləşdirilmişdir. Hal-hazıra kimi bütün kommunal və digər ödənişləri özü yerinə yetirir. Eyni zamanda bildirir ki, ailədə 4 nəfərdilər. X5 24.03.1991-ci ildə, qardaşı X11 isə 05.12.2011-ci il tarixlərdə dünyalarını dəyişiblər. Ona görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-1.1 maddəsinin tələblərinə uyğun olaraq qanun üzrə vərəsə özü sayılır. Baxmayaraq ki, anasının ölümündən sonra qanunda nəzərdə tutulmuş müddətin keçməsini bilməyib. Ona görə mirasın qəbulu ilə bağlı 29.03.2021-ci tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciəti təmin olunmayıb, rəsmi qaydada tövsiyə olunub ki, Mülkü Məcəllənin 1246 və 1248.1 maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, mərhum anası X4 adına olan, Gəncə şəhəri Kəpəz rayonu Həsrət Əliyev küçəsi bina 2 mənzil 4 (əvvəlki adı Keçid küçəsində bina 2/4-də) yerləşən mənzilə dair mülkiyyət hüququ əldə etməsi üçün mirasın qəbul faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, 2004-cü ildə İddiaçı qardaşı X11 ilə evlənmişlər. 2005-2006-cı il tarixlərdə uşaqları olmuş və həmin vaxtdan həyat yoldaşı X11 rəhmətə gedənədək biryerdə kirayədə yaşamışlar. X11 2011-ci ildə rəhmətə gedib, həmin vaxtda kirayədə olmuşlar və hazırda da kirayədə yaşayırlar. Hazırda həmin evdə onun heç bir əşyası yoxdur, X6 məxsus olmuş həmin mənzilə qızı İddiaçı sahiblik edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, o, Gəncə şəhəri, Kəpəz rayonu, Keçid küçəsində yerləşən 2-ci binanın 3-cü mərtəbəsində yaşayır. İddiaçının anası X7 tanıyırdı və onların qonşuluğunda yaşamışdır. Gəncə şəhəri Kəpəz rayonu X22 küçəsi bina 2 mənzil 4-ün əvvəlki adı Keçid küçəsi adlanırdı. İddiaçının qardaşı X11 evləndikdən sonra həmin mənzildən çıxmış və öz arvadı və uşaqları ilə kirayədə yaşamışdır, iddiaçının anası Dünya Hüseynova rəhmətə gedənədək həmin mənzildə tək yaşamışdır. Onun bildiyinə görə iddiaçının qardaşı Mehman rəhmətə gedib, iddiaçının anası X1 həmin mənzil İlhamə tərəfindən kirayə verilmişdir. İddiaçı İlhamə anasının yas mərasimini keçirmişdir. Hazırda həmin mənzilə İlhamə xanım gəlib gedir və nəzarət edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, həmin ev əmisi gilin evi olub və Dünya Hüseynova onun əmisi arvadıdır. İddiaçının qardaşı X11 evləndikdən sonra həmin mənzildən çıxmış və öz arvadı və uşaqları ilə kirayədə yaşamış, sonra rəhmətə getmişdir. İddiaçının anası X19 şəhərində 5-6 ildən çox yaşadıqdan sonra rəhmətə gedib, lakin Gəncədə dəfn olunmuşdur. X10 rəhmətə gedən vaxtdan evə qızı İlhamə nəzarət edir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 19.04.2021-ci il tarixli, 1112 nömrəli məktubun surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbul edilməsi müddətini keçirmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Kaluqa şəhər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat idarəsinin 25.03.2019-cu il tarixli, İİ-HK seriyalı, 506696 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 23 mart 2019-cu il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında qeydləri kitabında 25.03.2019-cu il tarixində ********************4 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsinin 05.12.2011-ci il tarixli, AZ-İ seriyalı, 520072 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 05 dekabr 2011-ci il tarixdə “düz bağırsaq xərçəngi” diaqnozu ilə ölmüşdür. Bu barədə ölüm haqqında qeydləri kitabında 05.12.2011-ci il tarixində 911 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 07.07.2021-ci il tarixli, **********51 nömrəli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi idarəsnmi arxiv sənədlər və elektron baza məlumatlarına əsasən, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil üzərində X4 mülkiyyət hüququ dövlət qeydiyyata alınaraq 17.08.1993-cü il tarixli, 10416 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Ədliyyə nazirliyi Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsinin 31.05.2021-ci il tarixli, 66 nömrəli arayışdan görünür ki, 20.03.1948-ci il tarixdə Goranboy rayonunda anadan olmuş X4 ailə üzvləri – 31.12.1933-cü il təvəllüdlü X12 (24.03.1991-ci il tarixdə vəfat etmiş), 27.08.1966-cı il təvəllüdlü X11 (05.12.2011-ci il tarixdə vəfat etmiş), 23.11.1968-ci il təvəllüdlü Məmmədova (Əlizadə) İlhamə Elmir qızı. Gəncə şəhər İHB MKTİB-nin 10 nömrəli xidmət sahəsinin 10.06.2021-ci il tarixli, 831 nömrəli arayışından görünür ki, İddiaçı Gəncə şəhər Yaşar və Həsən Əliyev qardaşları küçəsi, 2 saylı binanın 4 saylı mənzilində yaşamışdır. Mənzilin bütün kamunal xərclərini İddiaçı tərəfindən ödənilir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq olunmalı hüquq normaları baxımından hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil iddiaçının anası X6 məxsus olmuş, onun ölümündən sonra həmin fərdi yaşayış evi X4 vərəsəsi olan qızı İddiaçı miras əmlakı qəbul edərək əmlaka faktik sahiblik və idarəçilik etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9). Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, məhkəmə iclasında dindirilmiş şahidlər iddiaçı ilə qonşu və qohum olmaqla həmin evi ümumiyyətlə iddiaçının anasının evi kimi tanıdıqlarını bildirmişlər. Bu baxımdan məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq X4 öldüyü andan, yəni mirasın açıldığı vaxtdan etibarən ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil onun vərəsələrindən İddiaçı tərəfindən qəbul edilmiş və o, əmlaka faktik sahiblik və idarəçiliyi həyata keçirməyə başlamışdır. Qeyd olunanlar iş üzrə dindirilmiş şahidlərin ifadəsi ilə öz təsdiqini tapmışdır. Buna görə də iddia təmin edilməli və ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildən ibarət olan miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı anası mərhum X4 adına qeydə alınmış, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzili miras qismində qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1746/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1746/2021
05.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver