Məhkəmə qərarları › İş №2(043)-1747/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1747/2021

11.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1747/2021 11.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, ərizəçi Usublu (Kərimova) Fatma Aydın qızının və nümayəndəsi (vəkili) Vəkil və maraqlı şəxs Gəncə şəhər Psixonevroloji Dispanserinin, tibbi pisixiatriya komissiyasının üzvü, həkim-psixiatrı X2 iştirakı ilə, Ərizəçi Usublu (Kərimova) Fatma Aydın qızının maraqlı şəxslər Gəncə şəhəri Rayonlararası Ruhi Əsəb Dispanserinə və Gəncə şəhəri Maraqlı şəxs2 Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Usublu (Kərimova) Fatma Aydın qızı ərizə ilə məhkəməyə müraciət edərək, 26 iyun 1983-cü ildə Azərbaycan Respublikasının Göygöl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının Vətəndaşı, azərbaycanlı Gəncə şəhəri Kəpəz rayon Məhsəti qəsəbəsi 22ci küçədə yaşayan X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun himayəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X10 ilə el adəti ilə evlənərək bir təsərrüfatı idarə edirlər. Bu hal Gəncə “Asan Xidmət” mərkəzində qeydə alınmışdır. X10 xəstədir, yəni özünü idarə edə bilmir, öz-özünə daima danışır, bir çox hallarda öz hərəkətlərinin mənasını anlaya bilmir. Gecələr özündən asılı olmayaraq çıxıb gedir, onun nəzarətçisi olmuşdur. Hal-hazırda X15 hərəkətlərini bilmir. Həyat yoldaşı onun tərəfindən köməklik olunur, onunla yaşayır onun hərəkətlərini daima o nəzarətdə saxlayır. X10 xəstədir, başqasının köməyinə ehtiyacı olduğundan qanunla müəyyən olunmuş hüquqlardan istifadə edə bilmir. Belə olan halda X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ərizəçi 12.06.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, 26 iyun 1983-cü ildə Azərbaycan Respublikasının Göygöl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının Vətəndaşı, azərbaycanlı Gəncə şəhəri Kəpəz rayon Məhsəti qəsəbəsi 22ci küçədə yaşayan X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini və mülki iş üzrə Gəncə şəhəri Maraqlı şəxs2 Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində dəvət edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun ifadə verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, X10nun vəziyyəti getdikcə pisləşir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkili) Vəkil ifadə verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin, tibbi pisixiatriya komissiyasının üzvü, həkim-psixiatrı X7 ifadəsində bildirdi ki, X11 ekspertizası keçirilən zaman məlum olmuşdur ki, əvvəllər ağır kəllə beyin travması keçirmişdir. Hazırda travmatik mənşəli xəstəlik keçirdir və fəaliyyət qabiliyyətsizdir. Yaşanan və olan hadisələrə reaksiya vermir. Vəziyyəti pisləşməyə doğru davam edir, müalicənin də nəticələri uğursuz olur. Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserində stasionar 14 gün qalıb müalicə almışdır və hazırda yaxşılaşma müşayiət olunmur. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxs2 Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilməsini və həmin rəyə uyğun qərar qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib və tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, o, X11 anasıdır. X15 xəstədir, iş qabiliyyəti yoxdur, əsəbidir və qıc olmalar olur, səsini qaldırır və tez-tez özündən çıxır, çimməsini və təmizlənməsini ərizəçi olan həyat yoldaşı Ərizəçi edir. Məhkəmə tərəfindən X15 ilə söhbət aparılması üçün məhkəmə iclasına dəvət edilmiş və söhbət aparılan zaman Samir Kərimovdan heç bir adekvat cavab alınması mümkün olmamış, verilmiş suallara cavab və ya heç bir reaksiya verməmiş, aidiyyəti olmayan söhbətlər etməyə başlamış, təəccüblə ətrafa boylanması müşahidə olunmuş və özünü təqdim edə bilməmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 26.06.1983-cü ildə Göygöl rayonunda doğulmuş, atası X9, anası X3r. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Fatma Aydın qızı ilə 28.12.2020-ci il tarixdə Gəncə Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində nikah bağlamışlar, nikah akt qeydi 1505 nömrə ilə qeyd edilmişdir. Arvad Kərimova soyadını götürmüşdür. Gəncə şəhər Kəpəz rayon İHB-nın Məhsəti qəsəbə İƏD-nin 03.11.2021-ci il tarixli, 891 nömrəli arayışından görünür ki, 26.06.1983-cü il təvəllüdlü X4 şəhər, Kəpəz rayon, Məhsəti qəsəbəsində qeydiyyatsız yaşayır. Ailə tərkibi həyat yoldaşı xx.xx.1991-ci il təvəllüdlü X12. Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 23.10.2021-ci il tarixli, 637 nömrəli məhkəmə-psixiatriya komissiyasının rəyindən görünür ki, X15 üzvi şəxsiyyət pozuntusu (travmatik mənşəli), psixi pozuntular, ifadə olunmuş davranış pozğunluqları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 13.10.2021-ci il tarixli 2361/2021 saylı stasionar xəstəlik tarixindən çıxarış, 27.07.2021-ci il tarixli 408 saylı ambulator məhkəmə psixiatriya ekspertizası rəyi, Göygöl MRX-nm poliklinikasından verilmiş 17.04.2021-çi il tarixli 161 saylı ambulator xəstənin tibbi kartası), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı xarici görünüşünün səliqəsiz olması zamana, məkana, ətraf mühitə və öz şəxsiyyətinə bələdliyinin pozulması, müayinənin əvvəlində bir pozada oturaraq verilən suallara heç bir reaksiya verməməsi, təəccüblə ətrafa boylanması, sonradan özünü narahat və gərgin aparması, obyektiv olaraq onda qavrama pozuntuları və psxiotik əlamətlər müşahidə edilməsi, ekspertizanın mahiyyətini anlamaması və onun nəticəsinə heç bir maraq göstərməməsi, yaddaşının zəifləməsi, təfəkküründə lənglik müşahidə olunması, imperativ tipli səs aldatmaları keçirməsi, maraq dairəsi daralması və fizioloji tələblərlə motivləşməsi, düşdüyü vəziyyətə qeyri-tənqidi yanaşması, onda ifadə olunmuş davranış pozğunluğu və intellektual enmə müşahidə edilməsi, emosiyalarının monoton olması və s.) imkan verir. X15 üzvi şəxsiyyət pozuntusu (travmatik mənşəli), psixi pozuntular, ifadə olunmuş davranış pozğunluqları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X15 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X11 2010-cu ildə kəllə-beyin travması keçirməsi və stasionar şəraitdə müalicədə olması, 2021-ci ildə Göygöl MRX-nın poliklinikasında həkim psixiatr tərəfindən müayinə olunaraq ilkin “Keçirilmiş kəllə-beyin travması nəticəsində şəxsiyyət pozuntusu” diaqnozu qoyulmaqla psixiatriya stasionarına müalicə üçün göndəriş verilməsi, sonralar Gəncə şəhər Psixonevroloji Dispanserində 28.09.2021ci il tarixdən 12.10.2021-ci il tarixədək “Keçirilmiş kəllə-beyin travması nəticəsində üzvi şəxsiyyət pozuntusu, psixotik əlamətlərlə F07.0” diaqnozla stasionar müayinədə olması (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 13.10.2021-ci il tarixli 2361/2021 saylı stasionar xəstəlik tarixindən çıxarış, 27.07.2021-ci il tarixli 408 saylı ambulator məhkəmə psixiatriya ekspertizası rəyi, Göygöl MRX-nm poliklinikasından verilmiş 17.04.2021-ci il tarixli 161 saylı ambulator xəstənin tibbi kartası), hazırki ekspertiza zamanı onda davranış, təfəkkür, yaddaş, emosiya və intellekt pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı xarici görünüşünün səliqəsiz olması, zamana, məkana, ətraf mühitə və öz şəxsiyyətinə bələdliyinin pozulması, müayinənin əvvəlində bir pozada oturaraq verilən suallara heç bir reaksiya verməməsi, təəccüblə ətrafa boylanması, sonradan özünü narahat və gərgin aparması, obyektiv olaraq onda qavrama pozuntuları və psxiotik əlamətlər müşahidə edilməsi, ekspertizanın mahiyyətini anlamaması və onun nəticəsinə heç bir maraq göstərməməsi, yaddaşının zəifləməsi, təfəkküründə lənglik müşahidə olunması, imperativ tipli səs aldatmaları keçirməsi, maraq dairəsi daralması və fizioloji tələblərlə motivləşməsi, düşdüyü vəziyyətə qeyri-tənqidi yanaşması, onda ifadə olunmuş davranış pozğunluğu və intellektual enmə müşahidə edilməsi, emosiyalarının monoton olması və s.), tənqidi funksiyasının zəifləməsi və davranışının mümkün nəticələrini tam anlaya bilməməsi əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanlarının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə görə, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşadığı yer üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.1-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, X15 üzvi şəxsiyyət pozuntusu (travmatik mənşəli), psixi pozuntular, ifadə olunmuş davranış pozğunluqları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 diaqnozu ilə ağır xəstə olduğundan öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizası tərəfindən verilmiş rəylə də müəyyən olunmuşdur ki, həmçinin psixi vəziyyətində davamlı yaxşılaşma müşahidə olunmadığından, o, hal-hazırda öz hərəkətlərinin mənasını başa düşüb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Buna görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 26.06.1983-cü ildə Göygöl rayonunda doğulmuş X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar