Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1799/2021 25.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri 38 saylı Hərbi Şəhərcik, xətt-1, ev 13 ünvanında yerləşən “Ortopedik” ayaqqabı xidmətləri göstərən binanın pəncərələri qarşısında 10 santımetr məsafədə cavabdeh tərəfindən inşa olunmuş qanunsuz tikilinin sökülməsi və tikinti işləri apararkən ona dəymiş maddi və mənəvi ziyana görə 5000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 cavabdehlə öz aralarında razılığa gələrək barışdıqları üçün iddiadan imtina etdiyini, bununla bağlı notarial qayda ərizə verdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçı ilə öz aralarında razılaşdıqlarını, bununla bağlı notarial qaydada ərizə verdiyini göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.4.-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, tərəflərin ərizələrini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən və bu imtina başqa şəxslərin hüquqlarını pozmadığından iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah edilməlidir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri nəzərərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı X1 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1799/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1799/2021
25.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver