Məhkəmə qərarları › İş №2(043)-1883/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1883/2022

01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1883/2022 01.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı 01 aprel 1994 cü il tarixli 6955 nömrəli qeydiyyat vəsiqəsində yanlış qeydiyyatdan keçən “HABİL” adın faktiki ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək adı ilə olan uyğunsuzluğun aradan qaldırılması üçün Gəncə şəhər Kəpəz rayon 3-cü Mikrorayon bina-1, mənzil-46 ünvanında yerləşən mənzilinə dair verilmiş 01 aprel 1994 cü il tarixli 6955 nömrəli qeydiyyat vəsiqəsində yanlış göstərilən “HABİL” adın ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin icraata qəbul dilməsindən imtina edilməlidir. Belə ki, ərizəçinin ərizəsində göstərilən faktın məhkəmə qaydasında müəyyən edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli,03 saylı qərarının 6.2-ci bndinə qeyd olunmuşdur ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Gəncə şəhər Kəpəz rayon 3-cü Mikrorayon bina-1, mənzil-46 ünvanında yerləşən mənzilinə dair verilmiş 01 aprel 1994-cü il tarixli 6955 nömrəli qeydiyyat vəsiqəsində yanlış göstərilən “HABİL” adın ona məxsus olması faktın müəyyən edilməsinə dair ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul olunmasından imtina edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Gəncə şəhər Kəpəz rayon 3-cü Mikrorayon bina-1, mənzil-46 ünvanında yerləşən mənzilinə dair verilmiş 01 aprel 1994-cü il tarixli 6955 nömrəli qeydiyyat vəsiqəsində yanlış göstərilən “HABİL” adın ona məxsus olması müəyyən edilməsinə dair ərizənin icraata qəbul edilməsindən imtina olunsun. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar