Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1896/2020 26.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ̇Cəmaləddin oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh ̇Cəmaləddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3958,82 (üç min doqquz yüz əlli səkkiz manat 82 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə “xxxxxxxxxxx” ASC-dən götürdüyü kreditin təminatı olaraq bankla onun arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlik üzrə borcunu vaxtı-vaxtında yerinə yetirməmişdir. O, Cavabdeh 3958,82 manat borcunu “xxxxxxxxxxx” ASC-yə ödəmişdir. Cavabdehdən banka olan borcunun əvəzinə ödədiyi 3958,82 manat pulu geri tələb etsə də o, bundan yayındığı üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaaraq qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümükün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məldumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhəmə iclasında tədqiq edilmiş:-X4 Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(043)-7835/2016 nömrəli məhkəmə əmrindən görünür ki, borclular Cavabdeh və İddiaçı müştərək qaydada xx xxxxxxx 2014-cü il tarixli, 108GNUM142910003 nömrəli kredit müqaviləsi üzrə 3929,47 manat və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq kreditor “xxxxxxxxxxx” ASC-yə ödənilməsi əmr edilmişdir. “xxxxxxxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 135000/50 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə “xxxxxxxxxxx” ASC-nin Həzi Aslanov filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 108GTK********** (sistemdə dəyişikliklə əlaqədar əvvəlki kredit müqaviləsi 108GNUM142910003) nömrəli 6000 (altı min) manat məbləğində kredit müqaviləsi üzrə zamin durmuş İddiaçı tərəfindən 3958,82 manat məbləğində ödəniş edilmiş və xx.xx.2019-cu il tarixə kredit borcu bağlanmış və hazırda qeyd edilən kredit üzrə heç bir öhdəliyi yoxdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir . Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. MM-in 509.3-cü maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. MM-in 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə “xxxxxxxxxxx” ASC-dən kredit götürmüş, həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı cavabdehin bank qarşısında götürdüyü öhdəliyin icrasının təminatı kimi zamin durmuşdur. Cavabdeh bank qarşısında götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün “xxxxxxxxxxx” ASC tərəfindən iddiaçının əmək haqqına tutma yönəldilmiş, iddiaçı 3958,82 manat Cavabdeh banka olan borcuna ödəmişdir. İddiaçı cavabdehin bankdan götürdüyü borcun əvəzi olaraq ödədiyi məbləği cavabdehdən tələb etmiş, lakin cavabdeh tələb hüququnun iddiaçıya keçməsinə baxmayaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Buna görə də iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləolanhaldaməhkəmə hesabedirki, iddiatəmin edilməli Cavabdeh olundan 3958,82 manat məbləğində pul alınaraqİddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh ̇Cəmaləddin oğlundan 3958,82 (üç min doqquz yüz əlli səkkiz manat 82 qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində X4 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1896/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1896/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver